Əli Əhmədov: Azərbaycan idmanının inkişafı ölkənin hərtərəfli yüksəlişinin nəticəsidir
24.08.2016 [09:55]
“Azərbaycan idmanının inkişafı ölkənin hərtərəfli yüksəlişinin nəticəsidir”. Bu fikri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov idmançılarımızın XXXI Yay Olimpiya Oyunlarında uğurlu çıxışlarına münasibət bildirərkən deyib.
Əli Əhmədov qeyd edib ki, 2016-cı ilin Yay Olimpiadası Azərbaycan idmançıları və idman sevənləri üçün uğurla başa çatdı. “İdmançılarımız Azərbaycana 1-i qızıl, 7-si gümüş olmaqla toplam 18 medal qazandırdılar. Ölkəmizi təmsil edən idmançılar Braziliyanın paytaxtında 18 dəfə yüksək idman kürsüsünə qalxdılar. Azərbaycan Olimpiadaya qoşulmuş dövlətlərin nümayəndələri arasında ən çox sayda medal qazanmış 15 ölkədən biridir. Olimpiya Oyunlarına qatılmış 206 ölkə arasında ən çox medal qazanmış 15 ölkədən biri olmaq, həqiqətən, qürurverici idman göstəricisidir. Mən Olimpiadanın statistikasına baxdım və bir neçə maraqlı rəqəmləri diqqətinizə çatdıra bilərəm. XXXI Yay Olimpiya Oyunlarında 11 min idmançı 974 medal uğrunda yarışıb. Orta hesabla yarışlara qatılan hər 11 oyunçuya 1 medal düşür. Azərbaycan Olimpiadada 56 idmançı ilə iştirak edib. Qazanılan medalların sayı isə 18-dir. Deməli, orta hesabla Azərbaycanın hər 3 idmançısına 1 medal düşür. Bu göstərici ümumi Olimpiya göstəricisindən təxminən 4 dəfə çoxdur”, - deyə Əli Əhmədov vurğulayıb.
Baş nazirin müavini bildirib ki, yarışlarda 1-ci yerə sahib olan Amerika Birləşmiş Ştatlarını (121 medal) 554 idmançı təmsil edirdi: “Göründüyü kimi, orta hesabla təxminən bu ölkənin hər 4 idmançısına 1 medal düşür. Olimpiadada 2-ci yeri tutan İngiltərədə həmin göstərici təxminən 5-ə (366 idmançıya 67 medal), 3-cü yerin sahibi Çində isə 6-ya bərabərdir (413 idmançıya 70 medal). Onu da ayrıca vurğulamağı lazım bilirəm ki, idmançılarımızın qazandığı 7 gümüş medal potensial qızıl medal deməkdir. Gümüş medalın sahibini qızıl medalın sahibindən hansısa bir təsadüf, hansısa bir idman şansı ayırır. İdman peşəkarlığı və ustalığı baxımından onlar, demək olar ki, bərabərdir”.
Əli Əhmədov bildirib ki, idmançılarımızın növbəti möhtəşəm uğurlu çıxışları Azərbaycan idmanının sürətli inkişafının bariz ifadəsidir: “İdmanın inkişafı isə ölkəmizin dinamik inkişafının, hərtərəfli tərəqqisinin birbaşa nəticəsi kimi qiymətləndirilməlidir. Mən idmançılarımızı yüksək göstəriciləri münasibətilə təbrik edirəm. Onlar hər cür təbrikə layiqdirlər. Bütün Azərbaycan idmançılarımız ilə fəxr edir”.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28

