Qriqori Trofimçuk: Ötən il Rusiya-Azərbaycan münasibətləri inkişafın ən yüksək nöqtəsinə çatdı
08.01.2019 [09:58]
2018-ci ildə Rusiya-Azərbaycan münasibətləri inkişafın ən yüksək nöqtəsinə çatdı, lakin bu, son hədd deyil. Əlaqələrin gələcəkdə daha da inkişafı üçün bir sıra amillər mövcuddur. O cümlədən iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Avrasiya İdeyalar Emalatxanası Elmi Araşdırmalara Dəstək Fondunun Ekspertlər Şurasının sədri, politoloq Qriqori Trofimçuk deyib.
O bildirib ki, bu gün Azərbaycan ilə Rusiya yalnız tərəfdaş deyil, həm də bir sıra əsas məsələlər üzrə müttəfiqdirlər, baxmayaraq ki, Azərbaycan nə Avrasiya İqtisadi İttifaqına, nə də ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür. Bu mənada ikitərəfli münasibətlərimizdə mövcud olan qeyri-formallıq da bu etibarlılığı təmin edir. Əməkdaşlığımızın möhkəmlənməsi istiqamətində görülən işlərdən danışarkən demək olar ki, ötən il iki ölkə arasında bir çox sənədlər imzalanıb. Bu sənədlər əlaqələrin genişləndirilməsi baxımından baza rolunu oynayır.
Politoloq bildirib ki, ötən il Prezident Vladimir Putin və Prezident İlham Əliyevin şəxsi görüşləri müntəzəm şəkildə keçirilib və MDB Sammitindəki kimi işgüzar görüşlər də daxil olmaqla heç vaxt formal xarakter daşımayıb. Bu münasibətlər iki dövlət arasındakı qarşılıqlı əlaqələr üçün etibarlı təməl və zəmanətdir. Elə bir sahə yoxdur ki, Rusiya və Azərbaycan prezidentlərinin diqqətindən yayınsın.
“Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Azərbaycan Rusiyanın Cənubi Qafqazda strateji tərəfdaşı olmaqla yanaşı, Bakı geniş miqyasda daha fəal, fərqli fenomenə çevrilir. Bu, ona görə baş verir ki, Bakı ən çətin vəziyyətdə belə öz suveren mövqeyini saxlayır. Bu, hər zaman hörmət doğurur”, - deyə Qriqori Trofimçuk vurğulayıb.
O bildirib ki, hazırda iki ölkənin prezidentlərinin qarşıya qoyduqları əsas məsələ bütün planlaşdırılmış layihələrin ardıcıl həyata keçirilməsidir. Bu layihələrdən Şimal-Cənub nəqliyyat dəhlizini, həmçinin Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın imzalanması ilə yaranan imkanları qeyd etmək mümkündür.
Müdafiə sahəsi ilə bağlı məsələlərin də rəsmi Moskva və Bakı üçün prioritet təşkil etdiyini deyən politoloq vurğulayıb ki, burada hərbi strukturlar arasındakı fəal əlaqələri, Bakının Rusiya və NATO nümayəndələrinin görüşləri üçün unikal potensialını qeyd etmək lazımdır. Bütün bunlar Ermənistan daxilində və Dağlıq Qarabağ ətrafında davam edən gərginlik, dünyada ümumi vəziyyətin pisləşməsi fonunda əlaqələrimizin gələcək inkişafı üçün əsas yaradır.
Xəbər lenti
Hamısına baxSosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58

