Prezident İlham Əliyevin və Kansler Angela Merkelin mətbuat konfransı
08.06.2016 [10:12]
AZƏRTAC xəbər verir ki, iyunun 7-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelin mətbuat konfransı olub.
Kansler Angela Merkel və Prezident İlham Əliyev əvvəlcə bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidentini ölkəsində salamlayan Almaniyanın Federal Kansleri Angela Merkel budəfəki görüşdə ikitərəfli əlaqələrin daha da intensivləşdirilməsi ilə bağlı razılığa gəlindiyini bildirib. Azərbaycanda aparılan iqtisadi islahatların bu sahədə şaxələndirməyə geniş imkanlar açdığını deyən Angela Merkel Almaniyanın həmin prosesdə iştirak etməyə hazır olduğunu diqqətə çatdırıb. “Azərbaycan Hökuməti tərəfindən bir neçə əfv qərarı qəbul edilib və biz bu addımı alqışlayırıq”, - deyən Kansler Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin aparıldığını vurğulayıb. Bildirib ki, hazırda ATƏT-ə sədrlik edən Almaniya münaqişənin sülh yolu ilə həllinə öz töhfəsini vermək istəyir. Almaniya Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinə nail olmaq üçün Minsk qrupunun həmsədr ölkələri qismində Rusiya, ABŞ və Fransa hökumətlərinə dəstək göstərmək üçün öz əlaqələrindən maksimum şəkildə istifadə edəcək. Almaniyanın Federal Kansleri onu da vurğulayıb ki, Avropa İttifaqı və Azərbaycanın, eyni zamanda, Almaniya və Azərbaycanın mövcud əlaqələrini daha da inkişaf etdirmək, əlaqələri sıxlaşdırmaq, bütün sosial və iqtisadi aspektləri müzakirə etmək üçün yaxşı səbəblər var.
Prezident İlham Əliyev Almaniya ilə Azərbaycan arasında fəal siyasi dialoqun mövcud olduğunu vurğulayıb. Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, Azərbaycan-Almaniya əlaqələrinin uğurlu inkişafı regionumuzda sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək. “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirələrimizin ən vacib hissələrindən biri idi”, - deyən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan bu münaqişənin beynəlxalq hüququn normaları və BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin icra olunması əsasında ən tez zamanda həllini istəyir. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan tərəfindən icra olunmadığını, beynəlxalq hüququn kobud şəkildə pozulduğunu, etnik təmizləmə siyasəti yürütdüyünə və suveren dövlətin ərazisini işğal etdiyinə görə Ermənistana heç bir sanksiyanın tətbiq edilmədiyini deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan münaqişənin sülh yolu ilə, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq qətnamələr əsasında həll olunmasını istəyir.
Aprelin əvvəllərində qoşunların təmas xəttində Ermənistanın törətdiyi təxribatlardan danışan Prezident İlham Əliyev Ermənistanın təcavüzü nəticəsində mülki şəxslərin qətlə yetirildiyini, mülki obyektlərə çoxlu ziyan dəydiyini bildirib. “ATƏT-ə sədrlik edən ölkə kimi Almaniya da status-kvonun qəbuledilməz olduğunu açıq şəkildə bəyan edib”, - deyən dövlətimizin başçısı may ayında Vyanada baş tutan görüşün əsaslı danışıqlara başlanması üçün mühüm addım olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyev ölkələrimiz arasındakı iqtisadi əlaqələrdən danışarkən bildirib ki, Azərbaycan ilə ticarət Almaniyanın Cənubi Qafqaz regionu ilə apardığı ticarətin 80 faizini təşkil edir. Bundan əlavə, ölkələrimizin enerji sahəsində yaxşı əməkdaşlıq qurduğunu deyən dövlətimizin başçısı bu baxımdan “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətini vurğulayıb, Asiya ilə Avropanı birləşdirəcək nəqliyyat layihəsinin önəmindən danışıb. “Azərbaycan demokratiyaya, insan hüquqlarının qorunmasına sadiqdir”, - deyən Prezident İlham Əliyev ölkəmizdə bütün azadlıqların təmin olunduğunu bildirib, Azərbaycanda müxtəlif konfessiyaları təmsil edən insanların sülh və harmoniya içərisində yaşadıqlarını xatırlayıb.
Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45

