/ / Azərbaycanın Qırğızıstandakı səfirliyi Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirib
Azərbaycanın Qırğızıstandakı səfirliyi Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirib
13.05.2015 [09:51]
Azərbaycanın Qırğızıstandakı səfirliyi Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirib. Belə ki, mayın 10-da Azərbaycanın Qırğızıstandakı səfirliyinin və “Azəri” İctimai Birliyinin birgə təşəbbüsü ilə Qırğızıstanın Kant şəhərində Ulu öndər Heydər Əliyevin adını daşıyan küçədə iməcilik təşkil olunub.
Xatırladaq ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan və Qırğız xalqlarının dostluq əlaqələrinin möhkəmləndirilməsində misilsiz xidmətləri və Qırğız Xalqı Assambleyasına daxil olan “Azəri” İctimai Birliyinin müraciəti nəzərə alınaraq 2014-cü il mayın 16-da Kant şəhərinin Keneşinin (parlamentinin) 15-ci növbədənkənar sessiyasının qərarı ilə Kant şəhərinin Miçurin küçəsinin adı dəyişilərək Heydər Əliyev adı verilib.
İməcilikdə Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov, Kant şəhərinin rəhbərləri, ictimai-siyasi xadimlər, bu ölkədəki Azərbaycan diasporunun üzvləri, Qırğızıstanın kütləvi informasiya vasitələrinin təmsilçiləri və bu küçədə yaşayan sakinlər iştirak ediblər.
İməcilikdən öncə Ulu öndərin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş mitinq keçirilib. Mitinqi giriş sözü ilə “Azəri” İctimai Birliyinin sədri Əzizağa Əliyev açıb.
Sonra çıxış edən səfir Hidayət Orucov Ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycanın tarixindəki müstəsna rolu haqqında məlumat verib. O, Ulu öndərin həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi illərdə əldə olunan uğurlardan danışıb. Ümummilli lider Heydər Əliyevin keçmiş SSRİ-nin rəhbərlərindən biri olduğunu diqqətə çatdıran səfir Ulu öndəri dünya şöhrətli siyasi xadim, böyük nüfuza malik olan dövlət xadimi kimi xarakterizə edib. Bildirib ki, Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində müstəsna xidmətləri olub.
Səfir böyük dövlət xadimi Heydər Əliyevin qırğız xalqına da xüsusi diqqət və məhəbbət ilə yanaşdığını deyib.
Açılışda çıxış edən Kant şəhər Keneşinin (parlamentinin) sədrinin müavini Gülbayram İbrahimovna, Kant şəhərinin vitse-meri Uran Mirbekov, “Azəri” İctimai Birliyinin sədri Əzizağa Əliyev və Azərbaycan Respublikası nəqliyyat nazirinin müşaviri Çingiz Baxşıyev Ulu öndər Heydər Əliyevin fenomen bir şəxsiyyət olmasından, Onun təkcə Azərbaycan xalqı deyil, bütövlükdə Türk dünyası qarşısındakı xidmətlərindən söhbət açıblar.
Sonda çıxış edən Heydər Əliyev adına küçənin sakini Raisa İbraimova Azərbaycan səfirinə bütün sakinlər adından göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib və gül dəstələri hədiyyə edib.
Bildirmək yerinə düşər ki, iməcilik çərçivəsində küçədə yerləşən bütün qapılar və bacalar boyanıb, təmizlik işləri aparılıb, uşaq istirahət yerləri bərpa edilib.
Yeri gəlmişkən, silsilə tədbirlər çərçivəsində mayın 6-da Qırğızıstanın “Piramida” televiziya kanalında Ulu öndər Heydər Əliyevdən bəhs edən, Rusiyanın tanınmış rejissoru Andrey Konçalovskinin çəkdiyi “Hakimiyyətin yükü” adlı film nümayiş etdirilib.
Eyni zamanda, mayın 10-da filmin 1-ci hissəsi və 11-də isə 2-ci hissəsi Qırğız Respublikasının dövlət televiziya kanalı olan “KTRK”da nümayiş olunub. Məlum olduğu kimi, ikihissəli filmdə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, milli təhlükəsizlik orqanlarında işlədiyi dövr haqqında söhbət açılır. Filmdə Ulu öndərin 1969-cu ildən 1982-ci ilədək Azərbaycana rəhbərlik etdiyi, eləcə də, Moskvada işlədiyi dövr əhatə olunub.
Kino əsərində, həmçinin, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müstəqil Azərbaycanda yenidən hakimiyyətə qayıtması, ölkəni böhrandan xilas etməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəs elan olunmasındakı xidmətləri və digər məsələlər sənədli təsvirlərin dili ilə şərh edilir.
Onu da qeyd edək ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucovun Qırğızıstanın rəsmi dövlət qəzeti olan “Kırqız Tuusu” qəzetinin 2015-ci il mayın 5-də çap olunan 35-ci sayında “Dövlət başçısı olmaq - vəzifədir, liderlik isə - alın yazısıdır” adlı məqaləsi çap olunub.
Qırğızıstanın ən çox oxucu kütləsinə malik “Veçernıy Bişkek” qəzetinin 11 may tarixli sayında isə eyniadlı məqalə rus dilində dərc edilib.
Məqalədə bildirilib ki, müasir Azərbaycanın memarı olan Heydər Əliyev dövlət institutlarını təkmilləşdirdi, çox ehtiyac duyulan xarici əlaqələrimiz genişləndi, hərtərəfli enerji strategiyasını reallaşdırdı və ölkənin uzunmüddətli inkişafının təməli qoyuldu. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə yönəlmiş strategiyası Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən hazırda uğurla davam etdirilir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Heydər Əliyevin təşəbbüslərindən danışan səfir deyib ki, BMT Təhlükəsizlik Şurası Ermənistan hərbi qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması, məcburi köçkünlərin ev-eşiklərinə qaytarılması ilə əlaqədar dörd qətnamə qəbul edib. Lakin işğalçı Ermənistan dövləti hələ də bu sənədləri yerinə yetirmir və bununla da dünya ictimaiyyətinə meydan oxuyur.
Diplomat bildirib: “Ulu öndər Heydər Əliyev deyirdi: Manasın dili - bizim ümumi dilimizdir. Biz kökü bir, dili bir olan xalqlarıq”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

