Azərbaycanımızın şanlı keçmişinə, bugünkü inkişafına, inamlı gələcəyinə çox sevinirəm
10.12.2009 [10:08]
Yeni Azərbaycan Partiyasının saytında (www.yap.org.az) YAP-ın Sədr müavini, MM-in deputatı Murtuz Ələsgərovun “Milli Məclis” jurnalına verdiyi müsahibəsi yerləşdirilib. Həmin müsahibəni oxucularımızın diqqətinə çatdırırıq:
- Murtuz müəllim, o zaman siz BDU-da dərs deyirdiniz. Necə oldu ki, aktiv siyasətə qoşuldunuz?
- Sovet dövründə uzun illər Azərbaycan Dövlət Televiziyasında siyasi icmalçı olmuşam. Hətta bir dəfə Ulu öndər Heydər Əliyev bu faktı xatırladaraq mənə dedi ki, “mən Mərkəzi Komitədə katib olanda sən siyasi icmal aparırdın. Sonra zarafatla qeyd etdi ki, hərdən bir “levi” şeylər də danışırdın”. çıxışlarımda bəzən müstəqilliyimizin əldə edilməsinə işarələr vururdum. Ulu öndər bunu nəzərdə tuturdu. Bəli, mən hələ o vaxtlar işarə edirdim ki, Azərbaycan müstəqil dövlət olmalıdır. Universitetdə də bu istiqamətdə uzun illər iş aparırdım. Azadlıq hərəkatı başlayanda ictimai-siyasi fəaliyyətim daha da fəallaşdı. Mən hadisələrin, demək olar, episentrində idim. Bilirsiniz ki, o vaxt universitet bu mübarizənin mərkəzlərindən biri idi. Bakı Dövlət Universitetində siyasi təşkilatlanma yüksək idi. Biz də o zaman Ulu öndər Heydər Əliyevin siyasi xəttini müdafiə edirdik və Yeni Azərbaycan Partiyasını yaratmaq üçün ətrafımıza qüvvələr toplayırdıq.
- Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının yaradılmasında yaxından iştirak etmisiniz. O zaman başınıza çox işlər gəldi, amma yolunuzdan dönmədiniz. İradənizə qüvvə verən nə idi?
- Ulu öndərin ideyalarına olan sonsuz inam. Bilirdik ki, Azərbaycanın müstəqilliyi və gələcəyi Heydər Əliyevlə bağlıdır. Ona görə də heç bir hədə-qorxu, təhdid və təzyiqlər bizi yolumuzdan döndərə bilmədi. Müstəqilliyimizin əleyhinə olanlar bizə düşmən kəsilmişdi. O adamların hamısı öz layiqli cəzalarını aldılar. Tarix, zaman kimin haqlı olduğunu göstərdi. Müstəqillik uğrunda apardığımız mübarizə öz bəhrəsini verdi. Ulu öndərin siyasi xəttini müdafiə etdik və partiyamızı yaratdıq. Heydər Əliyevin hakimiyyətə qayıdışı isə Azərbaycanın müstəqilliyini daimi və əbədi etdi.
- Heydər Əliyev Prezident seçiləndən sonra parlamentin sədri siz oldunuz. Müasir Azərbaycan parlamentarizminin banisi Heydər Əliyevdən sonra bu məsul vəzifəni yerinə yetirmək çətin deyildi ki?
- Ulu öndər Prezident seçiləndən sonra parlament sədrliyinə mənim namizədliyimi dəstəklədi. Ulu öndərdən sonra parlamentə sədrlik etmək düzü çətin idi. Sonra yavaş-yavaş alışdım. Həm də Ulu öndərin məsləhətləri, tövsiyələri parlamentimizin o çətin illərdə səmərəli işləməsinə böyük kömək oldu. Parlamentə sədrlik etdiyim 10 ilə yaxın dövr ərzində 2000-dən artıq qanun qəbul edildi. O, qanunlar indi də qüvvədədir. Bəzilərinə dövrün tələbinə uyğun əlavə və dəyişikliklər edilib. Bu qanunların əksəriyyətinin təşəbbüskarı Heydər Əliyev olub. Parlamentə sədrlik etdiyim dövrdə həmişə çalışmışam ki, Ulu öndərimizin siyasətini davam etdirim, parlamentin üzvləri ilə hörmətlə, qanun çərçivəsində rəftar edim.
- Müstəqil Azərbaycanın qanunvericilik bazasının yaradılmasında və təkmilləşdirilməsində böyük xidmətlər göstərmisiniz. Parlamentimizin ilk dövrləri ilə son dövrünün qanunyaradıcılıq fəaliyyətini necə xarakterizə edərdiniz?
