Beynəlxalq sənədin qəbulunda Azərbaycanın müsbət təcrübəsi nəzərə alınıb
22.11.2016 [10:15]
Fransanın Strasburq şəhərində Avropa Şurası nəzdində fəaliyyət göstərən Avropa Prokurorlarının Məşvərətçi Şurasının 11-ci plenar iclası keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda keçən ilin noyabrından ötən bir il ərzində müxtəlif beynəlxalq tədbirlərdə qurumun fəaliyyətinin işıqlandırılmasına nəzər yetirilib. Həmçinin 2006-cı ildən bu günədək Məşvərət Şurasının qəbul etdiyi 10 rəyin Avropa Şurasına üzv dövlətlərin rəsmi dillərinə tərcümə edilməsi məsələsi müzakirə olunub.
Plenar iclasda Şuranın sayca 11-ci Rəyi müzakirə olunub və bəzi müddəalar üzrə Azərbaycanın müsbət təcrübəsi nəzərə alınaraq qəbul edilib. “Xüsusilə terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizə çağırışlarında prokurorların işinin keyfiyyəti və səmərəliliyi” adlanan sənəddə prokurorların ümumi fəaliyyəti, hüquqi çərçivə və milli təcrübə, insan qaynaqlarının idarəolunması, o cümlədən prokurorların işə qəbulu, vəzifədə irəli çəkilmə, ixtisasartırma məsələləri, prokurorluq orqanlarında işin təşkili, vəzifə bölgüsü, prokurorların fəaliyyətinin qiymətləndirilməsi, etik qaydalar, obyektivlik, qərəzsizlik, məlumat mübadiləsi və əməkdaşlıq, terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə prokurorların fəaliyyətinin keyfiyyəti, səmərəliliyi və s. məsələlər əksini tapıb.
Baş Prokurorluğun beynəlxalq əlaqələr idarəsinin rəisi, Azərbaycanın Məşvərətçi Şuradakı nümayəndəsi Erkin Əlixanov sənədin müzakirəsi zamanı ölkəmizdə prokurorluq orqanlarında aparılmış geniş institusional islahatlar, o cümlədən beynəlxalq əməkdaşlıq, kadr siyasəti, qəbul edilmiş normativ-hüquqi aktlar, Baş Prokurorluq üzrə müxtəlif sahəvi əmrlər, prokurorluq işçilərinin etik davranış kodeksi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Şuranın prezidenti Sedrik de Bokarmenin səlahiyyət müddəti başa çatdığından Piter Makkormik (İrlandiya) növbəti bir il müddətinə Məşvərətçi Şuranın prezidenti, Xose Manuel Santos Pais (Portuqaliya) isə vitse-prezidenti seçiliblər.
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

