QDİƏT PA Azərbaycanda seçkiləri izləyəcək
28.10.2015 [10:08]
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) baş katibi Asəf Hacıyev “Secki-2015.az” saytına müsahibə verib.
- Asəf müəllim, noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası bu seçkiləri izləmək üçün ölkəmizə müşahidə missiyası göndərəcəkmi?
- QDİƏT Parlament Assambleyası bu məsələni hər zaman diqqət mərkəzində saxlayır. Təşkilat indiyə qədər bir sıra ölkələrdə belə bir missiyanı həyata keçirib. Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə gəlincə, bəli, təşkilatımız öz müşahidə missiyasını göndərəcək. Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov bir müddət öncə rəsmi məktub göndərərək parlament seçkilərini müşahidə etməyə dəvət etmişdi. QDİƏT Parlament Assambleyası da bu rəsmi dəvət əsasında Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün öz missiyasını göndərəcək.
- Müşahidə missiyasına hansı ölkələrin nümayəndələri daxildir?
- Müşahidə missiyası mən də daxil olmaqla, 5 nəfərdən ibarətdir. Missiyaya Serbiyanın, Bolqarıstanın, Rumıniyanın və Yunanıstanın parlament üzvləri daxildir. Onu da qeyd edim ki, müşahidə missiyasına kifayət qədər nüfuzlu şəxslər daxildirlər. Məsələn, Serbiyanın nümayəndəsi bu ölkənin parlamentinin vitse-spikeridir. Bolqarıstanın nümayəndəsi isə ölkənin parlamentinin iqtisadiyyat komitəsinin sədridir. QDİƏT Parlament Məclisinın müşahidə missiyası oktyabrın 30-da Azərbaycana gələcək. Səfər noyabrın 3-dək davam edəcək. Müşahidə missiyası parlament seçkiləri ilə əlaqədar təəssüratlarını mətbuat konfransında açıqlayacaq.
- Sizcə, bütövlükdə beynəlxalq müşahidə missiyalarının əhəmiyyəti nədən ibarətdir?
- Qeyd etdiyim kimi, QDİƏT Parlament Məclisi bu məsələni hər zaman diqqət mərkəzində saxlayır. Əgər hansısa dövlət keçirilən seçkiləri müşahidə etmək üçün dəvət edirsə, təşkilatımız belə təşəbbüsləri alqışlayır və məmnuniyyətlə həmin seçkiləri müşahidə edir. Seçkilər hər bir cəmiyyətdə demokratiyanın bariz göstəricisidir. Ona görə də elə dövlətlər var ki, orada keçirilən seçkilərdə daha çox beynəlxalq müşahidəçilərin iştirak etməsində maraqlıdır. Hesab edirəm ki, Azərbaycan da məhz belə dövlətlərdəndir. Yəni Azərbaycan dünyaya açıq ölkədir və ona görə də bu ölkədə keçirilən seçkiləri çoxsaylı beynəlxalq müşahidəçi izləyir. Xatırladım ki, QDİƏT Parlament Assambleyasının müşahidə missiyaları Azərbaycanda əvvəllər də keçirilmiş seçkiləri izləyib. Ümumilikdə, təşkilatımız Azərbaycanın belə təşəbbüslərini alqışlayır.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

