Gürcüstanda müxalifətin etiraz dalğası genişlənir
16.04.2009 [16:31]
Gürcüstan müxalifətinin bir neçə gündür davam edən etiraz aksiyaları səngimək bilmir. ötən gün Prezident Administrasiyası qarşısında çadırlar quran və aksiyaların prezident Mixail Saakaşvilinin istefasına qədər davam edəcəyini bəyan edən müxalifət liderləri dünən daha bir unikal aksiyaya imza atıblar. Onlar dövlət başçısının simvolik istefa ərizəsini hazırlayaraq onu prezidentə təqdim etməyə hazır olduqlarını bildiriblər. “Mixail Saakaşvilinin gürcü xalqına bəyanatı - mən prezident postunu tərk edirəm” şüarı prezident iqamətgahının dəmir hasarına asılıb. Şüarın yanında böyük avtoqələm də var. Mühafizəkarlar Partiyasının nümayəndəsi Bejan Qunava bəyan edib ki, Saakaşvili istənilən an həmin şüarı imzalaya bilər.
Qeyd edək ki, müxalifət artıq bundan sonrakı hərəkət trayektoriyasını da müəyyənləşdirib. Belə ki, yayılan məlumatlara görə, Gürcüstan müxalifəti bundan sonra kütləvi aksiyalarını Tiflisin üç nöqtəsində davam etdirəcək. Bu üç nöqtə parlamentin, prezidentin Avlabar iqamətgahının və İctimai Televiziya binasının qarşısıdır. Avlabar iqamətgahının ətrafında 30 çadır qurulub. Müxalifət liderlərindən biri, keçmiş prezident Zviad Qamsaxurdiyanın oğlu Konstantin Qamsaxurdiya bildirib ki, parlamentin bütün qapılarının ağzında piketlər təşkil olunacaq: “Bu parlament saxta parlamentdir. Onun fəaliyyəti qanunauyğun deyil”.
Müxalifət liderlərindən biri olan Kaxa Kukava isə bəyan edib ki, hər gün saat 15:00-da parlamentin qarşısında “informasiya mitinqi” olacaq. Amma əsas aksiya məhz prezident rezidensiyasının qarşısında olacaq: “Əgər Saakaşvili bizi buradan eşitmək istəmirsə, biz ona yaxınlaşarıq”.
Mixail Saakaşvili özü isə müxalifətin bu tələbinə müsbət cavab verməyəcəyini bəyan edərək bir daha qeyd edib ki, prezident postunu tərk etmək niyyətində deyil və səlahiyyət müddətinin başa çatacağı 2013-cü ilə qədər vəzifəsində qalacaq. Dövlət başçısı, növbəti dəfə Moskvanın bostanına daş ataraq, bu təxribatların arxasında Rusiyanın dayandığını və müxalifətin hərəkət istiqamətlərinin Kremldə müəyyənləşdirildiyini bəyan edib. O deyib ki, müxalifət ölkənin belə bir çətin şəraitində bu cür addımlara yer verməməli, əksinə hakimiyyətlə əlbir olub, əsas düşmənlərə qarşı birgə mübarizəyə qoşulmalıdır. Saakaşvili Qərbi də ittiham edərək, onları ölkədə baş verənlərə laqeyd qalmaqda suçlayıb.
Parlamentin sədri David Bakradze isə dialoq çağırışlarını yeniləyib. Onun sözlərinə görə, ölkədə vəziyyəti yaxşılaşdırmaq üçün yeganə yol dialoqdur. Avropa və avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Georgi Baramidze müxalifətə Tiflisin 40 kilometrliyində rus tanklarının dayandığını xatırladıb: “Müxalifətlə dialoqa başlamaq olar, lakin prezidentin istefası barədə dialoq olmayacaq”.
Bu arada müxalifət liderləri hökumətin dialoq çağırışlarına məhəl qoymayaraq aksiyaları sonacan davam etdirəcəklərini bir daha bəyan ediblər. Birləşmiş müxalifətin lideri Levan Qaçeçiladze aksiya iştirakçılarını prezident iqamətgahının qarşısına toplaşaraq fasiləsiz mitinqlərin davam edəcəyini bildirib: “Mitinqlərimiz Saakaşvili gedənə qədər davam edəcək”.
Qaçeçiladze Tiflisin hər küçəsinin etiraz aksiyası ərazisinə çevriləcəyinə söz verib: “Yaxın günlərdə vətəndaş itaətsizliyi ocaqları bütün Gürcüstan ərazisinə yayılacaq”.
AQŞİN
Xəbər lenti
Hamısına baxSosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45

