Siyavuş Novruzov: Ukrayna ilə Azərbaycan arasında yerlə göy qədər fərq var
04.03.2014 [09:49]
“Hesab edirəm ki, Ukraynada cərəyan edən proseslərin geniş təhlilə ehtiyacı var. Əgər biz təhlil aparsaq görərik ki, orada baş verən situasiya xarici yəni, üçüncü qüvvələrin təsiri və iştirakı ilə reallaşdırılıb. Bununla belə burada iqtisadi və siyasi böhranın da xüsusi rolu var. Təbii ki, bunun ilkin mərhələsi Ukraynada keçirilən parlament seçkilərindən sonra başladı”. Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Ukraynada baş verən hadisələr və həmin hadisələrin ölkəmizə təsir imkanları barədə danışarkən deyib.
Millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, son 10 il ərzində Ukraynada stabil hakimiyyət olmayıb: “Bununla belə mütəmadi olaraq istər parlament, istərsə də prezident seçkiləri zamanı hakimiyyətdə müxtəlif partiyaların yerlərinin dəyişməsi, ölkə iqtisadiyyatının geriləməsi və əhalinin həyat şəraitinin aşağı olması məlum hadisələrin baş verməsinə əsaslı zəmin yaradıb. Hətta bu yaxınlarda statistika ilə də göstərildi ki, təbii sərvətlərinə görə Ukraynanın öndə gedən ölkə olmasına baxmayaraq, burada əhalinin yaşayış səviyyəsi Rusiyadan 4, Belarusdan isə 3 dəfə aşağıdır. Yəni bu onu göstərir ki, orada tək siyasi proseslər deyil, eləcə də iqtisadiyyat və əhalinin yaşayış səviyyəsinin aşağı olması da xüsusi rola malikdir. Digər tərəfdən, əsrin əvvəllərindən bu günə kimi Şərqi və Qərbi Ukrayna arasında müxtəlif fikir ayrılıqları olub. Yəni onların ayrı-ayrı dövlətlərə yanaşma tərzləri müxtəlifdir. Məsələn, qərblilər daha çox Avropaya inteqrasiya etməyə meyllidirlərsə, şərqlilər isə Rusiya və post-Sovet məkanına inteqrasiya etməyə üstünlük veriblər. Təbii ki, bu da psixoloji cəhətdən müəyyən təsir imkanlarına malikdir. Hesab edirəm ki, bunların hamısını kompleks şəkildə müzakirə etdiyimiz zaman ilkin nəticə çıxara bilərik”.
“Hətta vaxtilə Ukraynada “narıncı inqilab” baş verən zaman bunun Azərbaycanda da təkrarlanacağı ilə bağlı fikirlər səsləndirilirdi. Bunların hər biri müxalifətin uydurmaları və onların özlərinə təskinlik vermələrindən başqa bir şey deyil. 2013-cu ilin 9 oktyabrında Azərbaycanda prezident seçkiləri keçirildi və xalqın böyük əksəriyyətinin etimadı nəticəsində cənab İlham Əliyev növbəti 5 il müddətinə ölkəyə rəhbər seçildi. Bu aspektdən yanaşsaq görərik ki, Ukrayna ilə Azərbaycan arasında yerlə göy qədər fərq var. Bu gün ölkəmizə səfər edən hər bir şəxs Azərbaycanda görülən işləri yüksək qiymətləndirir. Məhz bunun nəticəsidir ki, bütün beynəlxalq tədbirlər, idman yarışları, simpoziumlar və s. Azərbaycanda keçirilir. Hətta bir çoxları bir ildən sonra paytaxt Bakıya gələndə, ölkəmizdəki inkişafı görüb şəhərimizi tanımırlar. Azərbaycan azad, demokratik dövlətdir. Ölkəmiz həm Qərb, həm Avropa İttifaqı, həm də ətrafımızda olan iri dövlətlər, beynəlxalq təşkilatlarla bərabərhüquqlu əməkdaşlıq həyata keçirir. Təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan balanslaşdırılmış siyasət bu gün özünün uğurlu nəticələrini göstərir” – deyə, millət vəkili sözlərinə əlavə edib.
Xəbər lenti
Hamısına baxElm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31

