“20 Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq hərəkatında yeri və rolu”
22.01.2014 [11:35]
Bişkekdə bu mövzuda elmi-nəzəri konfrans keçirilib
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu Bişkek şəhər kitabxanalar sistemi ilə birgə “20 Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq hərəkatında yeri və rolu” adlı elmi-nəzəri konfrans keçirib.
Konfransdan əvvəl təşkilatçılar Bişkek şəhər kitabxanalar sisteminə daxil olan 30 kitabxananın hər birinə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Bişkekdə fond tərəfindən qırğız və rus dillərində nəşr edilmiş “Azərbaycanlılara qarşı soyqırım gerçəkliyi” adlı kitabından 30 nüsxə verib. Məlumat üçün bildirək ki, bu kitabda 20 Yanvar faciəsindən bəhs olunur.
Elmi- nəzəri konfransı Bişkek şəhər kitabxanalar sisteminin direktoru Gülsayra Dandıbayeva açaraq 1990-cı ilin yanvar ayında Azərbaycan xalqının başına gətirilən faciədən danışıb.
Sonra çıxış edən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov deyib ki, 24 il əvvəl baş vermiş 20 Yanvar faciəsi insanlığa qarşı törədilmiş cinayətdir: “Xalqımızın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunmuş bu tarix həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, həmrəyliyi günüdür. Bütün cinayət hadisələri kimi, bu qanlı aksiyanın da sifarişçiləri və icraçıları vardı. 1988-ci ildən başlayaraq keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində güclənən erməni separatizminə keçmiş sovet hökuməti tərəfindən rəvac verilməsi, Azərbaycana qarşı qərəzli mövqe nəticəsində bu vilayətin idarə və təşkilatlarının tədricən respublikamızın tabeliyindən çıxarılması, azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından deportasiya edilməsi xalqımızın səbrini tükəndirmişdi. Məhz xalqın etirazına cavab olaraq, sovet hökuməti Azərbaycanı cəzalandırmaq üçün bu qırğını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox şəhər və rayonlarına yeridildi. Hərbi gəmilərdən çıxarılan desant qrupları da şəhər üzərinə hücuma keçdi”.
Nüsrət Məmmədov əlavə edib ki, həmin vaxt Stavropol, Rostov və Krasnodardan erməni əsilli zabit və əsgərlər hərbi əməliyyatlara cəlb edilmişdi. “Nəticədə beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulmuş, öz torpaqlarının, milli mənliyinin müdafiəsinə qalxmış çoxmillətli xalqımıza vəhşicəsinə divan tutulmuşdur. Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 silahsız mülki şəxsi amansızcasına öldürmüş, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanmış, yüzlərlə adam itkin düşmüş, 841 nəfər qanunsuz həbs edilmişdi”.
O çıxışının sonunda, ümid etdiyini bildirib ki, bu qanlı aksiya insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq.
Daha sonra çıxış edənlər Osman Səfərov, Süleyman Bayramov və başqaları 20 Yanvar faciəsi barədə geniş məlumat veriblər.
Tədbirin sonunda Azərbaycanın başına gətirilən faciələrdən bəhs edən film göstərilib və iştirakçılara, həmçinin, kitabxananın oxucularına Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Bişkekdə fond tərəfindən qırğız və rus dillərində nəşr edilmiş “Azərbaycanlılara qarşı soyqırım gerkçəkliyi” kitabı hədiyyə edilib.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

