Azərbaycan - Gürcüstan: Yüksək səviyyədə olan dövlətlərarası münasibətlər
18.04.2025 [09:34]
Son vaxtlarda qonşu və dost dövlətlər olan Azərbaycanla Gürcüstan arasında siyasi dialoqun intensivliyi daha da artıb. Prezident İlham Əliyev bir neçə gün bundan əvvəl Bakıda ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Gürcüstanla münasibətlərin ölkəmiz üçün strateji əhəmiyyət daşıdığına xüsusi diqqət çəkdi. Bunun ardınca Antaliya Diplomatiya Forumunda Prezident İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında görüş baş tutdu və qonşu ölkənin yüksəksəviyyəli rəsmisi də respublikamızla münasibətlərin dərinləşməsinin böyük önəmini vurğuladı.
Aprelin 16-da isə Gürcüstanın altıncı Prezidenti Mixeil Kavelaşvili ölkəmizə rəsmi səfərə gəldi. Bu, onun ötən il dekabrın 14-də Prezident seçildikdən sonra ilk xarici səfəridir. Prezident İlham Əliyev bu səfəri Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətinin, xalqlarımızın dostluğunun, qardaşlığının göstəricisi kimi dəyərləndirib: “...Adətən seçkilərdən sonra birinci səfər rəmzi xarakter daşıyır və bu səfər Azərbaycana edilib. Eyni zamanda, Gürcüstanın Baş naziri də seçkilərdən sonra ilk rəsmi səfərini Azərbaycana edib. Yəni bu, artıq gözəl ənənəyə çevrilib”.
Regional əməkdaşlığa gözəl nümunə
Azərbaycan - Gürcüstan münasibətləri regional əməkdaşlığa gözəl nümunədir. Prezident İlham Əliyevin bildirdiyi kimi, əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Öz növbəsində Mixeil Kavelaşvili də mətbuata bəyanatında iki qonşu dövlət arasında münasibətlərin nümunəvi olmasından məmnunluğunu bildirərək bunu şərtləndirən amillərə diqqət çəkib. Sitat: “Bizim dostluğumuz qarşılıqlı hörmətə və bir-birimizin milli maraqlarının nəzərə alınmasına əsaslanır. Biz münasibətlərdə güvənməyin nə qədər vacib olduğunu başa düşürük və sözümüzün dəyərini bilirik. Bizi xilas edən və bu günə çatdıran bir sıra yazılmamış qanunlarımız, dəyərlərimiz var. Ona görə də Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı bu qədər xüsusi və nümunəvidir”.
Qısa müstəqillik tarixində Azərbaycan-Gürcüstan münasibətlərinin artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi qürurverici haldır. Xatırladaq ki, 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. İndiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb.
Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək təcrübəsi var. Hər iki dövlət bir-birinin ərazi bütövlüyünə dəstək verir və beynəlxalq təşkilatlarda əlaqələndirlmiş fəaliyyətlər həyata keçirirlər. Eyni zamanda, həm Azərbaycan, həm də Gürcüstan Cənubi Qafqaz coğrafiyasında sülh və sabitliyin bərqərar olmasının tərəfdarıdırlar. “Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Birgə reallaşdırılan regional və qlobal əhəmiyyətli layihələr
Azərbaycan və Gürcüstan aralarındakı siyasi dialoqun, etimad mühitinin yüksək səviyyəsinə uyğun olaraq bir sıra nəhəng enerji və nəqliyyat layihələrini digər tərəfdaş dövlətlərin iştirakı ilə uğurla reallaşdırmağa nail olublar. Bu layihələr ikitərəfli münasibətlərə, regionun transformasiyasına güclü təkan verməklə yanaşı, həm də daha geniş coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. “Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil”, - deyə Prezident İlham Əliyev bildirib.
İndiyədək iki dost ölkə qardaş Türkiyə ilə birlikdə Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi transmilli enerji layihələrini reallaşdırmağa nail olublar. İndiki geosiyasi reallıqlar şəraitində Avropanın enerji təhlükəsizliyini bu layihələrdən kənarda təsəvvür etmək çətindir. Hazırda Azərbaycan Gürcüstan da daxil olmaqla 12 ölkəyə təbii qaz ixrac edir. Bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir.
Nəqliyyat-tranzit seqmentini ikitərəfli əməkdaşlığın ən vacib istiqamətlərindən biri kimi dəyərləndirə bilərik. Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işə salınması üçün birgə səylər göstərilib. Belə ki, Azərbaycanın əlavə sərmayəsi və Gürcüstan tərəfinin səyləri nəticəsində bu yolun yükaşırma qabiliyyəti 1 milyon tondan 5 milyon tonadək artırılıb.
Orta Dəhlizin mühüm halqası olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal işin aparılır. Dövlətimizin başçısının bildirdiyi kimi, nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. “Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxAnalitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37
Sosial
22 Aprel 17:32
Sosial
22 Aprel 17:08
Xəbər lenti
22 Aprel 17:08
Siyasət
22 Aprel 17:06
Sosial
22 Aprel 17:04
Sosial
22 Aprel 17:00
İqtisadiyyat
22 Aprel 16:58
Siyasət
22 Aprel 15:06
Gündəm
22 Aprel 15:06
Sosial
22 Aprel 14:46
Gündəm
22 Aprel 14:30
Siyasət
22 Aprel 14:21
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:16
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:15
Siyasət
22 Aprel 14:14
Siyasət
22 Aprel 14:14
Gündəm
22 Aprel 13:15
Siyasət
22 Aprel 13:15
Sosial
22 Aprel 13:03
Siyasət
22 Aprel 12:49
Gündəm
22 Aprel 12:25
İqtisadiyyat
22 Aprel 12:20
YAP xəbərləri
22 Aprel 12:12
Gündəm
22 Aprel 11:50
Gündəm
22 Aprel 11:36
İqtisadiyyat
22 Aprel 11:34
Elm
22 Aprel 11:33
Sosial
22 Aprel 11:33
Gündəm
22 Aprel 11:20
İqtisadiyyat
22 Aprel 11:16
Siyasət
22 Aprel 10:58
Gündəm
22 Aprel 10:35

