AŞ PA-nın müşahidə missiyasının referendumla əlaqədar rəyi obyektivdir
20.03.2009 [17:43]
Məlum olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyası ölkəmizdə martın 18-də keçirilən referendumla bağlı rəylərini açıqlayıblar. Jurnalistlərə müsahibəsində Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası münasibətlər komissiyasının sədri Səməd Seyidov qurumun rəyinin obyektiv olduğunu bildirib:
- Hesab edirəm ki, AŞ PA-nın müşahidə missiyasının referendumla əlaqədar rəyi obyektivdir. Müşahidə missiyasının açıqlanmış sənədində ən əsas məqam Azərbaycan xalqının referendum vasitəsilə öz iradəsini ifadə etməsinin vurğulanmasıdır. Qeyd olunmuş məsələlər, yəni açıq, şəffaf və Azərbaycan xalqının iradəsini əks etdirən bir proses kimi ölkəmizdə gedən demokratik prosesə verilən qiymətdir. Düşünürəm ki, bu referendum vasitəsilə Konstitusiyamız daha təkmilləşmiş formada Azərbaycanın inkişafına, Avropa və dünya sivil ölkələrinə qoşulmasına xidmət edəcək və bu istiqamətdə biz işlərimizi yüksək səviyyədə təşkil etmək üçün əsas yaradacağıq.
- Referendumun nəticələri Avropa Şurasının sessiyasında və ya qurumun komitələrində müzakirə olunacaqmı?
- Azərbaycan monitorinq altında olan bir ölkədir. Referendumla bağlı məsələ müvafiq komitələrdə müzakirə oluna bilər. Eyni zamanda, məsələnin AŞ PA-nın aprel sessiyasına çıxarılması da gözləniləndir. Təbii ki, bu, müsbət məsələdir. Bu referendumda olan ab-hava, onun nəticələri haqda fikirlərin Avropada səsləndirilməsi daha da yaxşı olar. İstərdik ki, bu məsələ açıq, şəffaf müzakirə olunsun. Yəni, belə şeylərdən qorxmaq da lazım deyil. Bəzən Avropa Şurasında hansısa məsələnin müzakirəsi faciəvi hal kimi təqdim olunur. Əksinə, Azərbaycanla bağlı real, obyektivliyi əks etdirən, ikili standartlardan uzaq müzakirələr Avropa Şurasında nə qədər təşkil olunsa, bir o qədər biz onun tərəfindəyik. Biz qeyri-obyektiv, ikili standartlı və Azərbaycana qarşı təşkil olunmuş müzakirələrin əleyhinəyik.
- Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə əlaqədar Venesiya Komissiyasının verdiyi rəyə münasibətiniz necədir?
- Azərbaycan müstəqil dövlətdir, Avropa Şurasının üzvü olan 47 dövlətdən biridir. Hesab edirəm ki, Venesiya Komissiyası öz rəyini siyasiləşdirilmiş formada verib. Əsas məsələ ondan ibarətdir ki, Venesiya Komissiyası hüquqi müstəvidə işləmək və öz tövsiyələrini vermək üçün təşkil olunmuş bir qurumdur. Siyasiləşmiş mövqeyi bildirmək o qədər də müsbət məsələ deyil. Amma əsas məsələ odur ki, Azərbaycan müstəqil dövlət kimi bu gün Avropa Şurasından gələn nümayəndələrin mövqeyi ilə üst-üstə düşən davranış göstərib. Venesiya Komissiyası bir qurumdur və öz münasibətini bildirib. Bu qurumun niyə siyasiləşmiş rəy verməsini, istəsəniz, özünüz araşdıra bilərsiniz.
- Siyasiləşmiş mövqe deyərkən nəyi nəzərdə tutursunuz?
- Biz Azərbaycana təzyiqlərin olduğunu heç vaxt inkar etməmişik. Azərbaycanda reallığı tam şəkildə görmək lazımdır. AŞ PA müşahidəçilərinin mətbuat konfransında da səsləndi ki, yaxşı olar biz bəzi məsələləri Venesiya Komissiyası bir yerdə həll edək. Biz heç vaxt Venesiya Komissiyasından kənarda dayanmamışıq. Ancaq Venesiya Komissiyası da bu işi ikitərəfli etməlidir. Biz bu qurumla əməkdaşlığa müsbət yanaşırıqsa, qarşı tərəf də eyni addımı atmalıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Dünya
22 Aprel 20:58
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Gündəm
22 Aprel 16:28
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35
Dünya
22 Aprel 10:16
Siyasət
22 Aprel 10:14
Analitik
22 Aprel 10:12
Siyasət
22 Aprel 10:04
Gündəm
22 Aprel 09:57
Ədəbiyyat
22 Aprel 09:30
Analitik
22 Aprel 09:14
Sosial
22 Aprel 08:56
Sosial
22 Aprel 08:32
YAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19

