/ / Əli Həsənov: Azərbaycan hakimiyyəti jurnalistin ölümünün araşdırılması ilə bağlı bütün lazımi tədbirləri həyata keçirir
Əli Həsənov: Azərbaycan hakimiyyəti jurnalistin ölümünün araşdırılması ilə bağlı bütün lazımi tədbirləri həyata keçirir
12.08.2015 [09:48]
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın Ann.az saytının əməkdaşı Rasim Əliyevin vəfatı ilə bağlı açıqlamasına münasibət bildirib. O qeyd edib ki, Prezident İlham Əliyev jurnalistin ölümündən ciddi narahatlığını ifadə edib və bunu ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirib. Dövlət başçısı aidiyyəti orqanlara cinayət faktının hərtərəfli araşdırılması, günahkarların tapılması və məsuliyyətə cəlb edilməsi ilə bağlı tapşırıqlar verib və məsələni şəxsi nəzarətinə götürüb. Cənab Prezident bəyan edib ki, bundan sonra da söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və xüsusilə jurnalist fəaliyyətinin təhlükəsizliyinin təmin olunması məsələlərini nəzarətdə saxlayacaqdır.
Əli Həsənovun sözlərinə görə, Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi jurnalistin ölümünün səbəbinin araşdırılması və günahkarların qısa zamanda müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi ilə bağlı operativ tədbirlər həyata keçirib, məsələ barədə ictimaiyyətə dolğun məlumat verilib.
Lakin cənab Yaqlandın açıqlamasından görünür ki, o, baş vermiş hadisənin mahiyyəti, Azərbaycan hakimiyyətinin bu hadisəyə münasibəti, görülmüş işlər və hətta söhbətin kimdən getdiyi barədə bir o qədər də geniş məlumata malik deyildir. Düşünürəm ki, Azərbaycan hakimiyyətinin məsələ ilə bağlı gördüyü işlərlə tanış olduqdan sonra T.Yaqlandın bu tipli açıqlamalarına ehtiyac qalmayacaqdır.
O ki qaldı jurnalistlərə qarşı zorakılıq, onların ölümü ilə bağlı məsələlərə, qeyd etməliyəm və təcrübə də göstərir ki, dünyanın heç bir ölkəsi bu tipli cinayətlərdən sığortalanmayıb. Əsas odur ki, hakimiyyət hadisəni düzgün qiymətləndirsin, məsələ obyektiv araşdırılsın, təqsirkarlar barədə qanuna uyğun şəkildə ölçü götürülsün, habelə bu kimi halların gələcəkdə təkrarlanmaması üçün ciddi iradə nümayiş etdirilsin və zəruri tədbirlər görülsün. Azərbaycan hakimiyyəti bütün bunları edib, ictimaiyyət də həyata keçirilən tədbirləri anlaşıqlı qarşılayır və dəstəkləyir.
Ümumiyyətlə, Azərbaycanda hakimiyyətlə vətəndaş cəmiyyəti institutları - qeyri-hökumət təşkilatları, siyasi partiyalar, kütləvi informasiya vasitələri, dini və milli azlıqları təmsil edən qurumlar arasında çox yaxşı dialoq mövcuddur. Hakimiyyət və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri arasında müntəzəm qaydada görüşlər keçirilməsi, cəmiyyəti narahat edən məsələlərin müzakirə olunması və problemlərin həlli üçün birgə səy göstərilməsi bunu açıq şəkildə təsdiq edir.
Azərbaycan hakimiyyəti bu günə kimi vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi məqsədilə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib və bundan sonra da bu istiqamətdə öz səylərini davam etdirmək əzmindədir.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

