Gerhard Şröder: Almaniya Azərbaycanın Qərbi Avropadakı əsas tərəfdaşıdır
14.03.2014 [09:35]
Almaniya Azərbaycanın Qərbi Avropadakı əsas tərəfdaşıdır.
AzərTAc xəbər verir ki, bu sözləri martın 13-də Alman-Azərbaycan Xarici Ticarət Palatasının Bakıda təşkil etdiyi mühazirədə çıxış edən Almaniyanın sabiq kansleri Gerhard Şröder deyib.
G.Şröder çıxışında Almaniya-Azərbaycan münasibətləri, Avrasiya regionunda və dünyada baş verən proseslər haqqında danışıb. Ölkələrimiz arasında siyasi və iqtisadi münasibətlərin tarixən yaxşı olduğunu deyən sabiq kansler 1918-ci ildə Azərbaycan parlamentində almanların da təmsil olunduğunu xatırladıb.
Ölkələrimiz arasında iqtisadi əməkdaşlıqdan danışan G.Şröder bu gün çoxlu sayda alman şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini söyləyib. O qeyd edib ki, 2012-ci ildə Alman-Azərbaycan Xarici Ticarət Palatasının yaradılması ikitərəfli əlaqələrin möhkəmlənməsi baxımından zəruri addım olub.
Qeyd edilib ki, ötən il Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi 2012-ci illə müqayisədə 30 faizdən çox artıb. Azərbaycan Almaniyaya neft ixrac edən ölkələr arasında yeddinci yeri tutur.
Qlobal problemlərin həllində çoxtərəfli əlaqələrin, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun vacibliyini qeyd edən sabiq kansler bu baxımdan Azərbaycandakı dini tolerantlığın və multikulturalizmin təqdirəlayiq olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan müxtəlif mədəniyyətlərin, etnosların nümayəndələrinin sülh şəraitində yaşamaları baxımından örnək ölkədir.
Təbii sərvətlərdən səmərəli istifadənin vacibliyini bildirən G.Şröder urbanizasiya və iqlim dəyişiklikləri kimi narahatlıq doğuran mövzulara da toxunub. O deyib: “Biz ehtiyatlardan ağıllı istifadə etməliyik. Təkrar istehsala üstünlük verməliyik. Yaşıllaşdırmanı artırmalıyıq. Alternativ enerji mənbələrini inkişaf etdirməliyik. Zəngin ehtiyatlara malik Azərbaycan bu istiqamətdə çox vacib işlər görür. Almaniya da alternativ enerji sahəsində mütərəqqi addımlar atmışdır. İki ölkə arasında bu sektorda əməkdaşlıq əhəmiyyətli olardı”.
Sabiq kansler diqqətə çatdırıb ki, Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır. “Şahdəniz” konsorsiumu tərəfindən TAP-ın seçilməsi mütərəqqi qərardır. Avropanın gələcəkdə təbii qaza ehtiyacı 50 faiz artacaq. Qitənin ənənəvi enerjiyə hələ də ehtiyacı olacaq. Bu baxımdan Azərbaycanın rolu danılmazdır.
Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsinə toxunan G.Şröder deyib: “Türkiyənin Avropa İttifaqına qəbul olunması çox vacibdir. Qafqaz regionunda, Avropa və Asiya arasında bu ölkənin rolu böyükdür. İnanıram ki, Türkiyə bu təşkilata üzv qəbul ediləcəkdir. Mən inteqrasiyanın tərəfdarıyam”.
Sabiq kansler belə bir tədbirin təşkilinə görə Alman-Azərbaycan Xarici Ticarət Palatasına təşəkkürünü bildirib, bunun ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb.
Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Florian Şröder bu qurumun MDB məkanında Rusiyadan sonra məhz Azərbaycanda təsis edilməsini iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının əyani təsdiqi kimi qiymətləndirib. F.Şröder Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin G.Şröder ilə 1999-cu ildə İstanbuldakı görüşünü, Ulu öndərin 1947-ci ildə Azərbaycana gətirilmiş Bremen qalereyası rəsmlərinin Almaniyaya qaytarılması haqqında imzaladığı Sərəncamı məmnunluqla xatırladıb. İcraçı direktor G.Şröderin 2004-cü ilin avqustunda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşünün ölkələrimiz arasında münasibətlərin inkişafındakı rolunu diqqətə çatdırıb.
F.Şröder, həmçinin Azərbaycanda gedən inkişaf proseslərindən danışıb, ölkənin paytaxtının inşaat meydançasına çevrildiyini, Berlin və Bakının oxşar şəhərlər olduğunu bildirib. İcraçı direktor Bakını Cənubi Qafqazın Parisi adlandırıb.
Mühazirə tədbirində Azərbaycan hökumətinin yüksək səviyyəli rəsmiləri, hər iki ölkədə fəaliyyət göstərən şirkətlərin rəhbərləri, Milli Məclisin deputatları, diplomatik nümayəndəliklərin təmsilçiləri, iqtisadiyyat və siyasət sahəsində fəaliyyət göstərən 200-dən çox qonaq iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46

