/ / Sayyad Kərim: Avropa İttifaqı Azərbaycan ilə münasibətləri yüksək səviyyədə qurmaq niyyətindədir
Sayyad Kərim: Avropa İttifaqı Azərbaycan ilə münasibətləri yüksək səviyyədə qurmaq niyyətindədir
21.09.2016 [10:23]
Sentyabrın 20-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşüb.
Oqtay Əsədov bildirib ki, bu səfər Milli Məclislə Avropa Parlamenti arasında bir il əvvəl ciddi şəkildə zəifləmiş münasibətlərin yenidən yüksək səviyyədə bərpa olunmasına öz töhfəsini verəcək. Çünki Avropa İttifaqı (Aİ) ilə ölkəmiz arasında Parlament Əməkdaşlıq Komitəsi qanunverici orqanlar səviyyəsində ikitərəfli əsasda yeganə əməkdaşlıq platformasıdır. Səmimi, açıq söhbət bizi narahat edən məsələlərə qarşılıqlı şəkildə aydınlıq gətirilməsi, irəliyə doğru addım atılması üçün çox önəmlidir. Milli Məclis Avropa Parlamenti ilə münasibətlərin həm ikitərəfli, həm də çoxtərəfli formatda daha irəli aparılmasında maraqlıdır. Ancaq münasibətlərin qarşılıqlı hörmət və bərabərlik əsasında inkişaf etdirilməsi olduqca önəmlidir. Ölkəmizlə bağlı qərəzli qətnamələr qəbul etməklə, Azərbaycana təzyiq etməyə çalışmaqla ortaya qoyulan münasibətlər bizim üçün qəbuledilməzdir. Əməkdaşlığımız bərabərhüquqlu münasibətə və qarşılıqlı hörmətə əsaslanmalıdır.
Sədr deyib ki, Azərbaycana səfər etmiş bugünkü nümayəndə heyətinin tərkibi Avropa Parlamentinin, həmçinin Komissiyanın ölkəmizlə münasibətlərin inkişaf etdirilməsinə mühüm əhəmiyyət verdiyini göstərir. Əminik ki, bu siyasi iradə əlaqələrimizin ən qısa müddətdə yenidən arzuolunan səviyyəyə yüksəlməsinə şərait yaradacaq. Avropa Parlamentinin ayrı-ayrı üzvləri tərəfindən fərdi qaydada münasibətlərimizin nizamlanması üçün göstərilən cəhdləri də biz həmişə yüksək qiymətləndirmişik. Bu baxımdan cari ildə qurumun bir neçə nümayəndəsinin ölkəmizə səfərini əhəmiyyətli hesab edirik.
Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsindəki əməkdaşlıq ilk gündən Azərbaycan tərəfindən dəstəklənib və “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması üçün gərəkli siyasi iradə ortaya qoyulub. Zənnimizcə, Azərbaycan-Aİ münasibətlərini digər Şərq Tərəfdaşlığı ölkələri kimi deyil, daha fərdi əsaslarla və Strateji Tərəfdaşlıq Sazişi əsasında qurmaq bizim üçün daha maraqlıdır. Çünki Azərbaycanın özünün milli maraqları var. Aİ-nin qonşuluq siyasətindən danışarkən təkcə demokratiya, insan haqları ilə kifayətlənməməliyik. Belə ki, qonşu regionlarda sülh və sabitlik bərqərar olunmasa, ümumi inkişafdan danışmaq çox çətindir.
Oqtay Əsədov inandığını bildirib ki, bu səfər və qarşılıqlı fikir mübadiləsi gələcəyə doğru inamla addımlamaq üçün yaxşı imkanlar yaradacaq.
Görüşdə çıxış edən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov Azərbaycan-Avropa İttifaqı əlaqələri və Parlament Əməkdaşlıq Komitəsinin fəaliyyəti haqqında fikirlərini bildirib. O, Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı qəbul olunmuş qərəzli qərarları xatırladaraq, bu cür davranışların Azərbaycan və Avropa xalqlarının mənafelərinə xidmət etmədiyini, cılız maraqlar güdən müəyyən qrup siyasətçilərin öz havadarlarının dəstəyi və təhriki ilə belə addımlar atdıqlarını söyləyib. Milli Məclis sədrinin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən təşkilatlar çərçivəsində, o cümlədən Avropa Parlamentinin deputatları arasında ikili standartlara yol verilməsinin heç də regionda inkişafa, sülhə xidmət etmədiyini vurğulayın. Bildirilib ki, əgər normal münasibətlər qurmaq istəyiriksə, bu əlaqələr, hər şeydən əvvəl, bərabərhüquqlu tərəfdaşlığa və qarşılıqlı hörmətə əsaslanmalıdır.
Avropa Parlamentinin Böyük Britaniyadan olan deputatı, Mühafizəkarlar və İslahatçılar Qrupunun təmsilçisi Sayyad Kərim avropalı deputatların ölkəmizə səfərindən və burada aparılan danışıqlardan məmnun qaldıqlarını söyləyib. Bildirilib ki, hər iki tərəfin öz xalqları qarşısında öhdəlikləri var. Məhz buna görə də biz keçmişdə olanlara qayıtmadan, irəliyə doğru addımlamaq üçün səmimi dialoq aparmalı, gələcəyə ümidlə baxmalıyıq. Həm Azərbaycan, həm də Avropa xalqlarını birləşdirən ümumi dəyərlər var. Azərbaycan Avropa üçün önəmli ölkədir. Biz bu ölkə ilə münasibətlərimizi yüksək səviyyədə qurmaq niyyətindəyik. Səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycan tərəfinin də mövqeyini öyrəndik, bizi maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi apardıq. Bir daha əmin olduq ki, Azərbaycan tərəfi bu məsələyə konstruktiv yanaşır.
Avropa Parlamentinin Liberal-Demokratlar Qrupunun üzvü xanım İveta Qriqule Avropanın Azərbaycana böyük maraq göstərdiyini xüsusi vurğulayaraq, Avropa Parlamentində Azərbaycanla bağlı qəbul olunmuş qərəzli qərarlara görə təmsil olunduğu qrupun adından üzr istəyib və ümidvar olduğunu bildirib ki, gələcəkdə bu cür hallara yol verilməyəcək. Bunu hər iki tərəfin mənafeyi tələb edir.
Çıxış edən digər deputatlar müzakirə olunan məsələ barədə öz fikirlərini bölüşüblər.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin komitə sədrləri Səməd Seyidov, Fuad Muradov, ölkəmizin Avropa İttifaqındakı nümayəndəsi Fuad İsgəndərov, təşkilatın Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Malena Mard və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21

