Dağlıq Qarabağda coğrafi yer adlarının dəyişdirilməsi yolverilməzdir
30.09.2014 [09:18]
Sentyabrın 29-da Moldovanın paytaxtı Kişineu şəhərində “EuroGeographics” Təşkilatı Baş Assambleyasının illik hesabat iclası öz işinə başlayıb.
Avropanın 36 ölkəsindən 151 nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
İki gün davam edəcək forumu “EuroGeographics” Təşkilatının prezidenti İnqrid Vanden Berge açaraq qurumun idarəetmə şurasının 1 illik fəaliyyəti haqqında ətraflı məlumat verib.
Toplantıda şuraya yeni üzvlərin seçilməsi, 2015-ci il üçün fəaliyyət planı və büdcə kimi cari məsələlərlə yanaşı, bir sıra konseptual problemlər əsas müzakirə obyekti olub. Bunlar arasında kadastr məsələlərinin gələcəyinə cəmiyyətin təsiri, Avropa məkan platformasının milli xəritəçəkmə və kadastr təşkilatları üçün üstünlükləri kimi məsələlər xüsusi maraq dairəsində olub.
Panel iclaslarında Avropanın bir sıra aidiyyəti qurumlarının rəhbərləri ilə fikir mübadiləsi aparan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu islahatlar haqqında ətraflı məlumat verib. Beynəlxalq tədbirə qatılan həmkarlarının diqqətini Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan digər rayonlarında ermənilərin qeyri-qanuni olaraq coğrafi yer adlarının dəyişdirmələrinə yönəldən Qərib Məmmədov bu cür qeyri-qanuni hallara son qoyulmasının və buna qarşı birgə mübarizə aparılmasının vacibliyini bildirib. Komitənin sədri Azərbaycanda Prezident İlham Əliyevin birbaşa tapşırığına əsasən, hökumətin bununla bağlı milli konsepsiya hazırladığını diqqətə çatdırıb.
Toplantıda Avropa ölkələrinin müvafiq qurumlarının rəhbərləri milli xəritəçəkmə təşkilatları arasında təcrübə mübadiləsinin aparılması, əldə olunmuş uğurlu nəticələrin digər ölkələrdə tətbiqi məsələlərinin zəruriliyini qeyd ediblər.
Tədbirdə AzərTAc-a müsahibə verən “EuroGeographics” Təşkilatının prezidenti İnqrid Vanden Berge qurumun işində Azərbaycanın həmişə fəal iştirak etdiyini, qarşıya qoyulan məsələlərin həllində uğurlu nəticələrə nail olduğunu vurğulayıb.
İclas sentyabrın 30-da qurumun idarəetmə şurasına yeni üzvlərin qəbul olunması ilə öz işini başa çatdıracaq.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

