/ / Azərbaycan Baş nazirinin birinci müavini Daşkənddə MDB İqtisadi Şurasının 105-ci iclasında iştirak edib
Azərbaycan Baş nazirinin birinci müavini Daşkənddə MDB İqtisadi Şurasının 105-ci iclasında iştirak edib
29.04.2025 [15:58]
Özbəkistan paytaxtında Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının 105-ci iclası keçirilib.
AZƏRTAC Birliyin İcraiyyə Komitəsinin məlumatına istinadla xəbər verir ki, iclasda ölkəmizi Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov təmsil edib.
MDB İqtisadi Şurasının üzvü, Özbəkistan Respublikası Baş nazirinin müavini, iqtisadiyyat və maliyyə naziri Cəmşid Kuçkarov iştirakçıları salamlayıb. İclasa MDB İqtisadi Şurasının sədri, Tacikistan Respublikası Baş nazirinin birinci müavini Xokim Xolikzoda sədrlik edib.
Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Rusiya hökumətləri başçılarının müavinlərinin, habelə MDB-nin Baş katibi Sergey Lebedevin iştirak etdiyi iclasda MDB-yə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın geniş spektri müzakirə olunub.
Tədbirdə MDB çərçivəsində 2030-cu ilə qədər olan dövr üçün qarşılıqlı investisiyaların cəlb edilməsinin stimullaşdırılması üzrə tədbirlər kompleksi təsdiq edilib. Sənəd haqqında məlumatı Özbəkistan iqtisadiyyat və maliyyə nazirinin müavini Ümid Abidxadjayev təqdim edib. Bu layihə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə hazırlanıb və investisiya mühitinin yaxşılaşdırılması, MDB iştirakçısı olan dövlətlərin iqtisadiyyatına qarşılıqlı birbaşa xarici sərmayə axınının artırılması, investisiyaların səmərəliliyi istiqamətində əməkdaşlığın inkişafına yönəlib.
Nümayəndə heyətlərinin rəhbərləri MDB-yə üzv dövlətlərin hava nəqliyyatının milli idarəetmə sistemlərinin uyğunlaşdırılması Konsepsiyası layihəsini təsdiq ediblər. Konsepsiyanın məqsədi Birliyə üzv dövlətlərin hava məkanından istifadənin iqtisadi səmərəliliyinin artırılması, beynəlxalq aeronaviqasiya üçün şəffaf sərhədlərin təmin edilməsi, vahid qaydalar və texnologiyalar əsasında hava məkanından istifadəçilərə xidmət göstərilməsi məqsədilə milli aeronaviqasiya sistemlərinin uyğunlaşdırılmasıdır. Bu barədə iştirakçılara Dövlətlərarası Aviasiya Komitəsinin sədri Oleq Storçevoy məlumat verib. O qeyd edib ki, bu müddəaların həyata keçirilməsinin gözlənilən nəticəsi mülki aviasiya uçuşlarının təhlükəsizliyinin, müntəzəmliyinin və iqtisadi səmərəliliyinin, həmçinin hava nəqliyyatına xidmətin keyfiyyətinin yaxşılaşdırılmasıdır.
Sənəd baxılmaq üçün MDB Hökumət Başçıları Şurasına təqdim olunacaq.
“Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin əhalinin sağlamlığının qorunması sahəsində əməkdaşlıq Konsepsiyasının layihəsi” barədə Rusiya səhiyyə nazirinin müavini Andrey Plutnitski məlumat verib. Konsepsiyaya əsasən, bu qarşılıqlı fəaliyyətin əsas məqsədləri MDB iştirakçısı olan dövlətlərin əhalisinin sağlamlığının qorunmasına və səhiyyənin inkişafına, insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına, əczaçılıq sahəsində əməkdaşlığın inkişafına yönəlmiş dövlətlərarası əməkdaşlıq üçün şəraitin yaradılması üzrə əlaqələndirilmiş fəaliyyətlərdən ibarətdir.
İclasda, həmçinin MDB-yə üzv dövlətlər arasında yüngül sənaye sahəsində əməkdaşlığın inkişafı Konsepsiyası və onun həyata keçirilməsi üzrə Tədbirlər Planının layihələri təqdim edilib. Konsepsiya və Plan yüngül sənaye məhsullarına olan tələbatın daxili mənbələr hesabına ödənilməsi, sənaye kompleksinin və strateji sahələrin yüksəkkeyfiyyətli məhsullarla təmin edilməsi yolu ilə milli təhlükəsizliyin möhkəmləndirilməsi, yüngül sənayenin elmi təminatı sisteminin işlənib hazırlanması, bu sahədə müasir innovativ texnologiyaların tətbiqi ilə bağlı bir sıra aktual problemlərin həllinə yönəlib.
İştirakçılar MDB-yə üzv dövlətlər arasında ağır maşınqayırma sənayesinin inkişafı sahəsində əməkdaşlıq haqqında Sazişin layihəsini təsdiq edib, həmçinin müasir şəraitdə sosial əhəmiyyətli malların ayrı-ayrı bazarlarında Birliyə üzv dövlətlərin antiinhisar orqanlarının fəaliyyəti haqqında hesabatı dinləyib, MDB-yə üzv dövlətlərin 2030-cu ilədək olan dövr üçün regionlararası və transsərhəd əməkdaşlığı Konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planına dəyişikliklər edilməsi haqqında məsələyə baxıblar.
İclasda MDB orqanlarının maliyyələşdirilməsi, statistika, kiçik və orta biznesin inkişafı, sığorta xidmətləri bazarı və arxiv işi, MDB iştirakçısı olan dövlətlərdə radionaviqasiya ilə bağlı bir sıra məsələlər də nəzərdən keçirilib.
İqtisadi Şuranın növbəti iclasının 2025-ci il iyulun 18-də Moskvada keçirilməsi planlaşdırılır.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13

