Azərbaycan və Rusiya qarşılıqlı-faydalı münasibətlərin davamlı inkişafında maraqlıdır
12.06.2014 [09:29]
Ekspertlərin qənaətinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və baş nazirin müavini Dmitri Roqozinin Azərbaycana səfəri iki ölkə arasındakı əməkdaşlıq əlaqələrinin inkişafı, o cümlədən strateji
məsələlərin müzakirəsi baxımından müstəsna əhəmiyyət kəsb edəcək
Cənubi Qafqaz regionunun lider dövləti - güc mərkəzi olan Azərbaycan Respublikası çoxşaxəli beynəlxalq əlaqələrə malikdir. Milli maraqlar və bərabərhüquqlu əməkdaşlıq prinsipi əsasında həyata keçirilən xarici siyasət kursu qarşılıqlı-faydalı əlaqələrə söykənir. Bu kontekstdə ölkəmiz həm region dövlətləri, həm də regiondankənar ölkələrlə səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələrini uğurla davam və inkişaf etdirir. Qeyd edək ki, Azərbaycanın səmərəli əməkdaşlıq əlaqələrinə malik olduğu ölkələrdən biri də Avrasiyanın geosiyasi güc mərkəzlərindən biri olan Rusiya Federasiyasıdır.
Azərbaycanla Rusiya arasındakı münasibətlərin mütəmadi inkişaf tendensiyasına malik olmasını özündə əks etdirən başlıca göstəricilər məhz tərəflər arasındakı əlaqələrin dinamikasıdır. Ümumiyyətlə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı çoxşaxəli münasibətlər və sıx təmaslar müasir beynəlxalq münasibətlər sisteminin mühüm komponentlərindən birini təşkil edir. Dərin təməllərə və tarixi köklərə söykənən, ikitərəfli və çoxşaxəli qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri dinamik xarakter daşıyır.
O da vurğulanmalıdır ki, qarşılıqlı səfər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verən amil kimi qiymətləndirilir. Yeri gəlmişkən qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və baş nazirin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının sədri Dmitri Roqozin bu ay Azərbaycana səfər edəcəklər. Bu barədə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə keçirdiyi görüşdə məlumat vermişdi. Ekspertlərin qənaətinə görə, bu səfər də iki ölkə arasındakı əməkdaşlıq əlaqələrinin inkişafı, o cümlədən strateji məsələlərin müzakirəsi baxımından müstəsna əhəmiyyət kəsb edəcək. Qeyd edilir ki, bu cür səfərlər qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin mütəmadi surətdə inkişaf etməsi və yeni keyfiyyət çalarları ilə zənginləşməsi baxımından olduqca önəmlidir. O da xüsusi olaraq diqqətə çatdırılır ki, iki ölkə arasındakı sıx təmaslar tərəflər arasındakı münasibətlərin inkişafını şərtləndirməklə yanaşı, eyni zamanda, regional əməkdaşlıq və təhlükəsizliyə də mühüm töhfələr verir. Çünki Rusiya-Azərbaycan münasibətləri özündə ehtiva etdiyi strateji çalarlar etibarilə regional təhlükəsizliyin təmin və mühafizə olunmasında önəmli rol oynayır. Mövcud resurs və potensialları ilə həm Azərbaycan, həm də Rusiya regionda təhlükəsizlik sisteminin təminatı baxımından olduqca mühüm təsir imkanlarına malikdir. Həmçinin, Rusiya-Azərbaycan münasibətləri ehtiva etdiyi sahələr və məsələlərə görə çoxşaxəli olmaqla yanaşı, regional miqyaslı, qlobal xarakterli əlaqələr sistemi kimi səciyyələndirilir.
Nəticə etibarilə, çoxşaxəli xarakterli olan və beynəlxalq əməkdaşlığa fundamental töhfələr verən Azərbaycan - Rusiya münasibətləri qarşılıqlı-faydalı səciyyə daşıyır və perspektiv üçün optimist proqnozlar ifadə etməyə imkan verir. Çünki tərəflər qarşılıqlı-faydalı münasibətlərin davamlı inkişafında maraqlıdır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

