Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Leyla Yunusu qəhrəman edən müxalifətlə dialoq mümkün deyil

Siyavuş Novruzov: Leyla Yunusu qəhrəman edən müxalifətlə dialoq mümkün deyil

24.05.2014 [11:23]

Yeni Azərbaycan Partiyası (YAP) müxalifətlə dialoqdan imtina edir. Bu barədə YAP İcra katibi, millət vəkili Siyavuş Novruzov Publika.az-a açıqlamasında deyib. S.Novruzov buna səbəb kimi müxalifətin ermənilərlə əməkdaşlıq edən şəxslərə dəstək verməsi, onları müdafiə etməsini göstərib: “Bu gün müxalifət ümummilli məsələlərdə iqtidarla dialoqa getməyə hazır olduğunu bəyan edir, amma özləri ümummilli məsələlərin ziddinə hərəkət edirlər. Leyla Yunusu hər kəs tanıyır və bilir ki, bu adam ermənilərlə əməkdaşlıq edir, erməni kəşfiyyatına informasiya ötürür. Ümummilli məsələlərdən, Dağlıq Qarabağdan pafosla danışan müxalifət isə Leyla Yunusu dəstəkləyir, az qala ondan qəhrəman düzəldirlər. Leyla Yunus kimilərdən qəhrəman düzəldən müxalifətlə ümummilli məsələləri prioritet hesab edən iqtidar dialoqa gedə bilməz”.
S.Novruzov qeyd edib ki, müxalifət bu mövqeyindən əl çəkməli, sözü ilə əməli bir olmalıdır. “Xüsusən Azərbaycanın ərazi bütövlüyü məsələsində eyni mövqe nümayiş etdirməlidirlər. Yoxsa, sözdə bunu deyib, əməldə buna qarşı çıxanlara dəstək vermək olmaz. Onlarla eyni masada necə oturmaq olar?” - deyə, S.Novruzov bildirib.

Paylaş:
Baxılıb: 764 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31