Bütün təzyiqlərə rəğmən - Asif Adil YAZIR...
04.12.2025 [17:27]
Ölkənin siyasi həyatının canlanması artıq danılmaz həqiqətdir. Bu həqiqətin mövcudluğu heç də son günlərdə yaşanan hadisələrlə bağlı deyil. Şəxsi siyasi simpatiyaların məzmunundan asılı olmayaraq ədalət naminə hər kəs etiraf edə bilər ki, siyasətdə sağlam və legitim canlamanı mümkün edən strateji amil məhz təşviq olunan siyasi dialoq mühitidir. Bu günlərdə şahidlik etdiyimiz hadisələr isə müşahidə olunan canlamanın sadəcə təzahürlərindən biridir və heç də yaxşı olmayan təzahürüdür.
Bəli, dinamik siyasi həyat ölkənin demokratik inkişafını sürətləndirə bilər və müəyyən təcrübə də qazandırır. Ancaq unutmaq olmaz ki, əgər su qaynayanda çaydanın altı zamanında söndürülməsə, müxtəlif xoşagəlməz hadisələrin yaşanması qaçılmaz olur, ən azından çaydan yararsız vəziyyətə düşə bilər. Psevdodemokratların demaqogiyası da məhz buna hesablanıb: siyasi hərarəti süni şəkildə artıraraq hadisələri idarəolunmaz səviyyəyə qədər çatdırmaq. Hadisələrə kənardan diqqət yetirən zaman görə bilərik ki, ümidlərini hər tərəfdən üzmüş “cığallar” bu dəfə “siyasi tonqalı” paralel şəkildə fərqli nöqtələrdən yandırmaq istəmişdilər. Hətta içəridən belə, “külü” üfürənlər də var imiş. Odur ki, əldə olunmuş uğurların qoruyub və indidən sonra da inkişaf etdirilməsi naminə hamımız siyasi ayıq-sayıqlığı nümayiş etdirməliyik.
Bəli, bu cür hadisələrlə üzləşəndə cəmiyyət olaraq son dərəcədə məsuliyyətli olmalıyıq. Söhbət dövlət müstəvisindən gedən zaman isə burada hökumət artıq sərt “cərrahiyə müdaxilə” metodlarına mütləq olaraq müraciət etməlidir. Doğma məmləkətimizdə “siyasi tonqalı” yandırmaq istəyənlər emosional manipulyasiyalar vasitəsilə hadisələrin mahiyyətini gizlədirlər. Sonra isə bu həqiqətlər dumanlı tarixdə itir. Əlbəttə ki, xain qüvvələrin emosional manipulyasiyalarından danışan zaman ilk növbədə konkret siyasi partiyalar yada düşür.
Demokratik siyasi institut və peşəkar təsisat kimi inkişaf etmək üçün özündə güc tapmayan bəzi partiyalar “maşa” və tonqalı yandıran “kibrit” funksiyaları ilə kifayətlənərək ölkənin siyasi sisteminin yarasına çevrilmişdilər. Məhz buna görə də ölkədə siyasi dialoq mühitinin təşviq olunması prosesi ilə təqribən paralel olaraq siyasi partiyalar sistemində islahatların aparılmasına da başlanılmışdır. Əlbəttə ki, bütün bu təşəbbüslərin təyinatı münasibətlərin sağlamlaşdırılması və dayanıqlı demokratik ənənələrin formalaşdırılmasıdır.
Bu günlərdə alovun böyüməsi üçün “odun” daşıyanların gələcək Azərbaycanla heç bir əlaqəsi ola bilməz. Bəzi siyasətbaz və hətta partiya sədrlərinin ritorikasında keçmişdə baş verənlərin qurdalamaqdan başqa heç nə yoxdur. Onlara bəzən dərsi oxumayan dəcəl uşağa deyilən sözü demək istəyirsən: “Bəsti nağıl danışdın, keç dərsə”. Sərgilənən bu cür məsuliyyətsiz yanaşma arzu etdiyimiz və layiq olduğumuz gələcəyə bizi apara bilməzlər.
Qərəz, təhrik, demaqogiya, populizm və peşəkarlıqdan uzaq olan digər üsullar nə gələcəyin yanaşması ola bilər, nə də ki, bu metodlar Qalib xalqa yaraşar. Bəli, bütün qərəzli fikirlərə rəğmən isbat edə bilərik ki, siyasi dialoq ictimai münasibətlərdə sağlam və konstruktiv əməkdaşlığın yeganə legitim reseptidir. Odur ki, bu münasibətlərə xələl gətirmək çalışanlar ilk növbədə Azərbaycanda ictimai konsensusunun yaşanmasını istəməyənlərdir.
Ölkənin tarixi uğurlarında heç bir payı olmayan, hətta heç bir şəxsi nailiyyəti belə olmayanlar Qalib Azərbaycanın gələcəyi ola bilməzlər. Min bir əziyyət hesabına əldə olunmuş hər bir uğuru şübhə altına salanlar, öz millətinə istehza ilə müraciət edənlər və şəxsi rifahlarını xarici ölkələrin qapılarının ağzında axtaranların bu millətin gələcəyi ilə heç bir bağlantısı ola bilməz. Davamlı olaraq inkişaf edən siyasi sisteminin həssas hesab olunan nöqtələrinə demokratik şüarlar altında demaqoji manipulyasiyalar ilə sıxmaq cəmiyyətin inkişafına dəstək göstərmək demək deyil. Dövlət və cəmiyyətə dəstək yolu düşmənçilikdən keçmir. Dəstəyin tək bir vasitəsi əməkdaşlıqdır.
Xalq, millət və dövlət olaraq arzu etdiyimiz uğurlu gələcəyin sarsılmaz əsasları Prezident İlham Əliyevin apardığı siyasətinin nəticələridir. Bu, məhz o nəticələrdir ki, onların sayəsində həm suverenliyimiz, həm milli qürurumuz tam olaraq bərpa olunub. Bu, o uğurlardır ki, indi artıq şəhidlərimizin adlarını utanmadan dilə gətiririk. Çünki onların qısası alınıb. Bu, həm də o uğurlardır ki, bizi dünyada onların sayəsində artıq Qalib xalq kimi tanıyırlar. Vətənşivən demaqoqların sayəsində isə bizi uzun illər ərzində dünyada necə tanıtdırmaq istəyirdilər hamı çox gözəl bilir. Odur ki, bizim gələcəyimiz bu gün yaşadığımız uğurların gücləndirilməsi və milli həmrəyliyimizin qorunması ilə bağlıdır. Sıralarında vətənpərvər, peşəkar və dövlətinə sadiq üzvləri olan partiyaları müxtəlif qalmaqallara cəlb etmək istəyənlər heç bir zaman dövlətin siyasi partiyalar sisteminin sağlamlaşdırılması ilə bağlı niyyətlərinə, nə də ki, Vətəninə sadiq olan partiyalara ləkə gətirə bilməzlər. Dövlət və cəmiyyət naminə konstruktiv əməkdaşlıqdan vətənpərvər insanları hətta şantaj belə, çəkindirə bilməz. Heç şübhəsiz ki, tarixi Qələbə kimi milli həmrəyliyin möhtəşəm bəhrəsini yaşadığımız kimi, bütün təzyiqlərə rəğmən cəmiyyət olaraq biz siyasi əməkdaşlığının da gözəl bəhrəsinə yaxın gələcəkdə şahidlik edəcəyik.
Asif Adil
Xəbər lenti
Hamısına baxHadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57

