Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçirilib

Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçirilib

27.05.2014 [09:33]

Mayın 26-da Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun, Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğlunun və Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun birinci üçtərəfli görüşü keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə ikitərəfli görüşlər keçirən nazirlər sonra danışıqları üçtərəfli formatda davam etdiriblər.
Üçtərəfli görüşün yekununda Bakı Bəyannaməsi qəbul olunub.
Növbəti görüşün bu ilin ortalarında Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçiriləcəyi barədə razılıq əldə edilib.
Sonra nazirlər mətbuata bəyanatlarla çıxış ediblər.
Elmar Məmmədyarov deyib ki, görüşdə Azərbaycan, Türkiyə və Türkmənistan arasında bir çox istiqamətlərdə, o cümlədən nəqliyyat, enerji, mədəniyyət, turizm, idman sahələrində əməkdaşlığın daha da genişləndirilməsi, müxtəlif layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, Aşqabaddakı növbəti görüşdən əvvəl keçiriləcək iclasda qeyd edilən sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaqdır. İstiqamət artıq bəllidir. Bu layihələr üzərində işimizi quracağıq. E.Məmmədyarov yalnız xarici işlər nazirləri səviyyəsində deyil, əməkdaşlığın göstərilən sahələrinə məsul olan nazirliklərin rəhbərlərinin də görüşlərinin keçirilməsi barədə razılığa gəlindiyini vurğulayıb.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu 28 may - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
O, Soma fəlakəti zamanı göstərilən yardıma görə Azərbaycan və Türkmənistan prezidentlərinə minnətdarlığını bildirib. İldə iki dəfə nazirlərin üçtərəfli görüşlərinin keçiriləcəyi barədə razılığa gəlindiyini söyləyən Ə.Davudoğlu aparılan müzakirələrin səmərəli nəticələr verəcəyinə əminliyini bildirib. O deyib: “Biz, həmçinin, beynəlxalq sülhə töhfələr verməyi düşünürük”.
Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Bakıya dəvət və yüksək səviyyəli görüş üçün təşəkkürünü bildirib. O, Azərbaycan, Türkmənistan və Türkiyə arasında əməkdaşlığın Asiya ilə Avropa arasında əlaqələrin inkişafı baxımından önəmini qeyd edib. Bildirib ki, görüşdə ikitərəfli və üçtərəfli əlaqələrin aktual məsələləri, gələcək əməkdaşlığın vacib istiqamətləri müzakirə edilib. Nazir deyib ki, ölkələrimizin ortaq tarixi, mədəni kökləri var ki, bu da hər üç dövlət arasında əməkdaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır.

Paylaş:
Baxılıb: 754 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31