Xocalı soyqırımının əsas təşkilatçılarından biri olan Sarkisyan hakimiyyətdən qovuldu
24.04.2018 [09:27]
Erməni xalqı 20 ildən artıq müddətdə Dağlıq Qarabağ kartı ilə onu girov saxlayan, bütün regional və beynəlxalq layihələrdə iştirakdan məhrum edən, Ermənistanı işğalçı dövlət kimi dünyaya tanıtdıran “Qarabağ klanı”ndan canını qurtardı
Xəbər verildiyi kimi, Ermənistanda günlərdir davam edən etiraz mitinqləri dünən öz pik həddinə çatıb. Vurğulayaq ki, Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz olaraq aprelin 13-dən Ermənistanda başlanan kütləvi aksiyaların miqyası etirazçılara rəhbərlik edən deputat Nikol Paşinyanın və onun həmkarları Ararat Mirzoyanın, Sasun Mikaelyanın həbsindən sonra daha da böyüyüb. Hətta Ermənistan Müdafiə Nazirliyinin sülhməramlı briqadasının bir qrup hərbi qulluqçusunun da paytaxt Yerevanda etiraz aksiyasına qatılması vəziyyəti kritik həddə çatdırıb. Nəticədə etirazçıların dirənişləri qarşısında duruş gətirə bilməyən Serj Sarkisyan istefa vermək məcburiyyətində qalıb. Qeyd edək ki, Serj Sarkisyan Ermənistanın baş naziri vəzifəsindən istefaya getməsi ilə bağlı bəyanat yayıb. Sarkisyan bəyanatında Nikol Paşinyanın haqlı olduğunu etiraf edib və bildirib ki, onun baş nazirliyinə qarşı küçə hərəkatının tələbini yerinə yetirir.
Erməni xalqı cinayətkar xuntaya yox dedi
İllərdir ki, Ermənistanda hakimiyyəti zorakı yollarla zəbt etmiş Serj Sarkisyan iqtidarı ölkədə dözülməz vəziyyət yaradıb. Xatırladaq ki, hələ 2008-ci ildə Sarkisyanın prezident seçilməsinə etiraz edən xalq kütlələri meydanlarda gülləbaran edilmiş, Sarkisyan hakimiyyətə gəlişini xalqın tökülən qanı ilə qeyd etmişdi. Ötən 10 il ərzində ölkəsinin iqtisadiyyatını tamamilə çökdürən, siyasi azadlıqları məhdudlaşdıran, vətəndaş cəmiyyəti institutlarına, kütləvi informasiya vasitələrinə qarşı təzyiqləri artıran Sarkisyan rejimi bunun qarşılığında bir sıra oliqarxların daha da varlanmasına şərait yaratdı. Bu dövr ərzində Ermənistanın, demək olar ki, bütün sənaye müəssisələri, enerji sektoru faktiki olaraq xarici dövlətlərə məxsus şirkətlərə satılıb. Sarkisyan komandasının davranışları Ermənistanın dövlət büdcəsini formalaşdıran əsas gəlir mənbəyini - erməni diaspor təşkilatlarını da narazı saldı. Bunun nəticəsində isə həmin təşkilatlar hər il Ermənistana ayrılan ianələri də dayandırdı ki, bu da Ermənistanda sosial səfalətin daha da dərinləşməsinə səbəb oldu. Bunun nəticəsi idi ki, Sarkisyanın siyasi manevrlə yenidən hakimiyyəti əlində saxlamaq istəyi puç oldu. Erməni xalqı qarşıdakı illərdə də Sarkisyan rejiminin, hərbi xuntanın əlində girov olmamaq üçün öz iradəsini ortaya qoydu.
Hərbi xunta illərdir Dağlıq Qarabağ kartı ilə erməni xalqını istismar edib
Vurğulamaq yerinə düşər ki, Ermənistanın sosial səfalətə sürüklənməsində əsas səbəblərdən biri də Sarkisyan komandasının apardığı işğalçılıq siyasətindən əl çəkməməsi oldu. Belə ki, Sarkisyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlardan boyun qaçırması, müəyyən manevlərlə vaxt uzatmağa hesablanan imitativ gedişləri Ermənistanın ümumi regionun inkişafından geri qalmasını şərtləndirdi. Hətta Sarkisyana yaxın, iqtidaryönlü politoloqlar belə Azərbaycana qarşı işğalçılıq siyasəti ucbatından bütün regional inteqrasiya proseslərindən kənarda qaldıqlarını etiraf edirdilər və Ermənistanın gələcəyi ilə bağlı hər hansı nikbin proqnozlar verə bilmirdilər. Bu gün Ermənistandakı daxili vəziyyəti ifadə edən faktlar ölkə vətəndaşlarının xaricə kütləvi axını, ölkəni birdəfəlik tərk etmələri, aclıq, səfalət, orduda özbaşınalıqların getdikcə artması ilə bağlıdır. İşğalçı ölkədə bu acınacaqlı durumun yaranmasının başlıca günahkarı isə, şübhəsiz ki, Dağlıq Qarabağda azərbaycanlılara qarşı həyata keçirilən soyqırımının, terrorizm siyasətinin iştirakçılarından olan Serj Sarkisyan və onun cinayətkar komandasıdır. Onun rəhbərlik etdiyi hərbi xunta isə illərlə məhz Qarabağ kartı ilə erməniləri faktiki olaraq istismar edib. Beləliklə, çoxsaylı problemlərin içində boğulan Ermənistanda sosial partlayış baş verdi. Bu partlayış isə, gözlənildiyi kimi, Sarkisyanın öz postu ilə vidalaşmasına səbəb oldu.
Xocalı qatilləri məsuliyyətə cəlb ediləcəklərmi?
Serj Sarkisyan həm də XX əsrin ən böyük qətliamlarından sayılan Xocalı soyqırımının iştirakçısı və birbaşa həmin soyqırımına rəhbərlik edən şəxs olub. Onun istər bir sıra beynəlxalq tribunalardan çıxışlarında, istərsə də xarici KİV-lərə müsahibəsində bu faktı etiraf etməsi isə onun insanlığa qarşı bir qətliamın iştirakçısı olduğunu təsdiqləyir. Qeyd edək ki, Sarkisyanın, eləcə də Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın və keçmiş müdafiə naziri Seyran Ohanyanın rəhbərliyi ilə həyata keçirilmiş bu bəşəri cinayətdə 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca bir neçə saatın içində milli zəmində amansızlıqla qətlə yetirilib. Sarkisyanın başçılıq etdiyi terror dəstələri 487 nəfəri ağır xəsarətlərə məruz qoyub, 1275 nəfəri isə girov götürüb. Şahidlərin təsdiqlədiyinə görə, həmin gecə onlarla qadın, 2 yaşından 15 yaşınadək olan uşaqlar, ahıl qocalar güllələnib, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarınları yarılıb, adamlar diri-diri torpağa basdırılıb və ya yandırılıb. Güllə yarasından ölməyənlərin başlarına sonradan güllə vurulub, meyitlər zorakılığa məruz qalıb.
Bəli, Serj Sarkisyan Xocalı soyqırımının iştirakçısı və rəhbəri kimi məhkəmə qarşısında cavab verməlidir. Artıq ermənilərin təkidi ilə vəzifəsindən kənarlaşdırılan Sarkisyanın etdiyi cinayətlərə görə ədalət məhkəməsi qarşısına çıxacağı gün isə uzaqda deyil...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

