/ / Yalan, saxtakarlıq bəzi “beynəlxalq” təşkilatların, “araşdırmaçı”ların peşə xəstəliyinə çevrilib
Yalan, saxtakarlıq bəzi “beynəlxalq” təşkilatların, “araşdırmaçı”ların peşə xəstəliyinə çevrilib
29.08.2015 [10:58]
Və yaxud iqtisadçı - ekspert Vüqar Bayramov OCCRP-nin və “Meydan TV”nin yalanlarını necə ifşa etdi?
Qlobal miqyasda baş verən prosesləri səthi də olsa təhlil etmək kifayətdir ki, dünyada ayrı-ayrı hegemon güc mərkəzlərinin, bəzi “beynəlxalq” təşkilatların milli dövlətlərə qarşı ikili standartlardan və korporativ maraqlardan qaynaqlanan pozuculuq siyasəti həyata keçirdikləri barədə konkret təsəvvür yaransın. Milli cəmiyyətləri çaşbaş salmaq, onların həmrəyliyini pozmaq və idarə olunan anarxiyaya sürükləmək ssenariləri müxtəlif ölkələrin timsalında dəfələrlə faş edilib. Bu ssenarilərin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, milli cəmiyyətlərdə nifaq yaratmaqla öz məqsədlərinə çatmaq istəyən qüvvələr, adətən, maliyyələşdirdikləri “peyk” təşkilatlar vasitəsilə həmin cəmiyyətlərə qaragüruh uzantılar edirlər. Yəni “Human Rights Watch”, “Freedom House”, “Article XIX”, “Sərhədsiz Reportyorlar”, “Transparency İnternational” və bu qəbildən olan “beynəlxalq” təşkilatlar tələm-tələsik “qoltuq hesabatları” hazırlayaraq “qara piar” şəbəkəsinə və bu şəbəkədə yer alan “beşinci kolon” təmsilçilərinə ötürürlər. Bundan sonra həmin saxta hesabatları əllərində dəstəvuz edən məlum qüvvələr qaraladıqları cəmiyyətlərə qarşı “hücum” kampaniyalarına başlayırlar.
Azərbaycan da zaman-zaman “qara piar” təbliğatına tuş gəlir
Azərbaycanın müstəqillik yolu ilə inamla irəliləməsi, dünyada etibarlı tərəfdaş imici qazanması dostlarımızı sevindirməklə yanaşı, düşmənlərimizin, əleyhdarlarımızın da əks-reaksiyalarına səbəb olur. Azərbaycanın öz taleyinin sahibi olması və müstəqil siyasət həyata keçirməsi, qlobal miqyasda güclü suveren aktor kimi fərqlənməsi sözügedən dairələrə heç də xoş gəlmir. Buna görə də bədxahlarımız ölkəmizə qarşı zaman-zaman təzyiq mexanizmlərini işə salır, məqsədyönlü çirkin kampaniya təşkil edərək dünyada Azərbaycan haqqında mənfi imic formalaşdırmağa çalışırlar.
Əslində, islamofob və beynəlxalq erməni lobbi şəbəkəsinin təsiri altında olan dairələr Azərbaycana qarşı şər kampaniyasını, necə deyərlər, arasıkəsilmədən həyata keçirirlər. Ölkəmizdə baş tutan əlamətdar hadisələr isə onlar üçün, sözün əsl mənasında, qara bayrama çevrilir. Son illərdə ölkəmizdə keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi və birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan manipulyasiya xarakterli kampaniya bunun əyani təsdiqidir. Ölkəmizə qarşı haqqında bəhs olunan əlamətdar hadisələr ərəfəsində belə çirkin təbliğata başlanılması heç də təsadüfi deyildi. Həm beynəlxalq mahnı müsabiqəsi, həm də birinci Avropa Oyunları Azərbaycanı dünyaya güclü dövlət kimi təqdim etmək üçün, eyni zamanda, ölkəmizə xas olan yüksək dəyərlərin təbliğində müstəsna əhəmiyyət kəsb edirdi. Elə bədxahlarımızın kürkünə birə salan da bu kimi amillər idi. Onlar həm haqqında bəhs olunan mötəbər tədbirlərin miqyasını azaltmaq, həm də Azərbaycanın artan nüfuzuna xələl gətirmək üçün ən müxtəlif vasitələrə əl atmaqdan çəkinmirdilər. Bir sözlə, “peyk” təşkilatlar “qara piar” təbliğat şəbəkəsində istər “Eurovision-2012” mahnı müsabiqəsi, istərsə də, birinci Avropa Oyunlarına hazırlıqla bağlı ən ağlagəlməz iftiralar səsləndirir, qaranlıq otaqlarda “dinləmələr” keçirirdilər. Nəticədə isə, əlbəttə ki, “qara piar” layihəsi ifşa olundu və Azərbaycan bütün dünyaya nəyə qadir olduğunu göstərdi. Necə deyərlər, yel qayadan heç nə apara bilmədi...
