/ / Məcburi köçkün ailələri üçün inşa olunan qəsəbə və məhəllələrdə aparılan tikinti işlərinin gedişi diqqət mərkəzindədir
Məcburi köçkün ailələri üçün inşa olunan qəsəbə və məhəllələrdə aparılan tikinti işlərinin gedişi diqqət mərkəzindədir
10.06.2014 [09:26]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tikinti işlərinin gedişi ilə bağlı real vəziyyəti öyrənmək məqsədi ilə Mingəçevir şəhərində məcburi köçkünlər üçün salınan yeni məhəllədə olub. Ərazidə aparılan tikinti işlərinin gedişi ilə yaxından tanış olan Baş nazirin müavini inşaat işlərini aparan tikinti şirkətləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirib, inşaatçılarla görüşərək söhbət edib, onların arzu və təkliflərini dinləyib, tövsiyələrini verib.
Müşavirədə çıxış edən Əli Həsənov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Mingəçevir şəhəri ərazisində salınan bu yaşayış massivi dövlətimizin başçısı tərəfindən təsdiq edilmiş Dövlət Proqramının müvafiq bəndinə əsasən inşa edilir. Ərazidə 11 mərtəbəli 9 binanın tikintisi nəzərdə tutulur. 594 ailəlik yaşayış kompleksində, eyni zamanda, məktəb binası, uşaq bağçası, tibb məntəqəsi, ATS binası və klub-icma mərkəzinin də tikintisi planlaşdırılıb.
Hazırda Dövlət Proqramına uyğun olaraq Mingəçevir, Bərdə, Ağdam, Göygöl, Qaradağ, Beyləqan, Saatlı və Hacıqabul rayonlarının ərazisində məcburi köçkün ailələri üçün qəsəbə və məhəllələr inşa edilir.
Müşavirədə tikinti şirkətlərinin nümayəndələri çıxış edərək inşaat işlərinin gedişində heç bir problemin yaranmadığını diqqətə çatdırıb və istənilən qədər texnikanın, işçi qüvvəsinin, eləcə də tikinti materiallarının olduğunu bildiriblər.
Qərara alınıb ki, tikinti işlərinin sürətlə aparılması ilə yanaşı, keyfiyyətə də ciddi fikir verilməli və yaşayış kompleksi bütün infrastruktur obyektləri ilə birlikdə yüksək keyfiyyətlə təhvil verilməlidir.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, həmçinin Ağdam rayonu ərazisində 632 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbəyə də baş çəkib.
Məlumat verilib ki, ərazidə tikinti işləri başa çatmaq üzrədir. Qəsəbədə 440 şagird yerlik yeni məktəb binası, 50 çarpayılıq uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, tibb məntəqəsi və poçt binası da tikilib. Qəsəbə qaz, su, və elektriklə tam təchiz olunacaq.
Sonra Baş nazirin müavini Əli Həsənov tikinti işlərini aparan şirkətlərin rəhbərləri ilə görüşüb, məcburi köçkünlərin məskunlaşdırılmasının ölkəmizin qarşısında duran prioritet məsələ olduğunu qeyd edərək bildirib ki, dövlətimizin başçısı qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə qarşıya konkret vəzifələr qoyub. Bu vəzifələrin yüksək səviyyədə həlli istiqamətində Prezident İlham Əliyevin müəyyən etdiyi strategiya, həmçinin dövlətimizin başçısının qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğısından irəli gələn tapşırıqlar vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirilməlidir.
Sonda Baş nazirin müavini ərazini gəzib, qəsəbədə tikinti işlərinin yüksək səviyyədə görülməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43

