/ / Bakıda Qafqaz Albaniyası etnoslarının tarixi və mədəni irsi insan hüquqları kontekstində müzakirə edilib
Bakıda Qafqaz Albaniyası etnoslarının tarixi və mədəni irsi insan hüquqları kontekstində müzakirə edilib
11.06.2014 [09:13]
İyunun 10-da Bakıda Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Konfliktologiya və İnsan Hüquqları İnstitutunun və Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının birgə təşkilatçılığı ilə “İnsan hüquqları kontekstində Qafqaz Albaniyası etnoslarının tarixi və mədəni irsi” mövzusunda Beynəlxalq konfrans keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə dövlət və hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, alimlər, müxtəlif xarici ölkələrdən dəvət olunmuş qonaqlar, beynəlxalq təşkilatların və KİV-lərin təmsilçiləri iştirak ediblər.
Konfransın açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbulfəs Qarayev tədbirin məqsəd və əhəmiyyətindən, mövzunun aktuallığından danışıb. Nazir bildirib ki, Qafqaz Albaniyası mövzusu üzrə hüquqi, dini və mədəni irs aspektlərini əhatə edən konfransın əsas məqsədi Azərbaycanın Qafqaz Albaniyası irsinin mənəvi varisi olması və onun təbliği istiqamətində fəaliyyət perspektivlərinə stimul verilməsi, gələcəkdə bu sahədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı müzakirələrin aparılmasıdır.
Konfransda çıxış edən AMEA-nın Konfliktologiya və İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayeva, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin (MHA) sədri Kamran İmanov tədbirin əhəmiyyətini qeyd edib, Qafqaz Albaniyasının tarixi və mədəni irsinin qorunması ilə bağlı araşdırmaların davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Plenar iclasda MHA-nın sədri Kamran İmanovun mövzuya dair geniş məruzəsi dinlənilib. Qeyd olunub ki, tolerantlığın özünəməxsus modelini yaradan Azərbaycan hər bir yüksək mədəni irsi ümumbəşəri dəyər kimi qəbul edir. Odur ki, bu məsələlər Azərbaycan dövlətinin siyasətində, həmçinin Heydər Əliyev Fondunun fəaliyyətində başlıca yer tutur. “Tolerantlıq ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir işlərinin aparılması, bir sıra mühüm tədbirlərin həyata keçirilməsi də məhz ayrı-ayrı konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin inkişafına xidmət edir.
K.İmanov xüsusilə qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Romada imzaladığı ikitərəfli sazişlər əsasında xristian aləmi üçün mühüm hesab edilən abidələrin - katakombaların bərpasında iştirak etmək mühüm hadisədir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundovun “İşğal olunmuş Qarabağ ərazisindəki Gəncəbasar kilsəsinin nümunəsində Qafqaz Albaniyası mədəni irsinin erməniləşdirilməsi” mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə, həmçinin, müxtəlif mövzularda məruzələr dinlənilib.
Daha sonra konfrans işini “Hüquqi aspekt”, “Dinlər tarixi”, “Mədəni irs” sessiyaları ilə davam etdirib.
Konfrans çərçivəsində “Mədəni irs və tarixi mədəni qoruqlar” mövzusunda ən yaxşı məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43

