Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Avropa Parlamentində təntənə ilə qeyd edilib
13.12.2018 [10:04]
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Strasburqda Avropa Parlamentində təntənə ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbiri Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi xanım Norika Nikolai açıb. O deyib: “Bu axşam siyasətə görə deyil, dostluğa görə toplaşmışıq. Bu tədbir Azərbaycan və Avropa İttifaqı arasında dostluğun təcəssümüdür. Bu axşam dostluqdan danışacağam. Dostluğun çox sözə ehtiyacı yoxdur. Bu təntənəli tədbirdə aydın görürəm ki, dostluğumuz möhkəmdir”.
Norika Nikolai ölkəmizin qədim tarixi, mədəniyyəti barədə danışaraq, bu gün Londonun Viktoriya və Albert, Parisin Luvr, Vyananın zəngin muzeylərində Azərbaycanın milli sənət nümunələrinin nümayiş olunduğunu bildirib.
Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev bildirib ki, 100 il əvvəl müsəlman Şərqində ilk demokratik parlamentli Azərbaycan Respublikası yaranıb. Birinci Dünya müharibəsindən sonra Avropada mürəkkəb siyasi vəziyyət olduğu vaxtda, ölkəmiz müstəqilliyini elan edib, demokratik, hüquqi dünyəvi dövlət qurulub. İrqindən, cinsindən asılı olmayaraq cəmiyyətin bütün üzvlərinin azadlığı və bərabərliyi təmin edilib. Bir çox Avropa ölkəsindən əvvəl qadınlara səsvermə hüququ verib.
C.Feyziyev ilk parlamentimiz haqqında ətraflı məlumat verərək, 100 il bundan əvvəl parlamentin ilk plenar sessiyasının keçirildiyini, ən mühüm dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul edildiyini diqqətə çatdırıb. O, 1919-cu ildə Bakı Dövlət Universitetinin təsis edildiyini, iqtisadi çətinliklərə baxmayaraq yüzlərlə tələbəyə təqaüd verilərək Avropa Universitetlərində təhsil almağa göndərildiyini qeyd edib. “Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edib, bu gün Cənubi Qafqazda Avropa İttifaqının etibarlı tərəfdaşıdır. Avropa İttifaqı isə ölkəmizin ən böyük ticarət tərəfdaşıdır. Azərbaycan “Odlar yurdu” deməkdir. Sivilizasiyaların kəsişməsində yerləşən ölkəmiz tolerantlıq və multikulturalizm üzrə digər ölkələrə nümunədir. Davamlı inkişaf strategiyası ilə Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edib və regionda ən cəlbedici sərmayə ölkəsinə çevrilib. Son onilliklər ərzində Azərbaycan Avropa ilə Asiyanı daha da yaxınlaşdırıb. Ölkəmiz Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamaqda iddialıdır. Azərbaycan və Avropa İttifaqı arasında yeni əməkdaşlıq sazişi ilə bağlı işlər qarşıdan gələn aylarda yekunlaşdırılacaq. Əminəm ki, bu yeni saziş qarşılıqlı faydalı əməkdaşlığımız üçün yeni üfüqlər açacaq”, - deyə deputat bildirib.
Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Səyyad Kərim parlamentlərarası əlaqələrə toxunaraq, əlaqələrin möhkəmlənməsindən söz açıb. O, Bakıda Azərbaycan parlamentinin 100 illiyinin təntənəli şəkildə qeyd olunduğunu xatırladıb.
Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyəti haqqında video nümayiş olunub.
Azərbaycanın Xalq artisti Ənvər Sadıqovun rəhbərlik etdiyi “Qaytağı” instrumental ansamblının ifasında milli musiqilərimiz səsləndirilib. İştirakçılar milli musiqilərimizi alqışlarla qarşılayıblar.
Tədbirdə Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri və Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, Avropa Şurası yanında daimi nümayəndəliyin rəhbəri, səfir Fəxrəddin İsmayılov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ölkəmizin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, azərbaycanlı və avropalı deputatlar iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