Bəzi “beynəlxalq” təşkilatların hesabatları və arqumentləri daim saxta çıxır
Bu kontekstdə onu da deyək ki, bəzi “beynəlxalq” təşkilatların hesabatları kürt yatan toyuğun lax yumurtasına bənzəyir - həmişə yalan qoxusu verir, orada gətirilən “faktlar” heç zaman təsdiqini tapmır. Eyni zamanda, biz dəfələrlə, “Meydan TV”də, “Azadlıq” radiosunda, ölkəmizdəki radikal düşərgəyə məxsus KİV-lərdə dövlət qurumları, ayrı-ayrı məmurlar və ictimai-siyasi xadimlər haqqında belə saxta faktların səsləndirildiyinin, dərc edildiyinin şahidi olmuşuq. İqtisadi xarakterli cinayət əməllərinə görə həbsə alınan Xədicə İsmayılovanın “araşdırmalar”ı, Leyla Yunusovanın “siyasi məhbus” siyahısı, əslində, sırf kompromat xarakteri daşıyırdı və axırda da onların saxta mahiyyəti cəmiyyətə bəlli oldu. Bəlli oldu ki, pul mənimsəyən, “yeyintilər” edənlər elə bu kimi əməllərini başqalarına daş atmaqla pərdələyən leyla yunusovaların, xədicə ismayılovaların özləridirlər.
İqtisadçı-ekspert Vüqar Bayramov təkzib edir, yaxud “Meydan TV”nin daha bir saxtakarlığı...
Elə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun başına gələnlər də yuxarıda xatırlatdığımız ssenarilərə tam uyğun qaydada həyata keçirilib. Daha doğrusu, iqtisadçı ekspert mətbuata ünvanladığı təkziblə “qara piarçı araşdırmaçılar”ın yalanlarını ifşa edib. “2015-ci il avqust ayının 25-də “Meydan TV”nin veb səhifəsində rus dilində “Tainstvennaə kompaniə za korotkiy srok vıiqrala bolee 120 tenderov” (“Gizli şirkət 120-dən artıq tenderdə qalib gəlib”) sərlövhəli məqalə çap edilib. Eyni tarixdə eyni məzmun və başlıq altında, amma məqalənin ingilis dilli versiyası “the Organized Crime and Corruption Reporting Project (OCCRP)” veb səhifəsində çap olunub. Növbəti gün eyni məqalə Azərbaycan dilində müxtəlif veb nəşrlərdə təkrarən nəşr olunub, sosial şəbəkələrdə paylaşılıb” - deyə iqtisadçı alim Vüqar Bayramov, həmçinin, “qara piarçı araşdırmaçılar”ın yalanlarını ifşa edib.
Məsələ burasındadır ki, məqalədə “Install Service LLC” şirkətinin fəaliyyəti ilə bağlı V.Bayramova istinadən bəzi “fikirlər” yer alsa da, məqalədə araşdırmanın məsuliyyətinin kimin üzərinə düşdüyü məlum olmur. Lakin bu da hamısı deyil. Sən demə, məqaləni hazırlayanlar və onu qeyd olunan KİV-lərdə yerləşdirənlər azad mətbuatın “qızıl qaydaları”nı tamam yaddan çıxararaq bəzi “fikirlər”inə istinad etdikləri V.Bayramovla, ümumiyyətlə əlaqə saxlamağa lüzum görməyiblər. Onlar, sadəcə, məqalələrinə obyektivlik donu geyindirmək üçün iqtisadçı ekspertin adından saxtakarlıq ediblər. V.Bayramov vurğulayır: “Bildirmək istərdim ki, sözügedən məsələ ilə bağlı mən nə “the Organized Crime and Corruption Reporting Project (OCCRP)” layihəsinin əməkdaşları, nə də hər hansısa digər bir mətbu qurumun təmsilçiləri ilə danışmışam”.
İqtisadçı-ekspert təəssüf hissi ilə qeyd edib ki, onunla ünsiyyət qurmadan, müsahibə götürmədən və sözügedən məsələ ilə bağlı fikirlərini öyrənmədən onun adından şərh yayımlanıb. “Mənə aid sitat kimi təqdim edilən fikir və cümlələr jurnalist təxəyyülü məhsulundan başqa bir şey deyil”, - deyə iqtisadçı-ekspert bildirib.
Sonda onu da deyək ki, V.Bayramova münasibətdə yol verilən haqsızlıq, əslində, tək bir iqtisadçı-ekspertə qarşı ədalətsizlik deyil. Bu kimi hallar bəzi “beynəlxalq” qurumların, ayrı-ayrı müstəqil “araşdırmaçı”ların “peşə xəstəliyidir”, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Yuxarıda haqqında bəhs olunan nümunə də digər bu qəbildən olan qurumlar kimi, “the Organized Crime and Corruption Reporting Project (OCCRP)” əməkdaşlarının da araşdırma aparmaq qabiliyyətlərini və onların əvvəlki araşdırmalarının keyfiyyətini ciddi şübhə altına almağa əsas verir. Bu, eyni zamanda, “Meydan TV”nin öz “ənənəsinə” sadiq qaldığını sübuta yetirir...
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30

