Qoşulmama Hərəkatından Ermənistana zərbə...
20.09.2016 [10:29]
120 dövlətin üzv olduğu, BMT-dən sonra dünya miqyasında ən çox ölkənin təmsil olunduğu nüfuzlu beynəlxalq təsisatın - Qoşulmama Hərəkatının yekun sənədində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyi dəstəklənib
Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyünə qarşı törədilmiş qəsdin və təcavüzkar siyasətin əyani nümunəsi olmaqla yanaşı, həm də regional təhlükəsizlik sistemi üçün ciddi təhdiddir. Ümumilikdə, münaqişə bölgənin inkişafına, uzunmüddətli sabitliyə mane olan dağıdıcı faktorlardan biri kimi çıxış edir. Bununla yanaşı, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan humanitar fəlakətlə qarşı-qarşıya qalıb, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə təhdid kimi...
Əlbəttə, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi strateji zərurət qismində çıxış edir. Məhz bu baxımdan, Azərbaycan Respublikasının xarici siyasət strategiyasında Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi prioritet istiqamətdir. Milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında - dövlətimizin ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini bəyan edir. Buna görə də rəsmi Bakı diplomatik müstəvidə özünün bütün resurslarından maksimum surətdə istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır.
Dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin həllini strateji zərurət kimi səciyyələndirir
Digər tərəfdən, ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin məhz beynəlxalq hüquq normaları əsasında həllinin zəruriliyini bəyan edirlər. Ümumi qənaət budur ki, Dağlıq Qarabağ münaqişəsi nə qədər ki ədalətli şəkildə həll edilməyib, regionda tam mənada sülh və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq niyyətlərini istənilən səviyyədə reallaşdırmaq qeyri-mümkündür. İşğalçı Ermənistan isə bütün çağırışlara qeyri-konstruktiv reaksiya verməklə yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərinə də məhəl qoymur. Bütün bunların fonunda hazırkı şərait Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini zəruri edir.
Azərbaycan diplomatiyasının növbəti uğuru: Ermənistan bir daha ciddi qınaq obyektinə çevrildi
Bütövlükdə, dünya ictimaiyyəti Ermənistanın təxribatçı hərəkətlərini və təcavüzkar siyasətini kəskin qınayır, Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruriliyi xüsusi vurğulanır. Məlum olduğu kimi, sentyabrın 13-18-də Venesuela Bolivar Respublikasının Marqarita adasında Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının “İnkişaf naminə sülh, suverenlik və həmrəylik” devizi altında XVII Sammiti keçirilib. Sammitin yekun sənədinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Dövlət və Hökumət Başçılarının XVIII Sammitinin 2019-cu ildə Azərbaycanda keçirilməsi və BMT-nin Sivilizasiyalar Alyansının 26-27 aprel 2016-cı ildə Bakıda keçirilmiş VII Qlobal Forumu ilə əlaqədar bəndlər daxildir. Diqqət çəkən əsas məsələ yekun sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəndin yer almasıdır. Sənəddə dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması, beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüf ifadə ediblər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin önəmini bir daha təsdiq edib, tərəfləri münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırıblar.
Beləliklə, 120 dövlətin üzv olduğu, BMT-dən sonra dünya miqyasında ən çox ölkənin təmsil olunduğu nüfuzlu beynəlxalq təsisatın - Qoşulmama Hərəkatının yekun sənədində Azərbaycanın haqlı mövqeyi açıq-aşkar dəstəklənir. Bu, Ermənistanın beynəlxalq miqyasda aldığı daha bir zərbə, Azərbaycan diplomatiyasının isə növbəti uğurudur.
Yeri gəlmişkən, ölkəmiz 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək ki, bu da beynəlxalq miqyasda əldə edilən böyük uğurlardan biri kimi xarakterizə oluna bilər. Çünki qeyd etdiyimiz kimi, bu təsisat BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq institutdur.
ATƏT-in Minsk qrupu Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının qərarını nəzərə almalıdır
Bu kontekstdə digər bir məqama da toxunmaq məqsədəmüvafiqdir. Belə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu Qoşulmama hərəkatı dövlət və hökumət başçılarının qərarını nəzərə almalıdır. Çünki dünya ictimaiyyəti bu problemin həlli məsələsinə etinasız yanaşmır və münaqişənin həllinin zəruriliyi beynəlxalq səviyyədə ifadə edilir. Artıq dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinin zəruri və qaçılmaz bir proses olduğunu bəyan edirlər. İndiyədək beynəlxalq təşkilatların bir sıra sessiyalarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamental və zəruri qətnamələr qəbul edilib. Məhz Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının “İnkişaf naminə sülh, suverenlik və həmrəylik” devizi altında XVII Sammitində Dağlıq Qarabağ münaqişəsinin xüsusi diqqət mərkəzində olması, tərəflərin münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırılması artıq ATƏT-in Minsk qrupunu öz fəaliyyətini daha çevik və effektiv qurmasının, təşkilat tərəfindən daha konkret addımlar atılmasının zəruriliyini ifadə edir.
N.QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

