ABŞ və Böyük Britaniyadan Azərbaycana hərtərəfli dəstək
07.06.2016 [10:16]
Xəbər verildiyi kimi, 2016-cı il iyunun 1-dən 4-dək Azərbaycanın paytaxtı Bakıda XXIII Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas 2016” sərgi və konfransı keçirilib.
Regionda neft-qaz sənayesinin əsas tədbiri və tanınmış beynəlxalq platforma olan Xəzər Neft və Qaz sərgi və konfransı hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçiləri öz meydançasında bir araya gətirir.
AZƏRTAC xəbər verir ki, builki sərginin ekspozisiyası çərçivəsində 200-dən çox şirkət bir araya gələrək neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini və bir sıra digər nailiyyətləri nümayiş etdirib. XXIII beynəlxalq sərgidə Belçika, Çin, İspaniya, İtaliya, Qazaxıstan, Niderland Krallığı, Polşa, Portuqaliya və digər ölkələrin şirkətləri iştirak ediblər. Həmçinin Çexiya, İtaliya və Almaniya sərgidə milli pavilyonlarını təqdim ediblər. Hər il “Caspian Oil & Gas” iştirakçılarının tərkibinə yeni şirkətlər daxil olur. Bu il isə yeni iştirakçılar qismində Böyük Britaniya, Portuqaliya, Rumıniya, ABŞ və digər ölkələrin şirkətləri çıxış ediblər. Sərgi çərçivəsində keçirilən ənənəvi beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” konfransında dünyanın 30-dan çox ölkəsindən 400 nəfərə yaxın nümayəndə iştirak edib.
Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgisi həm Azərbaycan, həm dünya üçün çox önəmli və mötəbər tədbirdir. Prezident deyib ki, 1994-cü ildə ilk dəfə Xəzər Neft və Qaz Sərgisini keçirməklə Azərbaycan neft potensialını dünyaya təqdim edə bilib. Azərbaycanın böyük transmilli layihələrin həyata keçirilməsində liderliyini və fəal iştirakını vurğulayan dövlətimizin başçısı deyib ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, neft-qaz sahəsində də çox uğurlu yol keçib və qarşıya qoyulan bütün vəzifələr icra edilib. “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində bütün işlərin qrafik üzrə getdiyini vurğulayan Prezident İlham Əliyev artıq 7 ölkənin üzv olduğu və Bakıdan İtaliya sahillərinə qədər uzanan bu layihənin iqtisadi və təhlükəsizlik layihəsi olduğunu diqqətə çatdırıb. O deyib ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni yataqların işlənilməsi nəticəsində ölkədə qaz hasilatı daha da artacaq. Azərbaycan Prezidenti ölkənin enerji siyasətinin konturlarını xüsusilə vurğulayıb və bildirib ki, bu siyasət regionda və daha böyük coğrafiyada əməkdaşlığın inkişafına, sabitliyin təmin olunmasına xidmət edir.
Tədbir iştirakçılarına təbrikini çatdıran ABŞ Prezidenti Barak Obama qlobal enerji təchizatında Azərbaycanın olduqca mühüm rol oynadığını qeyd edib, həmçinin Bakının regional səviyyədə təchizatın şaxələndirilməsini, bazardakı rəqabəti, eləcə də enerji təhlükəsizliyini artırmaq kimi ümumi məqsədlərin həyata keçirilməsində etibarlı tərəfdaş olduğunu diqqətə çatdırıb. Barak Obama bildirib ki, ötən il ərzində Azərbaycan və onun tərəfdaşları “Cənub Qaz Dəhlizi”nin reallığa çevrilməsində böyük tarixi mərhələlərə nail olublar. Azərbaycan ilə onun beynəlxalq tərəfdaşları arasında davamlı əməkdaşlıq həmin mühüm layihənin başa çatdırılmasını təmin edəcək, Birləşmiş Ştatlar isə beynəlxalq tərəfdaşları ilə birgə buna yardım göstərməyə hazırdır və “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətini vurğulamaqda davam edir. ABŞ dövlətinin başçısı Prezident İlham Əliyevin “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi məqsədilə göstərdiyi səyləri alqışladığını, Azərbaycanın tam potensialına nail olunması, o cümlədən şaxələndirilmiş iqtisadiyyatın təşviq edilməsi, sərmayə mühitinin təkmilləşdirilməsi, hesabatlılığın və qanunun aliliyinin gücləndirilməsi, nəhayət, Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılması məqsədilə atdığı davamlı addımları dəstəklədiyini deyib. Barak Obama bildirib ki, Birləşmiş Ştatlar Azərbaycanın sadiq tərəfdaşı olaraq qalır.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron isə təbrik məktubunda ölkəsi ilə Azərbaycan arasında davamlı güclü ikitərəfli münasibətləri alqışladığını bildirib. Baş nazir Devid Kemeron qeyd edib ki, Azərbaycanın enerji resursları Avropa və dünya iqtisadiyyatında, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. O, həmçinin “Cənub Qaz Dəhlizi”nin Avropa İttifaqının qaz bazarının şaxələndirilməsində və beləliklə, Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rolunu vurğulayıb. Devid Kemeron “Cənub Qaz Dəhlizi”nin inkişaf etdirilməsində Azərbaycan hökumətinin səylərini yüksək qiymətləndirib, mayın 17-də Trans-Adriatik boru kəmərinin təməlqoyma mərasimini “Cənub Qaz Dəhlizi”nin cədvələ uyğun çəkilməsində növbəti mühüm hadisə kimi qiymətləndirib.
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16

