Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 95 illik yubileyi münasibətilə Bakının Nərimanov rayonunda tədbir keçirilib

Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 95 illik yubileyi münasibətilə Bakının Nərimanov rayonunda tədbir keçirilib

28.03.2014 [09:06]

Martın 27-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 95 illik yubileyi münasibətilə Nərimanov Rayon İcra Hakimiyyətində tədbir keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin, Milli Təhlükəsizlik Nazirliyinin Nərimanov rayon idarəsinin rəhbərliyi və əməkdaşları, Milli Məclisin deputatları, milli təhlükəsizlik orqanlarında xidmət etmiş veteranlar, rayon ərazisində yerləşən idarə və təşkilatların nümayəndələri, ziyalılar və fəal gənclər iştirak ediblər.
Əvvəlcə milli təhlükəsizlik orqanlarının inkişaf tarixindən, onların səmərəli fəaliyyətindən, ölkəmizə qarşı daxili və xarici təhdidlərin dəf edilməsi istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərdən bəhs edən sənədli film nümayiş olunub.
Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tədbirdə çıxış edərək respublikamızın ictimai-siyasi həyatında, dövlətçiliyin qorunmasında, ölkəmizdə sabitliyin bərqərar olunmasında Azərbaycanın milli təhlükəsizlik orqanlarının rolundan danışıb.
Qeyd olunub ki, ötən əsrin ortalarından başlayaraq təhlükəsizlik orqanlarında Vətənə, dövlətə və xalqa əsl sədaqət ideyalarını formalaşdıran Ulu öndər Heydər Əliyev ənənələri bu gün də yaşadılır, Prezident İlham Əliyev tərəfindən böyük əzm və uğurla davam etdirilir. Son illər Azərbaycan sosial-iqtisadi, ictimai-siyasi həyatın bütün sahələrində daha dinamik şəkildə inkişaf edir. Bütün bu uğurlar ölkədə bərqərar olmuş ictimai-siyasi və sosial-iqtisadi sabitlikdən irəli gəlir.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat fəaliyyətinin aşkarlanması və qarşısının alınmasında, beynəlxalq terrorçuluqla və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə yüksək peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirən təhlükəsizlik orqanları əməkdaşlarının müstəsna xidmətləri vardır.
Sonra çıxış edən Milli Təhlükəsizlik Nazirliyinin Nərimanov rayon idarəsinin rəisi, polkovnik İlham Babayev milli təhlükəsizlik orqanlarının bütün şəxsi heyətini və veteranları, Ulu öndərin şərəfli məktəbinin davamçılarını peşə bayramı münasibətilə təbrik edib. O qeyd edib ki, Milli Təhlükəsizlik Nazirliyinin qarşısında duran vəzifələr Azərbaycan Respublikasının suverenliyinə, Konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına, digər həyati əhəmiyyətli maraqlarına qarşı xarici xüsusi xidmətlərin və təşkilatların, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin kəşfiyyat və digər təxribat-pozuculuq fəaliyyətinin qarşısını almaqdan ibarətdir. İ.Babayev inkişaf istiqamətləri Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında bu gün önəmli uğurların qazanıldığını vurğulayıb, ölkənin beynəlxalq nüfuzunun daha da artdığını bildirib. Qeyd olunub ki, qazanılmış bütün bu uğurlarda Milli Təhlükəsizlik Nazirliyi də yaxından iştirak edir, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində ardıcıl fəaliyyət göstərir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Adil Əliyev, Rasim Musabəyov və digərləri milli təhlükəsizlik orqanlarının yaranma tarixindən, inkişaf mərhələsindən və keçdiyi yoldan söhbət açıblar. Ölkənin müstəqilliyi əleyhinə yönəlmiş qəsdlərin qarşısının alınmasında milli təhlükəsizlik orqanlarının daim yüksək sayıqlıq və peşəkarlıq göstərdiyi xüsusi qeyd edilib.
Sonda Milli Təhlükəsizlik Nazirliyinin Nərimanov rayon İdarəsinin xidmətdə fərqlənmiş bir sıra əməkdaşlarına Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunub.

Paylaş:
Baxılıb: 920 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31