Qafqaz Müsəlmanları İdarəsində Qazılar Şurasının iclası keçirilib
18.04.2014 [10:24]
Aprelin 17-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Qazılar Şurasının iclası keçirilib.
AzərTAc xəbər verir ki, QMİ Qazılar Şurasının üzvləri və İdarənin səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilən iclas “Qurani-Kərim”dən ayələrin və Şuranın dünyasını dəyişmiş üzvlərinin ruhuna duaların oxunması ilə başlayıb.
Sonra Şuranın fəaliyyətinə dair təşkilati məsələlərə baxılıb, yeni qazılar və səlahiyyətli nümayəndələr seçilib.
Təşkilati məsələlərə baxıldıqdan sonra məruzə ilə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazılar Şurasının son toplantısından ötən dövrdə görülmüş işlərdən danışıb, Şuranın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində fikir və tövsiyələrini bildirib.
Azərbaycanın beynəlxalq aləmdə tolerant dövlət kimi tanındığını vurğulayan Şeyxülislam respublikamızın bu baxımdan dünyaya, o cümlədən müsəlman ölkələrinə örnək olduğunu deyib. Allahşükür Paşazadə bildirib ki, Azərbaycanda tolerantlıq mühitinin, din-dövlət münasibətlərinin bünövrəsini Ulu öndər Heydər Əliyev qoyub. Bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın da təşəbbüsü ilə respublikamızda və ölkəmizdən kənarda bir çox dini abidələrin bərpa edildiyini bildirən Şeyxülislam bunun tolerantlıq mühitinə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu deyib.
Allahşükür Paşazadə diqqətə çatdırıb ki, Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini Prezident İlham Əliyevin uğurla həyata keçirməsi sayəsində Azərbaycan sürətlə inkişaf edir. Lakin Azərbaycanın bu inkişafını gözü götürməyən bəzi qüvvələr ölkəmizdə əlverişli tolerantlıq mühitini, ictimai-siyasi sabitliyi pozmağa çalışır. Bu qüvvələrlə mübarizə aparmaq üçün biz tez-tez bölgələrdə olur, müxtəlif görüşlər, tədbirlər keçirir, geniş maarifləndirmə işi aparırıq.
Sonra QMİ-nin aparat rəhbəri Simran Həsənov, QMİ-nin nəzarət-təftiş komissiyasının sədri Vəfadar Əliyev, idarənin fətva şöbəsinin müdiri qazı Mirəziz Seyidzadə, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev, QMİ sədrinin müavini Sabir Həsənli tədbirdə çıxış ediblər. Çıxışlarda Qazılar Şurasının bu ilin yanvarında verilmiş fətvasının dindarlar arasında böyük əks-səda doğurduğu xüsusi vurğulanıb.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43

