“Əl-Məchar”: Bakı BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi edir
28.04.2016 [10:22]
İordaniyanın nüfuzlu “Əl-Məchar” nəşrində AZƏRTAC-ın xüsusi müxbiri Asya Hacızadənin məqaləsi dərc edilib. Azərbaycan paytaxtında BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunun açılışından bəhs edilən məqalədə qeyd olunur ki, “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” devizi altında keçirilən Forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl-Nasir, dünyanın 140 ölkəsindən çoxsaylı qonaqlar, o cümlədən dövlət və hökumət başçıları, BMT üzvü olan ölkələrin xarici işlər nazirləri, siyasi liderlər, tərəfdaşlıq strukturlarının, beynəlxalq və regional təşkilatların, özəl sektorun, incəsənət, media və akademik dairələrin, donor təşkilatların və fondların nümayəndələri iştirak ediblər.
“Bakı BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi edir” sərlövhəli məqalədə Forumun rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin ətraflı çıxışı verilir. Prezident İlham Əliyev Forumun Bakıda keçirilməsini mühüm hadisə və Azərbaycanın fəaliyyətinin etiraf edilməsi, mədəniyyətlərarası dialoqa, multikulturalizmə xas olan dəyərlərin irəliləməsi əlaməti adlandırıb. Müəllif Azərbaycan Prezidentinin multikulturalizm sahəsində dövlət siyasəti, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə Azərbaycanın töhfəsi barədə sözlərini sitat gətirir. Qeyd edilir ki, Azərbaycan əsrlər boyu müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə mövcud olduğu məkandır: “Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur”.
Bunun sayəsində bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayır.
Nəşrdə daha sonra qeyd edilir ki, Azərbaycan dövlətinin başçısı beynəlxalq dialoqun möhkəmlənməsi üçün bu ölkədə mütəmadi olaraq müxtəlif tədbirlər və forumlar keçirilməsini xüsusi vurğulayıb. 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə başlanmış Bakı prosesi artıq beynəlxalq dialoq üçün geniş platformaya çevrilib. İndi Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvü olan azsaylı ölkələrdən biridir. 2008-ci ildə Bakıda Avropa Şurasının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin görüşünə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri də dəvət edilmişdi. Bu proses həmrəylik, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoq işinə töhfə verən qlobal təşəbbüsə çevrilməkdədir.
Azərbaycan lideri qonaqların diqqətini bir məqama da cəlb edib ki, bu gün Azərbaycan beynəlxalq birlikdə nüfuz sahibi, Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və bir sıra başqa beynəlxalq strukturların üzvüdür, 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi isə ölkəmizin böyük qələbəsi və Azərbaycana böyük hörmət əlaməti oldu.
Nəşrdə Prezident İlham Əliyevin Azərbaycan torpaqlarının 20 faizini - Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal etmış Ermənistanın təcavüzkar siyasəti, Xocalı soyqırımı barədə sözləri də sitat gətirilir. Müəllif vurğulayır ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur, işğalçını beynəlxalq hüquq normalarına riayət etməyə məcbur etmək üçün ona beynəlxalq səviyyədə təzyiq göstərilmir.
Nəşrdə daha sonra BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl-Nasirin çıxışına istinad edilir. Göstərilir ki, Nasir Əbdüləziz əl-Nasir budəfəki Forumun təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib. Bu məsələdə Azərbaycan Prezidentinin lider kimi rolunu xüsusi qeyd edən BMT nümayəndəsi vurğulayıb ki, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi dünya xalqları arasında əlaqələrin möhkəmləndirilməsi yolunda mühüm addımdır.
Məqalədə vurğulanır ki, BMT-nin Baş katibi Pan Gİ Mun Forum iştirakçılarına videomüraciətində bu tədbirin Bakıda keçirilməsinin dəstəklənməsinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O vurğulayıb ki, bu Forumun mövzusu BMT-nin 2030-cu ilə qədər bəyan edilmiş məqsədlərinə uyğundur. Bütün münaqişələrin dinc yolla tənzimlənməsinin vacib olmasına diqqəti cəlb edən Pan Gi Mun öz müraciətində Sivilizasiyalar Alyansının işini bəyəndiyini və bütün dünyada etimadı artırmağın zəruri olmasını bildirib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59

