/ / Ramiz Mehdiyev: Prezident İlham Əliyevin təşəbbüsləri ölkənin və regionun iqtisadi landşaftını dəyişir, öz liderini inamla dəstəkləyən xalqın mənəvi dirçəlişi üçün güclü stimula çevrilir
Ramiz Mehdiyev: Prezident İlham Əliyevin təşəbbüsləri ölkənin və regionun iqtisadi landşaftını dəyişir, öz liderini inamla dəstəkləyən xalqın mənəvi dirçəlişi üçün güclü stimula çevrilir
24.12.2014 [09:26]
“Güclənən iqtisadiyyat, uğurlu xarici siyasət strategiyası və möhkəmlənən hərbi potensial Azərbaycanın uğur qazandığı yeganə sahələr deyil. Vətəndaş cəmiyyətinin inkişafı da bizim hökumətin prioritetləri siyahısındadır. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən keçən iyirmi beş ilə yaxın müddətdə demokratiyanın inkişafı, insan hüquqları, dövlət orqanlarının açıqlığı və onların vətəndaş cəmiyyətinə hesabat verməsi, dövlət orqanları tərəfindən ölkə vətəndaşlarına təqdim olunan xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması sahələrində mühüm islahatlar aparılıb. 2013-cü il prezident seçkilərində İlham Əliyevin parlaq qələbəsi ölkə əhalisinin əksəriyyəti tərəfindən Onun Azərbaycanı inkişaf etdirmək kursunun dəstəklənməsini göstərən bariz nümunədir”. Bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib.
Ramiz Mehdiyev bildirib ki, ölkəmizin hər bir vətəndaşı Azərbaycanın sosial-iqtisadi və siyasi inkişafının artan tempini öz nümunəsində hiss edir. Onun sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən uzunmüddətli islahatlar bütün bunların səmərəli bazasıdır. Həmin islahatlar arasında qeyri-neft sektorunun, insan kapitalının, informasiya texnologiyalarının, vətəndaş cəmiyyətinin inkişafını, dövlətin öz vətəndaşlarına hesabat verməsini və aşkarlığı qeyd etmək olar.
Ramiz Mehdiyev qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və müdrik xarici siyasət sayəsində Azərbaycan qısa müddətdə dünyada böyük etimad və hörmət qazanıb. Bu, şüurlu şəkildə demokratiya və tərəqqi yolu seçmiş bütün Azərbaycan xalqının xidmətidir: “Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, demokratiya yolunu biz kiminsə təzyiqi altında deyil, özümüz seçmişik. Bizim prioritetlər demokratik, sivil, hüquqi dövlət qurulması, özünəyetərli iqtisadiyyat yaradılması, əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması, ənənəvi dəyərlər və Vətənə məhəbbət əsasında milli həmrəylikdir. Bütün bunlar postsənaye (informasiya) cəmiyyəti quruculuğu məcrasında həyata keçirilir. Bu yol böyük dövlət və siyasət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham Əliyevin reallaşdırdığı strateji seçimdir”.
Akademik vurğulayıb ki, xarici siyasət və ölkənin təhlükəsizliyinin təmin edilməsi çox geniş əhatəli məsələlərin həlli ilə bağlıdır. Uzaqgörən dövlət xadimi risklərin və imkanların bütöv spektrini nəzərə almalı və qiymətləndirməlidir. İndiki şəraitdə xarici siyasət və təhlükəsizliyin təmin edilməsi, ilk növbədə, qüvvələr balansı və etibarlı müdafiə sistemi yaratmaq milli mənafeləri qorumaq deməkdir.
Bu mürəkkəb məsələnin həlli üçün milli lider dövlətin idarə edilməsi sənətinin bütün nüanslarına yiyələnməlidir. Azərbaycan xalqının iki dəfə bəxti gətirib - bu, 1993-cü və 2003-cü illərin prezident seçkiləri ilə bağlıdır. Ağıllı dövlət xadimi həmişə yadda saxlayır ki, dövləti vəzifə, ilk növbədə, xalqın etimadı deməkdir. Buna görə dövlət xadiminin ali vəzifəsi öz xalqına, dövlətin firavanlığına xidmət etməkdir. “Bu baxımdan, tale Azərbaycan xalqı üçün gözəl gələcək hazırlayıb. Bu gələcəyi bütün varlığı ilə Öz xalqına xidmət edən Prezident İlham Əliyevsiz təsəvvür etmək qeyri-mümkündür. 2003-cü ilin payızında ölkənin ən birinci vəzifəsində Heydər Əliyevi əvəz edən İlham Əliyev hərtərəfli düşünülmüş fəaliyyət strategiyasını daha da zənginləşdirib. Prezident İlham Əliyevin son on ildəki fəaliyyəti sübut edir ki, tarixdə şəxsiyyətin rolu böyük və danılmazdır. İlham Əliyevin islahatlar proqramının əsl mahiyyəti hazırkı şəraitdə milli sənayenin, sosial infrastrukturun, indiki nəsillərin maddi rifahını və zəngin mənəvi həyat tərzini təmin edə bilən bütün sahələrin yenilənməsinin cəsarətli və geniş əhatəli layihələrinə tələbatın nə dərəcədə böyük olmasını nümayiş etdirdi. Bu gün Prezident İlham Əliyevin təşəbbüsləri ölkənin və regionun iqtisadi landşaftını dəyişir, öz liderini inamla dəstəkləyən xalqın mənəvi dirçəlişi üçün güclü stimula çevrilir. Məhz bu səbəbdən, Prezident bütün həmvətənlərinin güclü dəstəyini hiss etdiyindən, Dövlət Bayrağı Meydanındakı nitqini bu sözlərlə bitirib: “Əminəm ki, biz qarşıya qoyulmuş bütün məqsədlərimizə çatacağıq”. Bütün bunlar Azərbaycan xalqını böyük işlərə ruhlandırır”, - deyə Ramiz Mehdiyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09

