Tanınmış qəzetçi Aysel Sadak İltaş Prezident İlham Əliyevi təbrik etdi
26.12.2025 [17:25]
Musavat.com xəbər verir ki, Türkiyənin tanınmış jurnalisti və yazarı, professor Aysel Sadak İltaş Azərbaycan Prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib. Təbrik müraciətində Aysel Sadak İltaş Prezident İlham Əliyevi Azərbaycanı Zəfərə aparmış, eyni zamanda Türk dünyasında birləşdirici missiya daşıyan lider kimi xarakterizə edib.
Jurnalist Prezident İlham Əliyevin fəaliyyətini yalnız Azərbaycanın milli maraqları ilə məhdudlaşmayan, bütövlükdə Türk dünyası və Türk–İslam coğrafiyası üçün strateji əhəmiyyət daşıyan tarixi xətt kimi dəyərləndirib. O bildirib ki, Qarabağ Zəfəri bu prosesdə həlledici mərhələ olmaqla yanaşı, Türk dünyasının siyasi və mənəvi özünəinamını gücləndirib.
Aysel Sadak İltaş müraciətində Prezident İlham Əliyevin Türkiyə ilə birgə Türk Dövlətləri Təşkilatının güclənməsi, türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsi və Turan ideyasının real siyasi platformaya çevrilməsi istiqamətində atdığı addımları xüsusi vurğulayıb.
Musavat.com bildirir ki, Aysel Sadak İltaş Azərbaycan əsilli Türkiyə jurnalistidir və uzun illərdir Türkiyə mediasında analitik yazıları, reportajları və müsahibələri ilə tanınır. O, vaxtilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə apardığı müsahibələrlə diqqət mərkəzinə gəlib.

Son dövrlərdə isə Ümummilli Liderin şəxsiyyəti və mənəvi irsinə həsr olunmuş “İnsan ürəyi ile Heydər Baba” adlı kitabı ilə geniş rezonans doğurub.
Sözügedən kitabın yazılması, nəşri və həm Azərbaycanda, həm də Türkiyədə təqdimat mərasimlərinin keçirilməsi münasibətilə Prezident İlham Əliyev Aysel Sadak İltaşa rəsmi təşəkkür məktubu göndərib. Məktub Türkiyədə, Azərbaycan Respublikasının səfirliyində təşkil olunan mərasimdə müəllifə təqdim olunub.
Prezident İlham Əliyevin imzaladığı məktubda Aysel Sadak İltaşın Ümummilli Lider Heydər Əliyevin xatirəsinə göstərdiyi ehtiram, onun insani keyfiyyətlərini, dövlətçilik irsini və tarixi rolunu səmimi şəkildə qələmə alması yüksək qiymətləndirilib. Məktubda müəllifin uzun illər ərzində Azərbaycanın ictimai-siyasi proseslərini obyektiv şəkildə işıqlandırması, Qərbi Azərbaycan köklərinə bağlılığı və milli yaddaşa xidmət edən təşəbbüsləri də qeyd olunub.

Dövlət başçısı Aysel Sadak İltaşın yaradıcılığının Azərbaycan–Türkiyə qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyini, Ulu Öndərin “bir millət, iki dövlət” prinsipinin ruhunu əks etdirdiyini vurğulayıb və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Musavat.com onu da bildirir ki, Aysel Sadak İltaşın həyat yoldaşı Hamit İltaş Qarabağ müharibəsi dövründə könüllü olaraq Türkiyədən Azərbaycana gələrək döyüşlərdə iştirak edib. Türkiyə ordusunda minbaşı rütbəsinə qədər yüksəlmiş Hamit İltaş hazırda da Azərbaycanla bağlı mövqeyini Türkiyə ictimaiyyətində, xüsusilə Ülkücü cameədə və sosial mediada fəal şəkildə təbliğ edir.
Beləliklə, Aysel Sadak İltaşın Prezident İlham Əliyevə ünvanladığı təbrik və dövlət başçısının rəsmi təşəkkür məktubu Azərbaycan–Türkiyə münasibətlərinin dərin tarixi, mənəvi və siyasi bağlara söykəndiyini bir daha nümayiş etdirir.
Xəbər lenti
Hamısına baxSiyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05

