AzərTAc-ın təşkilatçılığı ilə Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakı iclası keçirilib
03.06.2014 [09:20]
İyunun 2-də Bakıda, “Four Seasons” otelində AzərTAc-ın təşkilatçılığı ilə Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclası keçirilib.
İclas 2016-cı ildə AzərTAc-ın ev sahibliyi ilə keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq məqsədilə təşkil edilib. Tədbirdə qlobal məkanda informasiya siyasətini müəyyənləşdirən xəbər agentlikləri alyanslarının, aparıcı informasiya qurumlarının rəhbərləri və nümayəndələri - Dünya Xəbər Agentlikləri Konqresinin sədri və Səudiyyə Ərəbistanı Krallığının Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti, Rusiyanın İTAR-TASS Agentliyinin baş direktoru Sergey Mixaylov, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti, Avstriya Xəbər Agentliyinin baş icraçı direktoru Piter Kropş, Dünya Xəbər Agentlikləri Konqresinin baş katibi Uffe Riis Sorensen, Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) baş katibi Fərid Əyyar, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibi Erik Naylen, Böyük Britaniyanın Press Association Agentliyinin baş icraçı direktoru Klayv Marşal, Türkiyənin Anadolu Agentliyinin baş direktoru Kamal Öztürk, Latın Amerikası Ölkələri İnformasiya Agentlikləri Birliyinin (ULAN) sədri, Argentinanın TELAM Agentliyinin institusional əlaqələrin inkişafı üzrə meneceri Jan Manuel Fonruj, Koreya Respublikasının Yonhap Agentliyinin biznes və beynəlxalq məsələlər üzrə müdiri Oh Jae-seok və başqaları iştirak ediblər.
Dünya Xəbər Agentlikləri Konqresinin baş katibi Uffe Riis Sorensen deyib ki, Konqresin təməli İTAR-TASS tərəfindən qoyulub. O, qeyd edib ki, dünyanın nüfuzlu agentlikləri rəhbərlərinin ilk görüşü 2004-cü ildə Moskvada, sonra İspaniya, Argentina və Səudiyyə Ərəbistanında keçirilib.
Uffe Riis Sorensen Dünya Xəbər Agentliklərinin IV Konqresinin yüksək səviyyədə keçirilməsinə görə Səudiyyə Ərəbistanına təşəkkür edib. O, eyni zamanda, AzərTAc-ın növbəti Konqresə ev sahibliyi edəcəyinə görə şad olduğunu vurğulayıb. Konqresin baş katibi Azərbaycanda da bu tədbirin yüksək səviyyədə keçiriləcəyinə əminliyini qeyd edib.
AzərTAc-ın baş direktoru Aslan Aslanov tədbirin əhəmiyyətindən danışıb, Şuranın nizamnaməsinə əsasən Dünya Xəbər Agentliklərinin konqresləri arasındakı müddətdə onun ən azı iki iclasının keçirildiyini bildirib. Qeyd edilib ki, 2016-cı ildə Dünya Xəbər Agentliklərinin V Konqresi Bakıda olacaq və həmin tədbirdə bu nüfuzlu quruma sədrlik AzərTAc-a keçəcək.
Baş direktor iclasın gündəliyində növbəti Konqresin keçiriləcəyi vaxtın, iştirakçıların tərkibinin, tematik çərçivələrin, məruzəçilərin və panel iclaslarının mövzularının müəyyənləşdirilməsi məsələlərinin yer aldığını bildirib və bu istiqamətdə müzakirələrin aparılacağını vurğulayıb.
Dünya Xəbər Agentlikləri Konqresinin sədri və Səudiyyə Ərəbistanı Krallığının Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn qeyd edib ki, IV Konqres Ər-Riyadda keçirilib. O, bütün agentliklərə bu tədbirdə iştirakına görə təşəkkür edib. Abdullah bin Fəhd Əl-Hüseyn V Konqresin Azərbaycanda uğurla keçirilməsi üçün Səudiyyə Press Agentliyi tərəfindən lazımi dəstəyin göstəriləcəyini diqqətə çatdırıb.
Bildirilib ki, 2016-cı ildə V Konqresə Azərbaycanın ev sahibliyi və 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə AzərTAc-ın sədrlik etməsi haqqında qərar ötən il noyabrın 20-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində dünyanın 70-dən çox mötəbər xəbər agentliyinin, OANA, EANA, FANA, İİNA xəbər alyanslarının, SKY Nyus Arabia, Los-Anceles Tayms, Guardian, BBC kimi aparıcı media qurumlarının və məşhur MSN, Google, Yahoo internet korporasiyalarının rəhbərlərinin iştirak etdikləri IV Konqresdə qəbul olunub.
Dünyanın müxtəlif ölkələrindən xəbər agentliklərinin daxil olduğu bu beynəlxalq qurumun əsas məqsədi sürətlə inkişaf edən qlobal media bazarında üzv agentliklərin rolunu təkmilləşdirmək və möhkəmləndirməkdir. Konqresin məqsədi qərəzsiz xəbər çatdırılmasını təmin etmək, mətbuat azadlığı prinsipini dəstəkləmək və xəbər anlayışına töhfə verməkdən ibarətdir. Xəbər agentliklərini və onların inkişafını dəstəkləmək, media biznesində qabaqcıl təcrübəni bölüşmək, rəqəmsallaşma, sosial media və alternativ biznes modellərini təkmilləşdirmək Konqresin diqqət mərkəzində duran əsas məsələlərdəndir.
Şura Dünya Xəbər Agentlikləri Konqresinə ev sahibliyi edən agentliklə birgə növbəti Konqresin strukturu və proqramı üçün məsuliyyət daşıyır. Şuranın idarə heyətinə Konqresin hazırkı prezidenti, iki keçmiş prezident, növbəti Konqresin təşkilat komitəsinin baş katibi və sədri daxildir.
Bütün xəbər agentlikləri Şurada üzv olduqları regional təşkilatlarla, hazırda FANA, EANA, OANA, ULAN və MDB Xəbər Agentlikləri Alyansı vasitəsilə təmsil olunurlar. Associated Press və Thomson Reuters kimi dünya agentlikləri heç bir regional təşkilata üzv olmadan Şurada təmsil oluna bilərlər.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12

