AQUPDK-da Almaniyanın ölkəmizdəki səfiri ilə görüş olub
07.09.2016 [09:48]
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin edilmiş səfiri Mixael Kindsqrab ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Komitəsinin sədri Hicran Hüseynova görüşdə çıxış edib. O qeyd edib ki, Azərbaycan ilə Almaniya arasında əlaqələr uğurla inkişaf edir, ölkələrimiz arasında əməkdaşlıq çox fəal fazadadır.
H.Hüseynova xatırladıb ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) 2010-cu ildən Azərbaycanda “Yerli özünüidarəyə dəstək” adlı proqram həyata keçirir. Müvafiq hökumətlərarası saziş əsasında həyata keçirilən bu proqram çərçivəsində yerli özünüidarə sahəsində bələdiyyələr və dövlət strukturları ilə birbaşa əməkdaşlıq tənzimlənib, Azərbaycanın müxtəlif regionlarında sosial və iqtisadi sahələrə aid layihələr gerçəkləşdirilib. Belə layihələrdən biri də AQUPDK ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan “DAYAQ mentorluq proqramı”dır. Bu proqramın əsas məqsədi Azərbaycan bələdiyyələrində, ölkənin ictimai həyatında və yerli səviyyədə qərarlar qəbul edilməsi proseslərində qadınların iştirakını fəallaşdırmaq, qadınlar üçün gender yönümlü layihələrin həyata keçirilməsini təmin etməkdir.
AQUPDK sədri öz çıxışında vurğulayıb ki, Azərbaycan qadınları cəmiyyətin həyatının bütün sahələrində təmsil olunublar. Son illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların da sayı artıb. Həyata keçirilən dövlət proqramlarında gender məsələləri mühüm yer tutur.
Almaniyanın Azərbaycandakı səfiri səmimi qəbul üçün minnətdarlığını bildirərək Azərbaycanda qadın və uşaq problemlərinin həllinə yönəlmiş tədbirləri yüksək qiymətləndirib, ölkənin sosial-siyasi həyatında qadınların rolunun artırılması meyillərinin əhəmiyyətini xüsusi vurğulayıb.
Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri və qarşıdakı layihələr də müzakirə edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07

