Siyavuş Novruzov: Bəzi partiyaların seçkidən imtinası YAP-ın siyahısı ilə bağlıdır
19.09.2015 [10:52]
AXCP-nin də təmsil olunduğu “Milli şura”dan sonra Azərbaycan Demokrat Partiyası da parlament seçkilərində iştirakdan imtina edib. Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov “Modern.az” saytına müsahibəsində bu və digər məsələlərə münasibət bildirib.
- Seçkiləri boykot məsələsinə AXCP ilə yanaşı, bəzi partiyalar da qoşulur. Bunun Azərbaycanda keçiriləcək seçkiyə təsiri mümkündürmü və beynəlxalq aləmdə bu məsələyə reaksiya necə olar?
- Seçki Məcəlləsində qeyd olunub ki, seçki dairələrində namizədliyini irəli sürənlərin alternativləri təmin olunmalıdır. Yəni bir nəfər seçilməlidirsə, iki nəfər namizədliyini irəli sürsə, artıq burada seçkilər baş tutmuş hesab olunur. Hansı partiyanın seçkidə iştirak edib-etməyəcəyinin məsələyə heç bir aidiyyəti yoxdur. Çünki seçkinin obyekti və subyekti məlumdur. Seçki Məcəlləsində və Konstitusiyada hansı partiyaların seçkidə iştirak edəcəyi göstərilmir. Bu təcrübə heç dünyada da yoxdur. Sadəcə olaraq, o partiyalar özləri seçkilərdən imtina edirsə, seçki demokratik hesab olunmamalıdır prinsipini ortaya atmaqla müxtəlif fikirlər yaratmağa çalışırlar. Ancaq belə bir təcrübə mövcud deyil. Məsələn, ABŞ-da yüzdən artıq siyasi partiya var, amma seçkidə onlardan yalnız ikisi - Respublikaçılar Partiyasıvə Demokratlar Partiyası iştirak edir.
Bu, o demək deyil ki, Amerikada seçkilər demokratik hesab olunmur, yaxud Türkiyədə, Almaniyada, Yunanıstanda seçkilərdə dörd partiya mübarizə aparır. Seçkidə hansı partiya, blok iştirak etmirsə, bu, artıq onun öz qərarıdır.
- Bu günə qədər yalnız “Milli şura” seçkiləri boykot edirdi, amma indi partiyalar çoxalıb. Partiyaların çoxalmasına “Milli şura”nın təsiri ola bilərmi, bunu siz necə qiymətləndirirsiniz?
- Xeyr, burada başqa məqamlar var. Bilirsiniz ki, bütün siyasi partiyalar YAP-ın siyahısını gözləyirdi. Təbii ki, bu məsələnin də təsiri var. YAP-ın siyahısı açıqlandıqdan sonra müəyyən partiyalar belə qərar qəbul ediblər. Çünki oradakı namizədlərlə öz şanslarını götür-qoy edəndə seçici tərəfindən etimad qazana bilməyəcəklərini başa düşüblər. Əslində, bu, YAP-ın siyahısı ilə birbaşa bağlı olan haldır.
- Azərbaycanda ümumən müxalifət zəifdir, amma xüsusilə Naxçıvanda müxalifət yox dərəcəsindədir. Müxalifət partiyaları bunun səbəbini Naxçıvanda müxalifətə imkan verilməməsi ilə izah edirlər. Siz Naxçıvanı təmsil edən deputat, həm də YAP-ın funksioneri olaraq bu məsələni necə qiymətləndirirsiniz?
- Naxçıvanda bütün siyasi partiyalar fəaliyyət göstərir. Siz bilirsiniz ki, elə Xalq Cəbhəsinin və bir çox siyasi partiyaların, xüsusilə də YAP-ın yaranması Naxçıvandan başlayıb. Naxçıvan siyasi partiyaların yarandığı ilk məkandır. Siyasi partiyalar burada yaranıb formalaşdıqdan sonra əhatəsini genişləndirib. YAP-ın Naxçıvanda yaradılmasının obyektiv səbəbi vardı. Bakıda o vaxtlar konfrans keçirməyə imkan vermirdilər və biz məcbur qalıb Naxçıvanda konfrans keçirdik. İlk təşəbbüslər də məhz oradan başlanıb. Digər partiyaların tarixinə baxsaq, görərik ki, onların da yaranıb formalaşma və inkişaf mərhələsi Naxçıvan Muxtar Respublikasından başlayıb. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən və seçkiyə qoşulan siyasi partiyalar da var. Deyə bilərik ki, BAXCP, Böyük Quruluş, Müsavat, Ana Vətən və digər partiyaların nümayəndələri namizədliklərini irəli sürüblər və seçki prosesində də iştirak edirlər. Elə partiyalar da var ki, mövcud ictimai-siyasi vəziyyətlə əlaqədar göstərilən tələblərə cavab vermir, sadəcə olaraq, formal xarakter daşıyırlar. Digər tərəfdən, Naxçıvan Muxtar Respublikasında aparılan quruculuq və abadlıq işləri, islahatlar, qayda-qanun, nizam-intizam, blokada şəraitinə baxmayaraq, Naxçıvanın nə qədər inkişaf etdiyinin göstəricisidir. Bu səbəbdən də əhali digər partiyaları qəbul etmir və onların böyük əksəriyyəti YAP-ın sıralarına qoşulub.
- Demək olarmı ki, bu cür vəziyyətin yaranmasında YAP-ın Naxçıvanda qabaqcıl mövqedə olmasının da rolu var?
- YAP çox güclüdür və Naxçıvanda Heydər Əliyevin apardığı siyasətin, Onun siyasi xəttinin alternativi yoxdur.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55

