/ / Fuad Muradov: Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə qərəzdən başqa bir şey deyil
Fuad Muradov: Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə qərəzdən başqa bir şey deyil
12.09.2015 [11:37]
Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə qərəzdən başqa bir şey deyil.
AZƏRTAC xəbər verir ki, bu fikri qurumun qərəzli qətnaməsini şərh edən Milli Məclisin deputatı Fuad Muradov deyib. O qeyd edib ki, qətnamədə yer alan fikirlərin heç biri konkret faktlara əsaslanmır. Bu, sadəcə olaraq Azərbaycana qarşı olan ədalətsiz kampaniyanın tərkib hissəsidir.
F.Muradov qətnamədə guya insan hüquq və azadlıqlarının pozulması hallarını “qınayan” Avropa Parlamentinə elə Avropanın özündə insanların milli və dini mənsubiyyətinə görə pozulan hüquqlarına nəzər salmağı tövsiyə edib. O əlavə edib ki, bu gün Avropanın özündə insan hüquqlarının pozulması ilə bağlı ciddi problemlər mövcuddur. Avropada demək olar ki, tolerantlıq məsələsi çox aşağı səviyyədədir. Amma Azərbaycanda bu sahədə və digər sahələrdə hər hansı problem yoxdur.
Vurğulanıb ki, qətnamədəki qərəzli məqamlardan biri də vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları sahəsində tapılan “nöqsanlar”dır: “Bu qətnamə layihəsini hazırlayanların deyəsən Azərbaycandan heç xəbəri yoxdur. Yoxsa Azərbaycanda müstəqil şəkildə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarından, QHT-lərdən məlumatlı olardılar”.
Deputat bildirib ki, bütün bunlar sadəcə olaraq Azərbaycanın inkişafını və onun müstəqil siyasət yürütməsini qısqanan qüvvələrin işidir. Azərbaycanın bugünkü inkişafı və regionda nüfuzu təbii ki, bəzi dairələri narahat edir. Eyni zamanda, seçkiqabağı mühiti nəzərə alsaq, başa düşürük ki, bu qətnamənin qəbulu müəyyən dairələrin təzyiq mexanizmidir: “Bizim bu gün ən vacib məsələmiz torpaqlarımızın azad edilməsidir. Ermənilər isə cəbhə xəttində təxribatla məşğuldurlar. Azərbaycan hazırda öz ərazi bütövlüyü məsələsində kəskin mövqe ortaya qoyub və erməni tərəfinə adekvat cavab verir. Bunun fonunda Avropa dairələrində belə qətnamənin qəbul edilməsi təsadüf sayıla bilməz. Görünür, istər ölkə rəhbərliyinin, istərsə də Azərbaycan xalqının ərazi bütövlüyü məsələsində yekdil mövqeyi bu cür qara qüvvələrin narahatlığına səbəb olub”.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

