/ / Hikmət Hacıyev: Leyla Yunus və Arif Yunus barəsində məhkəmənin ittiham hökmünün məqsədyönlü şəkildə siyasiləşdirilməsi cəhdlərini qınayırıq
Hikmət Hacıyev: Leyla Yunus və Arif Yunus barəsində məhkəmənin ittiham hökmünün məqsədyönlü şəkildə siyasiləşdirilməsi cəhdlərini qınayırıq
15.08.2015 [11:07]
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun Leyla və Arif Yunus barəsində məhkəmə qərarına dair şərhlərinə münasibət bildirib. H.Hacıyev AZƏRTAC-a açıqlamasında deyib: “Leyla Yunus və Arif Yunus barəsində birinci instansiya məhkəməsi tərəfindən 2015-ci il 13 avqust tarixində çıxarılmış ittiham hökmünün məqsədyönlü şəkildə siyasiləşdirilməsi və mahiyyətinin təhrif edilməsi cəhdlərini qınayır və qəbuledilməz hesab edirik.
Leyla Yunus Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.
Məhkəmə prosesinin izlənilməsi üçün məhdudiyyətlərin tətbiq edilməsi barəsində iddia əsassızdır. Məhkəmə prosesi açıq və sərbəst mühitdə keçirilib. Məhkəmənin kütləvi informasiya vasitələri, ictimai-siyasi dairələr və Azərbaycanda akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən Avropa İttifaqına üzv ölkələrin diplomatları tərəfindən izlənilməsinə tam şərait yaradılıb.
Leyla və Arif Yunusun istintaq dövründə səhhəti ilə əlaqədar iddiaya gəlincə isə, yerli tibbi xidmətlərlə bərabər Avropa İttifaqının müraciəti əsasında 2014-cü ilin dekabr ayından etibarən Leyla Yunus Almaniyanın “Charite” xəstəxanasının həkimi professor Kristian Vittin və onun rəhbərlik etdiyi həkim qrupunun müayinəsi altında olub. Professor Dr. Kristian Vitt hazırda yenə də Azərbaycandadır və Leyla və Arif Yunusa təkrar baxış həyata keçirəcəkdir.
Britaniyalı nazirin məhkəmənin diplomatlar tərəfindən də izlənməsi və məhkumun həkim nəzarətində olmasını bilməməsi təəccüb doğurur. Görünür, o, provokativ məqsədlərlə niyyətli şəkildə belə bəyanatla çıxış edib.
Azərbaycan Respublikasında məhkəmələrin müstəqilliyi və qanunun aliliyi tam şəkildə təmin olunub. Məhkəmələrin qəbul etdiyi qərarlara hörmət edilməlidir. Qanuna uyğun olaraq, hər bir vətəndaşın apelyasiya qaydasında məhkəməyə müraciət etmək hüququ vardır”.
Xəbər lenti
Hamısına baxDünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30