- Təbii ki, cəmiyyətin inkişafı dövrün tələblərini də dəyişir. Yeni qanunların qəbuluna və əvvəlki qanunların dövrün tələblərinə uyğunlaşdırılmasına həmişə ehtiyac duyulur. Fikrimcə, müasir parlamentimizin ilk dövrlərdə qəbul etdiyi qanunları ümumiləşdirən cəhət onların əsasən müstəqilliyimizin və dövlətçilik ənənələrimizin möhkəmləndirilməsinə xidmət etməsidir. Artıq müstəqilliyimiz möhkəmlənib, müstəqil dövlətimizin idarəetmə strukturları tam formalaşıb. Parlamentin son dövr qanunyaradıcılıq fəaliyyətində sosial istiqamət üstünlük təşkil edir. Bu sahədə artıq bir çox mühüm qanunlar qəbul edilib və hal-hazırda belə qanun layihələri üzərində iş gedir.
- Siyasi fəaliyyətiniz Ulu öndər Heydər Əliyevin şəxsiyyəti ilə bağlıdır, Onunla sıx təmasda olmusunuz. Xahiş edirik Ulu öndərlə bağlı bir xatirə danışasınız.
- Ulu öndər parlamentin sədri olandan sonra məni Bakı Dövlət Universitetinə rektor təyin etdi. Universitetdə rektor olanda bir sıra dəyişikliklər etdim. Bir dəfə Heydər Əliyev mənə zəng vurub dedi: “Deyirlər universitetdə inqilab eləmisən. Axşam şöbəsini ləğv edib, müəllimlərin maaşını artırmısan. Bu universitetin tarixində yenilikdir”. Dedim ki, “cənab Prezident, axşam şöbəsi Xruşşovdan qalmadır. Həm də axşam dərsə gələn az idi. Şəxsən bu şöbənin dərslərində oldum. Gördüm ki, hər qrupda 5-6 tələbə iştirak edir. Müəllimlərdən tələbələrin niyə dərsə gəlmədiyini soruşanda dedilər ki, “biri Sumqayıtdan gəlir, biri Maştağadan gəlir. Yolları uzaqdır. Digərləri də işdən yorğun çıxır”. Bu izahatdan sonra Heydər Əliyev soruşdu ki, “müəllimlərin maaşını artırmısınız. Bəs bunu necə təmin etmək fikrindəsiniz?” Cavab verdim ki, “müəllimlərin maaşı aşağı idi. Ona görə də daxili imkanlarımız hesabına onların maaşlarını artırmışam”. Soruşdu ki, “o, hansı imkanlardır?” İzahat verdim ki, “ödənişli qruplara əlavə tələbə qəbul edirik. Onlardan aldığımız vəsaiti müəllimlərin maaşının üstünə gəlirik. çünki müəllimlərimizin özəl institutlara axınını hiss edirəm. Bu axının qarşısını almaq üçün bu tədbiri gördüm”. Heydər Əliyev “yaxşı” - deyib dəstəyi yerinə qoydu. Fikirləşdim ki, bəlkə düz etməmişəm. Amma səhəri gün telefonda özü mənə dedi ki, “sən düz eləmisən. Biz digər dövlət institutlarında da bu qaydanı tətbiq etməyi qərara almışıq”.
- Murtuz müəllim, bu gün ömrünüzün zirvəsindən dönüb keçdiyiniz yola nəzər salanda nəyə sevinib, nəyə təəssüflənirsiniz?
- Sevinirəm ki, müstəqil dövlətimizi qurduq. Bu dövləti quran Heydər Əliyevlə bir yerdə işləmək xoşbəxtliyi mənə də nəsib oldu. Sevinirəm ki, bu gün Ulu öndərimizin siyasi xəttini davam etdirən var. Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanda köklü islahatlar həyata keçirir, ölkəni daha da irəliyə aparır. Azərbaycanımızın şanlı keçmişinə, bugünkü inkişafına, inamlı gələcəyinə çox sevinirəm. Təəssüflənirəm ki, Ulu öndər bu gün aramızda yoxdur. İstərdim ki, qoyduğu yolun necə layiqincə və uğurla davam etdirildiyinin şahidi olaydı, bu gün Azərbaycanın hər yerində necə vüsətli inkişaf getdiyini öz gözləri ilə görəydi.
- Bir təcrübəli və ağsaqqal deputat kimi millət vəkillərinə nə arzu, nə tövsiyə edərdiniz?
- Arzum budur ki, deputatlarımız vəzifələrinin öhdəsindən layiqincə gəlsinlər. Xalqımıza və dövlətçiliyimizə yorulmadan xidmət etsinlər. Onlara bu işdə uğurlar diləyirəm. Tövsiyə edirəm ki, müasir Azərbaycan parlamentarizminin banisi Ulu öndər Heydər Əliyevin ideyalarına daim sadiq qalsınlar.
Xəbər lenti
Hamısına baxAnalitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51

