/ / Parisdə IDEA ilə REC arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi barədə müzakirələr aparılıb
Parisdə IDEA ilə REC arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi barədə müzakirələr aparılıb
08.12.2015 [09:53]
BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransında (COP21) iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva dekabrın 4-də Mərkəzi və Şərqi Avropa üzrə Regional Ətraf Mühit Mərkəzinin (REC) icraçı direktoru Marta Jiqeti Bonifert ilə görüşüb.
Görüşdə IDEA və REC arasında əməkdaşlıq əlaqələri nəzərdən keçirilib və gələcəkdə birgə layihələrin reallaşdırılması üzrə müzakirələr aparılıb.
Hər iki təşkilat ətraf mühit təhdidləri barədə ictimaiyyətin maarifləndirilməsini prioritet sahə kimi qəbul edir. Bu baxımdan, IDEA və REC tərəfindən Azərbaycan məktəbliləri üçün “Yaşıl Paket” adlı multimedia dərsliyi tərtib olunmaqdadır. Bu dərsliyin gələn il ərzində geniş ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur.
Leyla Əliyeva IDEA İctimai Birliyinin fəaliyyəti və əldə etdiyi uğurlar barədə həmsöhbətinə geniş məlumat verib. Qeyd olunub ki, IDEA-nın Bakı və Gəncə şəhərlərində yerləşən müasir Resurs mərkəzləri gənclərin ətraf mühit sahəsində biliklərinin dərinləşdirilməsinə xidmət edir. Belə ki, bu mərkəzlərdə müxtəlif yaş qrupundan olan şəxslər üçün həftəlik və aylıq əsaslarla təmənnasız mühazirələr, treninqlər, “dəyirmi masa”lar, laboratoriyalar, təqdimatlar və seminarlar təşkil olunur. Bununla yanaşı, IDEA İctimai Birliyi Azərbaycan dilində dərslik və kitabların nəşr olunmasında da yaxından iştirak edir.
Xanım Bonifert IDEA ilə əməkdaşlıqdan məmnunluğunu bildirib və birgə səylərin bundan sonra da davam etdirilməsində maraqlı olduqlarını ifadə edib. O, həmçinin IDEA-nın fəaliyyətini yüksək qiymətləndirdiklərini xüsusi olaraq vurğulayıb.
Görüşdə gələcəkdə təhsil, ictimai maarifləndirmə, biomüxtəliflik, məlumat və təcrübə mübadiləsi, birgə nəşrlərin buraxılması, regional və beynəlxalq tədbirlərin keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

