Xocalı soyqırımının 22-ci ildönümü İtaliya mətbuatında geniş işıqlandırılıb
28.02.2014 [09:07]
İtaliyanın bir sıra xəbər portallarında Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı məqalələr yerləşdirilib.
Məqalələrdə qeyd olunur ki, Azərbaycanın Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi qüvvələri tərəfindən hücuma məruz qalıb. Dinc sakinlər qarlı qış gecəsi qaçaraq xilas olmağa çalışsalar da, onlara qarşı amansız qətliam törədilib. Soyqırımı nəticəsində 106 qadın, 63 uşaq, 70 qoca daxil olmaqla 613 nəfər xüsusi qəddarlıqla öldürülüb, 8 ailənin həyatına tamamilə son qoyulub, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini itirib, 487 nəfər ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Bu faciə “Human Rights Watch” təşkilatı tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən böyük qətliamı adlandırılıb.
Məqalələrdə Dağlıq Qarabağın əzəli Azərbaycan ərazisi olması ilə bağlı tarixi faktlar, münaqişənin kökləri, səbəbləri və nəticələri barədə məlumatlar öz əksini tapıb. Qeyd olunub ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon 20 ildən artıqdır Ermənistanın işğalı altındadır. Münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvalarından didərgin düşüb. BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi, habelə qurumun Baş Məclisinin, Avropa Şurasının, Avropa ittifaqının, Avropa Parlamentinin, ATƏT-in, NATO-nun və digər nüfuzlu beynəlxalq təşkilatların münaqişəyə dair sənədləri təəssüflər olsun ki, hələ də kağız üzərində qalmaqdadır.
Yazılarda diqqətə çatdırılıb ki, Xocalı hadisələri bir çox ölkələr və ABŞ-ın bəzi ştatları tərəfindən soyqırımı aktı kimi tanınıb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43

