/ / Qalubiyyə vilayətinin qubernatoru: Azərbaycan ilə Misiri sıx dostluq və qardaşlıq telləri bağlayır
Qalubiyyə vilayətinin qubernatoru: Azərbaycan ilə Misiri sıx dostluq və qardaşlıq telləri bağlayır
27.10.2018 [11:05]
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Misir Ərəb Respublikasının Qalubiyyə vilayətinin qubernatoru Alaa Abdelhalimin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanla Misir arasında yüksək səviyyəli dostluq əlaqələrindən danışan Baş nazirin müavini qeyd edib ki, iki ölkənin münasibətlərinin daha da inkişaf etməsində xalqlarımız arasında tarixi əlaqələrin və prezidentlərin qarşılıqlı səfərlərinin böyük rolu var.
Əli Əhmədov Qalubiyyə vilayətinin qubernatorunun Azərbaycana səfərini, eyni zamanda, Bakı Beynəlxalq Humanitar Forumunda iştirakını dostluq əlaqələrimizə verilən bir töhfə kimi dəyərləndirib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən Əli Əhmədov Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində bir milyondan çox insanın doğma yurd-yuvasından didərgin düşdüyünü diqqətə çatdırıb. Misirin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəklədiyini deyən Baş nazirin müavini Azərbaycan üçün bunun böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
“Azərbaycanı Misirlə sıx dostluq və qardaşlıq telləri bağlayır”, - deyən Qalubiyyə vilayətinin qubernatoru Alaa Abdelhalim ölkəmizdə olmasından və Beynəlxalq Humanitar Forumda iştirakından məmnunluğunu ifadə edib. Qubernator Misirin Azərbaycanla iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə, xüsusən kənd təsərrüfatı, turizm, sənaye və humanitar sahələrdə əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.
Alaa Abdelhalim Qalubiyyə ilə Abşeron rayonunun qardaşlaşmasını, Abşeronda Azərbaycan-Misir dostluq parkının, Xırdalan şəhərinin mərkəzində Qalubiyyə küçəsinin, Misir-Ərəb təmayüllü məktəbin, Qalubiyyədə isə Heydər Əliyev Parkının, Azərbaycan küçəsinin və Birinci vitse-prezident Mehriban Əliyevanın adını daşıyan məktəbin açılmasını iki ölkə arasında dostluğun əyani təzahürü kimi qiymətləndirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26

