/ / Mehriban xanım Əliyeva Azərbaycanın yüksəlişi naminə Prezident İlham Əliyevin ən yaxın və sadiq silahdaşı adını birinci xanım və Birinci vitse-prezident olaraq şərəf və ləyaqətlə daşıyır
Mehriban xanım Əliyeva Azərbaycanın yüksəlişi naminə Prezident İlham Əliyevin ən yaxın və sadiq silahdaşı adını birinci xanım və Birinci vitse-prezident olaraq şərəf və ləyaqətlə daşıyır
27.08.2019 [09:13]
“Bu gün Mehriban xanım Əliyevanın doğum günüdür. Hər kəs üçün anadan olduğu gün sırf şəxsi məsələ olsa da, hesab edirəm ki, tanınmış ictimai-siyasi xadimlərin fəaliyyəti kimi, həyatı da cəmiyyət üçün böyük maraq kəsb edir. Mən böyük məmnuniyyətlə Mehriban xanımı doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, işlərində böyük uğurlar arzulayıram. Mehriban Əliyeva müasir Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edən, ölkəmizin inkişafına və tərəqqisinə müstəsna töhfələr verən görkəmli dövlət xadimi kimi tanınır. Həyatımızda müşahidə etdiyimiz bir sıra yeniliklərin, əgər belə demək mümkündürsə, “ilk”lərinin onun adı ilə bağlı olması Mehriban xanımın möhtəşəm tarixi missiyasından xəbər verir. Azərbaycanda birinci xanım institutunun meydana gəlməsi əslində onun fəaliyyətinin nəticəsidir və məhz elə buna görə də bu institut qısa zamanda cəmiyyətdə yüksək nüfuz və hörmət qazana bilib. Mən deyərdim ki, Mehriban xanımın müəyyənləşdirdiyi birinci xanım standartları tək Azərbaycana xas olan, məhdud coğrafi məkanda fəaliyyət göstərən hadisə deyil. Onun birinci xanım modeli ölkəmizdən kənarda da geniş təsir nümunəsinə malikdir və təlqin edilir”. www.yap.org.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün “facebook” səhifəsində paylaşıb.
Əli Əhmədov bildirib ki, Mehriban xanımın Azərbaycanın ali dövlət idarəçiliyi sistemində yeni olan Birinci vitse-prezident vəzifəsinin yüksək nümunəsini bacarıqla yaratdığını ayrıca vurğulamağa dəyər. Bu keyfiyyətdə Mehriban Əliyevanın misilsiz xidmətlər göstərdiyini hər kəs görür və qiymətləndirir. O, Azərbaycanın inkişafı, yüksəlişi naminə həyata keçirilən Heydər Əliyev siyasətinin uğurlar qazanmasında Prezident İlham Əliyevin ən yaxın və sadiq silahdaşı adını birinci xanım və Birinci vitse-prezident olaraq şərəf və ləyaqətlə daşıyır: “Onu da etiraf etməliyəm ki, müasir Azərbaycan qadını obrazı əhəmiyyətli dərəcədə Mehriban xanım Əliyevanın nümunəsində formalaşır. Ayrı-ayrı dövrlərdə Azərbaycan qadınının obrazı qadın tarixi şəxsiyyətlərimizin timsalında və nümunəsində formalaşıb. İndi həmin böyük qadın tarixi şəxsiyyətlərimizin sırasında Mehriban xanımın özünəməxsus yeri və rolu olduğunu görmək və dərk etmək çox qürurludur”.
Əli Əhmədov qeyd edib ki, Mehriban xanım Azərbaycanın gözəl və bacarıqlı təmsilçisi və təbliğatçısıdır: “Ölkəmizin tarixinin, mədəniyyətinin, təbiətinin dünyaya tanıdılmasında həqiqətən də misilsiz xidmətlər göstərib və göstərir. Artıq 15 ildir fəaliyyət göstərən Heydər Əliyev Fondunun rəhbəri kimi həyata keçirdiyi layihələr böyük coğrafiyanı əhatə edir, xalqlar və mədəniyyətlər arasında dialoq mühitinin möhkəmlənməsinə töhfələr verir. Onlarla dövlətin və beynəlxalq təşkilatın ali mükafatlarına layiq görülməsi Mehriban xanımın fəaliyyətinin beynəlxalq əhəmiyyətinin və böyük mənasının bariz ifadəsidir. Mehriban Əliyevanın humanizmi, xeyirxahlığı, insansevərliyi, dara düşüb köməyə ehtiyacı olanlara əl uzatması, onlara arxa-dayaq olması ayrıca söhbətin mövzusudur. Onun sayəsində xeyirxahlıq, şəfqət, humanizm kimi dəyərlər tamamilə yeni məzmun və məna kəsb edib. Çox müxtəlif səbəblərdən dara düşən, kömək axtaran insanların müraciət etdiyi ilk ünvan Mehriban xanım Əliyevadır. Ən başlıcası isə odur ki, o müraciətlərin hər birinə böyük həssaslıqla yanaşılır, lazımi köməklik göstərilir. Nə qədər insan Birinci vitse-prezidentin və Heydər Əliyev Fondunun prezidentinin qayğısı sayəsində şəfa tapıb, çətinlikdən xilas olub, çox ehtiyac duyduğu qayğı və nəvazişi görüb. Belələri onlarla, yüzlərlə deyil, minlərlə, on minlərlədir. Mən Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin və yüksək insani keyfiyyətlərinin yalnız beşi haqqında söhbət açdım. Qeyd olunmalı fəaliyyət və şəxsi keyfiyyətləri isə daha çoxdur. Onları insanlarımız çox gözəl bilirlər. Ona görə də Mehriban xanım Azərbaycanın ən çox sevilən, hörmət edilən, inanılan insanlarından biridir. Əminəm ki, böyük xalq sevgisi və Prezidentin dəstəyi sayəsində Mehriban xanım Əliyeva öz tarixi missiyasını daha böyük uğurlarla həyata keçirəcək, daha möhtəşəm nailiyyətlərə imza atacaq. Doğum gününüz mübarək, Mehriban xanım!”.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

