Əli Həsənov: Azərbaycan İsraillə müsəlman dünyası arasında körpü yaradır
06.03.2018 [10:27]
İsrail bütün münasibətlərdə Azərbaycanın azsaylı strateji tərəfdaşlarından biridir. Hər iki ölkə hərbi-texniki istiqamətdə, ən yeni texnologiyalar və səhiyyə sahələrində əməkdaşlıq edir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov “Azİz” Assosiasiyasının saytına açıqlamasında deyib.
Əli Həsənov qeyd edib ki, İsrail mütəxəssisləri neçə ildir ki, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən ən yeni texnologiya və avadanlıqların tətbiq olunduğu kənd təsərrüfatı, aqrar-sənaye kompleksi, sənaye sektorlarında çalışırlar: “Bizim ölkələrimizi insanlarımız da birləşdirir. İsraildə Azərbaycandan olan böyük icma yaşayır, onlar artıq İsrail cəmiyyətinə yaxşı inteqrasiya olublar və respublikamızı ləyaqətlə təmsil edirlər. Bakıdakı yəhudi icması da həm İsrail, həm də Azərbaycanla müxtəlif, o cümlədən qohumluq əlaqələri ilə bağlıdır, Prezident İlham Əliyev tərəfindən aparılan tolerantlıq siyasəti sayəsində respublikada layiqincə təmsil olunur”.
Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, iki ölkə arasında siyasi münasibətlər də uğurla inkişaf edir: “Parlamentarilərimiz, həmçinin hökumət üzvləri arasında yaxşı münasibətlər qurulub. Həm hökumət, həm də qeyri-hökumət təşkilatları, ictimai qurumlar və KİV-lərlə yaxşı əlaqələr var. Biz bu qarşılıqlı münasibətlərin səviyyəsindən çox razıyıq”.
Əli Həsənov vurğulayıb ki, Azərbaycan son dövrlərdə İsraillə müsəlman dünyası arasında körpü yaradılması məsələsi ilə məşğuldur: “Azərbaycanın müsəlman dünyasında nüfuzu var və bundan, həmçinin öz əlaqələrimizdən, qarşılıqlı münasibətlərimizdən istifadə edərək biz yəhudi dövləti ilə ərəb dünyası arasında əlaqə qurmağa cəhd edirik. Hesab edirik ki, burada ümumi maraqlar tapmaq olar. Bu ümumi maraqlardan çıxış edərək dostluq münasibətlərinin qurulmasına bütün tərəflərin qəbul etdiyi yanaşmanı da tapmaq olar. Hər halda biz bunu etməyə cəhd göstəririk”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

