Xədicə İsmayılı “Quantanamo məhbusu” kimi təqdim edənlər...
03.09.2015 [10:07]
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılla bağlı keçirilən proses sentyabrın 1-də tamamlanıb. Hakim Ramella Allahverdiyevanın rəhbərlik etdiyi heyət onun haqqında 7 il 6 ay müddətində azadlıqdan məhrumetmə hökmü verib. Xədicə İsmayıl çıxarılan hökmdən narazılığını ifadə edib, onun vəkilləri isə apelyasiya şikayəti verəcəklərini bildiriblər. Onların öz mövqelərini isbatlamaq üçün kifayət qədər imkanları var; Apelyasiya Məhkəməsi və Ali Məhkəmə ilkin məhkəmə instansiyasının qərarını dəyişə bilər. Necə ki, hələ ilkin məhkəmə instansiyasında ittiham aktında əks olunmuş 125-ci maddə üzrə ona bəraət verilib. Hakim bildirib ki, 125-ci maddə üzrə ittiham təsdiqini tapmadığı üçün bu maddədə nəzərdə tutulan cəza hökmdən çıxarılıb.
ABŞ Dövlət Departamenti və onun himayəsində olanlar hüquqi müstəvidə aparılan prosesin yekunlaşmasını gözləməyiblər. İlkin məhkəmə instansiyasının çıxardığı hökmdən dərhal sonra yayılan bəyanatda Xədicə İsmayıla qarşı irəli sürülən ittihamlarla yanaşı, məhkəmə prosesinin gedişindən də narazılıq ifadə olunub. “Şahid ifadələri və başqa dəlillərin çatışmazlığı daxil olmaqla məhkəmə prosesi zamanı baş vermiş qanun pozuntularından narahat olan” Dövlət Departamenti “Azərbaycan hökumətini öz vətəndaşlarının fundamental azadlıqlarını qorumaq, inkişaf etdirmək üçün götürdüyü beynəlxalq öhdəliklərə əməl etməyə” səsləyib.
ABŞ-ın beynəlxalq statuslu QHT şəbəkəsi mövzuya daha kəskin formada yanaşıb. Nyu-York Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi (CPJ) məhkəmə hökmünə çox operativ (hökmün elan edilməsindən 2 saat sonra) reaksiya verməklə yanaşı, bu hökmün qeyri-ədalətli olmasını isbatlamaq üçün kampaniyaya başlayıb: tvitter həştəqləri yaradılıb, digər vasitələrə əl atılıb. Məşhur “Freedom House” da ona dəstək verib. Bu şəbəkəyə daxil olan təşkilatların (hamısının adını sadalamağa zərurət görmürük. Şəbəkəyə daxil olan təqribən 20-yə yaxın təşkilat eyni mövqeyi simvolik dəyişikliklərlə təqdim edib) mövzu ilə bağlı bəyanatlarını oxuyanda elə təəssürat yaranır ki, Xədicə İsmayılı müasir məhkəmə müstəvisində yox, Linç məhkəməsində sorğu-sual ediblər. Daha doğrusu, Azərbaycan məhkəmələri haqqında “Quantanamo” həbs düşərgəsinə bənzər təsəvvür formalaşdırılır, hansı ki, məhbusların məhkəməsiz tutuqlandığı, vəkil müdafiəsindən məhrum edildiyi, insanlığa zidd, quldarlıq quruluşuna xas olan işgəncələrə məruz qaldığı “Quantanamo” nə Azərbaycana, nə də digər ölkələrə deyil, məhz ABŞ-a məxsusdur. Sivil dünya standartlarına daban-dabana zidd olan bu mühakimə və cəza yuvasını bütün dünyanın lənətləməsinə baxmayaraq, ABŞ onun mövcudluğunu hələ də sürdürür. Baxmayaraq ki, Barak Obamanın prezident seçilməsinə dəstək verilməsinin əsas səbəblərindən biri məhz “Quantanamo”nun 2010-cu ilə qədər bağlanacağı yönündə verdiyi vəd olmuşdu.
Beynəlxalq statuslu, yaxud yerli QHT-lərin Xədicə İsmayıl və digər hər hansı bir şəxslə bağlı araşdırmalar aparmasında, bəyanatlar səsləndirməsində qeyri-adilik yoxdur. Zatən QHT-nin standartlaşmış missiyalarından biridir bu. Amma QHT statusunun müəyyən edildiyi nə beynəlxalq konvensiyalarda, nə də yerli qanunvericiliklərin heç birində qeyd edilməyib ki, QHT insan hüquqları məsələsinə ölkələr üzrə fərq qoymalı, birini gözardı edib, digərini hədəf seçməli, hansısa qurumun siyasi maraqlarının təmsilçisinə çevrilməlidir. Əksinə, qrup maraqlarına xidmət edən, dövlətlərdən asılı vəziyyətə düşən QHT-lər üçün ABŞ-yanlı texnoloqlar tərəfindən GONGO deyilən termin formalaşdırılmış, bu kateqoriyaya daxil olanlara qarşı mübarizə elan edilmişdir. Amma ABŞ texnoloqları tərəfindən formalaşdırılmış bu standartlar indi qeyri-iradi olaraq, onların özlərini hədəfə çevirib.
Əgər ABŞ QHT şəbəkəsi Xədicə İsmayıl məsələsinə səmimi olaraq insan hüquqları, media azadlığı müstəvisində yanaşırsa, onda Xədicənin məhkəməsinin davam etdiyi dövrdə ABŞ-da yaşanan daha ağır faciənin, 26 avqustda Virciniya ştatında yaşanan jurnalist qətliamının gözardı edilməsini necə şərh edək? “Freedom House”un internet saytında, baş səhifədə 24 avqustdan başlayaraq bu günə qədər dünyanın istənilən nöqtəsində baş verən bütün hadisələr barədə təfsilatlı təsvir və bəyanatlar yerləşdirilsə də, təkcə ABŞ istisna edilib. Sayt ABŞ-da bir həftə ərzində baş vermiş 3 ciddi insidentdən heç birinə - nə 26 avqustda Virciniyada yaşanmış jurnalist qətliamına, nə BBC teleradio şirkətinin 2 jurnalistinin hüquqlarının pozulmasına, Virciniya polisinin onları hadisə yerinə buraxmaqdan kobudcasına imtina etməsinə, nə də 2016-cı il seçkilərində respublikaçıları təmsil edən Donald Trampın ispandilli jurnalisti etnik mənsubiyyətinə görə aşağılayıb mətbuat konfransından qovmasına yer verməyib. “Freedom House” və CPJ başda olmaqla, belə yanaşma digər 20 ABŞ-yanlı QHT tərəfindən də təkrarlanıb, onlar da ABŞ-da yaşanan qeyri-insani faktlara yer verməkdən yayınıblar.
Amma saytların informasiya natamamlığı bununla yekunlaşmır. “Freedom House” bütün dünyanı lərzəyə salan “Quantanamo” mövzusuna sonuncu dəfə 2010-cu ildə toxunub. O da beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün. Yazıb ki, dünya ictimaiyyəti Obamanın “Quantanamo”nu bağlamaq rəyini alqışlayır. Amma mövzunu təqib etməyib, sonradan heç vaxt yazmayıb ki, Obamanın bu vədi nə yerdə qaldı...
Müşfiq ƏLƏSGƏRLİ
Jurnalistlərin Həmkarlar
İttifaqının sədri
Milli.Az
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05

