/ / Azərbaycan ilə İranın din sahəsində əməkdaşlığı radikal cərəyanların yayılmasının qarşısının alınmasında əhəmiyyətli rol oynaya bilər
Azərbaycan ilə İranın din sahəsində əməkdaşlığı radikal cərəyanların yayılmasının qarşısının alınmasında əhəmiyyətli rol oynaya bilər
05.05.2015 [10:17]
İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 3-də bu dövlətin Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri İbrahim Türkman ilə görüşüb.
Dəvətə görə təşəkkürünü bildirən M.Qurbanlı deyib ki, Azərbaycan və İran xalqları eyni tarixi köklərə və adət-ənənəyə malikdirlər. Ölkələrimizin prezidentləri arasında yaxın dostluq münasibətləri mövcuddur. Azərbaycan Prezidenti xarici siyasətdə İranla əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir. Tarixən qonşu olan Azərbaycan və İran arasında əlaqələr məhz prezidentlərin siyasi iradəsinin nəticəsində yüksələn xətlə inkişaf edir. Artıq iqtisadi, siyasi, ticarət, mədəniyyət sahələrində uğurlu əməkdaşlıq mövcuddur. Bunlarla yanaşı, hər iki xalqın eyni dinə mənsub olması bu sahədə də əlaqələrin inkişaf etdirilməsi zərurətini meydana gətirib. Bu baxımdan din xadimlərinin və müvafiq dövlət qurumları nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və mövcud problemlərin müzakirə edilərək aradan qaldırılması hər iki dövlətin maraqlarına uyğundur.
Komitə sədri qeyd edib ki, rəsmi Tehran və Bakı beynəlxalq təşkilatlar çərçivəsində yaxın əməkdaşlıq edirlər. İslam Əməkdaşlıq Təşkilatının bütün tədbirlərində Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağın azad edilməsi məsələsini gündəliyə gətirərkən İranın dəstəyini hiss edib. Azərbaycan Prezidenti də birmənalı şəkildə bəyan edib ki, rəsmi Bakı heç bir zaman öz ərazisindən İrana qarşı istifadə olunmasına yol verməyəcək.
Qeyd olunub ki, son vaxtlar dünyanın bəzi regionlarında islamofobiya halları artmışdır. Bəzi qüvvələr İslam dinini olduğu kimi yox, ayrı-seçkiliyi təbliğ edən bir din kimi qələmə verib öz maraqlarını güdürlər. Yaxın Şərqdə baş verən münaqişələr və siyasi proseslər ciddi narahatlıq doğurur. İslam adından istifadə edən radikal qruplaşmalar böyük qüvvələrin əlində oyuncağa çevrilərək əhaliyə zülm edirlər. Bu cür halların ölkələrimizə yayılmaması üçün qarşılıqlı fəaliyyət göstərmək zəruridir.
M.Qurbanlı diqqətə çatdırıb ki, hər iki ölkənin din xadimləri ilə yanaşı, dövlət qurumları da İslamın düzgün təbliğatını aparmalı və gənclərin yanlış yola uymasının qarşısını almalıdırlar. Bu istiqamətdə Azərbaycanda həyata keçirilən işlər haqqında məlumat verən komitə sədri bildirib ki, Azərbaycan dövləti yeni məscidlər inşa edir, köhnə məscidləri bərpa edərək din xadimlərinin istifadəsinə verir, onların ibadəti üçün geniş imkanlar yaradır: “İslam insanları düzgün əxlaqa, saf həyat tərzinə dəvət edən bir dindir. Ona görə də bu dinin radikal cərəyanlar tərəfindən təhrif olunmuş şəkildə gənclərə çatdırılmasının qarşısı birgə əməkdaşlıqla alınmalıdır”.
Dəvətini qəbul edib İrana səfər etdiyinə görə M.Qurbanlıya təşəkkürünü bildirən İbrahim Türkman deyib ki, İran hər zaman radikal dini qruplaşmalarla mübarizə aparır və bu halların ölkədə yayılmasının qarşısını qətiyyətlə alır.
Bakıya səfərini xatırlayan İ.Türkman Azərbaycanın inkişafının İranı sevindirdiyini diqqətə çatdırıb. O deyib: “Eyni dinə mənsub olan xalqların daha sıx əlaqələrini təmin etmək lazımdır ki, inanclara xələl gətirilməsinin qarşısı alınsın. İran Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır, ona hörmətlə yanaşır. Bəzi qüvvələr iki qardaş dövlətin münasibətlərinə ziyan vurmağa çalışırlar. Odur ki, biz qarşılıqlı faydalı əməkdaşlıqla bu qüvvələrin istəklərinin həyata keçməsinə imkan verməməliyik”.
Görüşdə dini təhsil sahəsində əməkdaşlıq, regiondakı siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov da iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

