“Qoca qitə”də demokratik dəyərlər yox, ikili standartlar hökm sürür
14.03.2017 [09:45]
“Bu gün bir çox dünya dövlətləri kimi Azərbaycan da demokratik inkişaf yolu seçib. Çünki insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə təminatı məhz demokratik şəraitdə mövcuddur. Doğrudan da, demokratiya olmayan ölkələrdə hansısa inkişafdan, tərəqqidən danışmaq qeyri-mümkündür. Təbii ki, söhbət, sözün əsl mənasında, demokratiyadan gedir. Bəzən bizə demokratik inkişaf istiqamətində nümunə kimi göstərilən Avropada əslində antidemokratik mühitin hökm sürdüyünün şahidi oluruq. Bu mənada “Qərb demokratiyası”nın kökündə tamamilə başqa “dəyərlər” cəmlənib. Zaman-zaman başqa ölkələrin siyasi idarəçilik sistemində, keçirdikləri seçkilərdə hansısa nöqsanlar, qanunsuzluqlar axtarmağa çalışan “avropalı mütəxəssislər” bir çox hallarda öz gözlərində tiri görə birmirlər və ya görməzliyə vururlar. Bu amil isə onu sübut edir ki, “qoca qitə”də demokratik dəyərlər yox, ikili standartlar hökm sürür”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ötən həftə qardaş Türkiyə ilə Hollandiya arasında yaranmış siyasi gərginliyi şərh edərkən bildirib.
Vüqar Rəhimzadənin sözlərinə görə, Hollandiyanın qardaş Türkiyəyə qarşı etdiyi diplomatik hörmətsizlik ikili standartların bariz nümunəsi, sözün əsl mənasında, rəzalətdir: “Hollandiyanın Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə icazəni ləğv etməsi, üstəlik qardaş ölkənin ailə və sosial siyasət naziri Fatma Betül Kayanın avtomobilinin Hollandiya polisi tərəfindən saxlanılması çox böyük hörmətsizlikdir. Bu zaman nazirin səfərini işıqlandırmaq üçün Rotterdama səfər edən Anadolu agentliyinin və TRT-nin jurnalistləri də polis tərəfindən saxlanılaraq sənədləri yoxlanılıb. Göründüyü kimi, burada baş verən hadisələr islamofobiyanın təzahürləri, beynəlxalq hüququn tapdanmasıdır. Əgər bir ölkədə hansısa qanuni tədbirlərin keçirilməsinə yol verilmirsə, jurnalistlər əsassız yerə saxlanılırsa, orada hansı demokratiyadan söhbət gedə bilər?”
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, bu gün Türkiyənin regionda və dünyada artan rolu və nüfuzu bəzi dairələri narahat edir: “Son illərdə qardaş Türkiyənin regionda və dünya miqyasında nüfuz dairəsi xeyli genişlənib. Azərbaycan Türkiyə ilə birlikdə meqa layihə olan “Cənub Qaz Dəhlizi”ni uğurla reallaşdırır. İqtisadiyyatı durmadan inkişaf edən Türkiyə, eyni zamanda, siyasi və hərbi güc mərkəzinə çevrilib. Təbii ki, bu da islamofobiya və ksenofobiyanın mövcud olduğu Avropanı narahat edir. Hesab edirəm ki, bu və digər amillər Türkiyəni öz haqq yolundan döndərə bilməz”.
YAP Siyasi Şurasının üzvü bildirib ki, özlərini demokrat adlandıran avropalılar miqrantlarla amansız davrandıqları, onları öz ölkələrindən deportasiya etdikləri halda, Türkiyə miqrantlara qucaq açdı: “Bu gün güclü Türkiyə terrora qarşı da ciddi mübarizə aparır. Son vaxtlar xüsusilə Suriyada PKK və İŞİD terrorçularına qarşı mübarizə daha da gücləndirilib. Bunun əksi olaraq isə Avropa və bəzi dairələr terrorçuları dəstəkləyirlər, Suriyada PKK və İŞİD terrorçularının əllərində Qərb ölkələrinin silahları var. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan öz çıxışında bu barədə faktlar səsləndirib. Məqsəd Türkiyəni zəiflətmək, müsəlman dünyasını terrorla əlaqələndirərək ləkələməkdir”.
Vüqar Rəhimzadə Hollandiya polisinin türkiyəli nazir Fatma Betül Kayanın avtomobilinin saxlanılmasına qarşı etirazçıların haqlı tələblərinə qarşı güc tətbiq etməsini də kəskin şəkildə tənqid edib. Onun sözlərinə görə, insanların azad şəkildə toplanmaları, öz fikirlərini sərbəst şəkildə ifadə etmələri demokratiyanın əsas prinsiplərindəndir: “Bunun əksi olaraq Hollandiyada insanların konstitusion hüquqlarına qarşı çıxmaq, zor tətbiq etmək, insani xüsusiyyətlərdən uzaq hərəkət etmək, demokratiyanın ayaqlar altına atılması deməkdir. Ona görə də bütün dünya bu ədalətsizliyi görməli və nəticə çıxarmalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

