Qafqaz Müsəlmanları İdarəsinin sədrinə Belarusun “Fransisk Skorina” ordeni təqdim olunub
18.11.2014 [09:48]
Bakıda “Dini tolerantlığın möhkəmləndirilməsi, Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarının şərəfinə noyabrın 16-da Qafqaz Müsəlmanları İdarəsi tərəfindən ziyafət verilib.
AzərTAc xəbər verir ki, ziyafətdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə Belarusun “Fransisk Skorina” ordeni təqdim olunub.
Ordeni təqdim edən Belarusun Azərbaycandakı səfiri Nikolay Pastkeviç bildirib ki, Prezident Aleksandr Lukaşenko Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri, MDB müsəlmanlarının Məşvərət Şurasının sədri, Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri şeyxülislam Allahşükür Paşazadəni Belarus-Azərbaycan dövlətlərarası dialoqunun inkişafına verdiyi mühüm töhfəyə, ölkələrimiz arasında ticarət-iqtisadi və mədəni əlaqələrin genişlənməsindəki fəaliyyətinə və dinlərarası razılığın möhkəmləndirilməsində gördüyü işlərə görə bu mükafatla təltif edib.
N.Pastkeviç çıxışında ölkəmizdəki tolerantlıq mühitindən bəhs edib. O, Belarusun da tolerantlıq məsələlərinə daim diqqət ayırdığını söyləyib. Azərbaycan-Belarus münasibətlərindən danışan səfir ölkələrimiz arasında bütün sahələrdə yaxşı əlaqələrin olduğunu bildirib.
ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinski çıxış edərək Bakıda keçirilən beynəlxalq konfransın əhəmiyyətindən danışıb. Bildirilib ki, konfransda Azərbaycandakı tolerantlıq modeli müzakirə ediləcək, ATƏT məkanında tolerantlığa dair fikirlər səsləndiriləcək.
Şeyxülislam Allahşükür Paşazadə fəaliyyətinə verilən belə yüksək qiymətə görə Belarus Prezidenti Aleksandr Lukaşenkoya minnətdarlığını bildirib. O deyib ki, bu orden Azərbaycanda mövcud tolerantlıq ənənələrinə verilən yüksək qiymətdir.
A.Paşazadə ölkəmizdə müxtəlif dini icmaların nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığını qeyd edib. QMİ sədri bildirib ki, belə mötəbər beynəlxalq konfransın Bakıda keçirilməsi Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir.
Tədbirə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, din xadimləri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

