Melani Colinin yanlış “ənənəsi”
26.04.2025 [10:38]
Kanadalı nazir ölkəsinin yox, Erməni Milli Komitəsinin maraqlarını təbliğ edir
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsindən narahat olan ölkələrdən biri də Kanadadır. Belə ki, bu ölkə dövlətimizin BMT Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilmir. Kanadanın xarici işlər naziri Melani Colinin vaxtaşırı olaraq Azərbaycana qarşı yalan və böhtan üzərində qurulmuş fikirlər səsləndirməsi də bunun göstəricisidir. Ötən il M.Coli Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərinin “birinci ildönümü ilə əlaqədar” bəyanat verərək iddia etmişdi ki, “Kanada Dağlıq Qarabağ məsələsinin danışıqlar yolu ilə həllini və gücdən istifadə etməmək prinsipini, eləcə də ərazi bütövlüyünə, xalqların öz müqəddəratını təyinetmə hüququna hörməti dəstəkləyir. Bu, erməni sakinlərinin təhlükəsiz və ləyaqətli qayıtmaq hüququnu, insan hüquqlarının qorunmasına təminatları və ərazidə erməni mədəni-tarixi irsinin qorunmasını nəzərdə tutmalıdır”. O, Ermənistana səfərində də oxşar iddialar səsləndirmişdi.
XİN: “Həmişə faktlara əsaslanın, erməni diasporunun yalan narrativlərinə yox”
Melani Coli “ənənəsinə” sadiq qalaraq yenə də Azərbaycana qarşı analoji yalan və böhtan fikirlər səsləndirib. Bu, onu göstərir ki, sanki kanadalı nazirin regionda baş verənlərdən xəbəri yoxdur. Əgər xəbəri olsaydı, bilməliydi ki, “Dağlıq Qarabağ” məsələsi çoxdan mövcud deyil. Hazırda gündəmin əsas mövzusu isə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasıdır.
Yeri gəlmişkən, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Kanada XİN başçısına cavab verib. O, Melani Colini qərəzli olduğu və Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayətləri görməzdən gəldiyi üçün sərt tənqid edib. A.Hacızadə, Kanada nazirini öz ölkəsinin milli maraqlarına ziyan vuraraq erməni diasporunun maraqlarını təşviq etməkdə ittiham edib. Qeyd edilib ki, M.Colinin XİN başçısı olaraq ölkəsinin milli maraqlarına üstünlük vermək əvəzinə Erməni Milli Komitəsinin maraqlarının müdafiəsində iştirak etməsi ciddi suallar doğurur.
Azərbaycan XİN-in rəsmi nümayəndəsinin sözlərinə görə, Coli hələ də Ermənistan tərəfindən etnik təmizləməyə, kütləvi qırğınlara və mədəni soyqırıma məruz qalmış bir milyondan çox azərbaycanlının əzablarını tanımayıb. A.Hacızadə həmçinin bir aforizmə də istinad edib: “Necə də dəqiq deyilib: Qərəz kölgə kimidir, ağlı qaranlıqlaşdırır”. O, Kanada nazirinə faktlara əsaslanmağın vacibliyini xatırladıb: “Kiçik bir xatırlatma: həmişə faktlara əsaslanın, erməni diasporunun yalan narrativlərinə yox”.
Azərbaycanın 2023-cü ildəki lokal antiterror tədbirlərindən danışarkən, XİN nümayəndəsi qeyd edib ki, bu əməliyyat qanuni və mütənasib olub. Onun sözlərinə görə, Azərbaycanın 2023-cü ildəki antiterror tədbirləri ölkəmizin ərazisində olan qanunsuz erməni silahlı birləşmələrinin təxribatlarına qarşı qanuni və mütənasib cavab idi. 24 saatdan az davam edən əməliyyat bu birləşmələrin neytrallaşdırılmasına yönəlmişdi və tamamilə beynəlxalq humanitar hüquq normalarına uyğun idi. “Mülki əhali və infrastruktur hədəfə alınmayıb, erməni sakinlərin regiondan getməsi isə onların könüllü qərarı olub”, - deyə, A.Hacızadə xatırladıb.
Azərbaycanla təhdid dilində danışmaq yanlışdır!
Beləliklə, kanadalı nazirin “erməni sevgisi” açıq şəkildə özünü ifadə edir. Bu “sevgisinin” nəticəsidir ki, xanım Coli öz yalanlarını hər il təkrar etməkdən yorulmur. Bölgədə heç bir humanitar böhran olmayan bir şəraitdə Kanada naziri tərəfindən bunun əksinin iddia edilməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə açıq dəstək verilməməsi, eləcə də Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən köçkün düşmüş və Ermənistandan zor gücü ilə deportasiya olunmuş qaçqınların vəziyyəti ilə maraqlanmaması Kanada tərəfindən ölkəmizə qarşı göstərilən açıq qərəzin bariz nümunəsidir.
Digər tərəfdən, Azərbaycanla təhdid dilində danışılması olduqca yanlışdır. Bu kimi təxribat xarakterli və qərəzli bəyanatların bölgənin beynəlxalq hüquq prinsipləri əsasında gələcək inkişafı və tərəqqisinə maneçilik cəhdindən başqa bir şey deyil.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45

