Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin sədri: Azərbaycan mədəniyyətlərarası dialoqun sadiq tərəfdaşıdır

Milli Məclisin sədri: Azərbaycan mədəniyyətlərarası dialoqun sadiq tərəfdaşıdır

26.01.2026 [15:49]

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı Forumu, Qlobal Bakı Forumu və Dünya Dini Liderlərinin Sammiti kimi mötəbər tədbirlərə ev sahibliyi etməklə mədəniyyətlərarası dialoqa davamlı töhfələr verir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 26-da Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Asiya Parlament Assambleyasının (APA) 16-cı plenar sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə başladılmış “Bakı Prosesi” çərçivəsində keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT tərəfindən mədəniyyətlərarası və dinlərarası dialoq üçün əsas qlobal platforma kimi tanınır. 2024-cü ilin mayında keçirilmiş 6-cı Forum çərçivəsində Milli Məclis tərəfindən təşkil olunmuş Parlamentlərarası Konfrans isə bu dialoqa “parlament ölçüsü” qazandırıb.

Sahibə Qafarova çıxışında Azərbaycanın mədəniyyətlərarası dialoqun sadiq tərəfdaşı olduğunu vurğulayıb.

Paylaş:
Baxılıb: 619 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31