Yaxın illərdə təhsildə, elmdə və ümumən intellektual sahələrdə ciddi dönüş yaradılmalıdır
16.12.2009 [09:43]
Dünən Azərbaycan Texniki Universiteti Elmi Şurasının Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsinə həsr olunmuş iclası keçirilib.
İclası açan rektor, professor Havar Məmmədov bildirib ki, noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə respublikada ictimai və humanitar elmlər sahəsində yaranmış vəziyyətə həsr olunmuş müşavirə keçirilib, dekabrın 8-də isə Prezident Administrasiyası rəhbərinin məsələ ilə bağlı “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsi dövrü mətbuatda nəşr olunub.
Həm müşavirənin, həm də məqalənin müasir Azərbaycanda ictimai və humanitar elmlərin inkişafı baxımından əhəmiyyətini vurğulayan rektor qeyd edib ki, məsələ Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 90 illik yubileyində səsləndirdiyi “Azərbaycan artıq keçid dövrünü başa vurmuşdur” bəyanatından sonra xüsusi aktuallıq kəsb edib.
Müşavirənin də məhz dövlətimizin başçısının tapşırığı əsasında keçirildiyini diqqətə çatdıran rektor bildirib ki, ictimai elmlər sahəsində yaranmış vəziyyətdən narahat olan Prezident İlham Əliyev problemin qısa zamanda aradan qaldırılması məqsədi ilə bu göstərişi verib.
Azərbaycanın son illər dünyada ən dinamik inkişaf edən ölkələrdən biri olduğunu vurğulayan H.Məmmədov qeyd edib ki, respublikamızın iqtisadi yüksəlişi və keçid mərhələsinin başa çatdırılması yeni hədəflər müəyyənləşdirib. Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar, ölkədə təhsilin, elmin inkişafı üçün əlverişli şərait yaratmaqla yanaşı, humanitar və ictimai elmlər qarşısında da mühüm vəzifələr qoyub.
Məqalədə akademik Ramiz Mehdiyev bildirir ki, ötən əsrin 90-cı illərinin ideologiyasızlığı artıq arxada qalıb. Ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində Azərbaycanda cəmiyyəti səfərbər etmək mümkün olub, ölkəmizin gələcək inkişaf strategiyası müəyyənləşdirilib. ümummilli lider Heydər Əliyev qısa zaman kəsiyində bütün cəmiyyəti səfərbər edərək onu düzgün yola istiqamətləndirməyə nail olub.
Məqalədə ötən əsrin son illərinin çətinliklərinin artıq geridə qaldığı, müasir Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlandığı, ölkəmizin yüksək sürətli inkişafı xüsusi vurğulanıb. İndi möhtəşəm və məsuliyyətli vəzifələrin öhdəsindən gəlmək üçün dövlətimizin kifayət qədər potensialı və təcrübəsi var.
Rektor bildirib ki, Prezident Administrasiyasının rəhbəri indiki şəraitdə fəlsəfənin və ümumiyyətlə ictimai elmlərin aktuallığının artdığını qeyd edib, ictimai elmlər sahəsində və təhsildə mövcud problemlərin qısa zamanda həlli yollarının müəyyən olunmasının vacibliyini vurğulayıb. Əsas məqsəd ondan ibarətdir ki, yaxın illərdə təhsildə, elmdə və ümumən intellektual sahələrdə ciddi dönüş yaradılmalıdır.
Akademik Ramiz Mehdiyev mövcud problemlərin həlli istiqamətində atılan addımlar sırasında Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunu xüsusi qeyd edib. Fondun əsas məqsədi elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılmasını və dünya elm məkanında Azərbaycan elminin layiqincə təmsil olunmasını təmin etməkdir. Bundan əvvəl isə dövlətimizin başçısı elmin inkişaf strategiyasının əsas müddəalarını təsdiq edib. Məqalədə xüsusi vurğulanıb ki, milli mənəvi dəyərlərin qorunması indi ən ümdə vəzifələrdən biridir. Bunu əsas götürən rektor, ali təhsil müəssisəsinin müəllimləri qarşısında gənc nəslin vətənpərvərlik tərbiyəsinin mühüm vəzifə kimi durduğunu xüsusi qeyd edib.
Bildirilib ki, məqalədə Prezident Administrasiyasının rəhbəri bu gün elm sahəsində də yaranmış vəziyyəti ciddi təhlil edib. Məqalə müəllifi haqlı olaraq qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə mövcud potensial zəruri tədqiqatların aparılmasından uzaqlaşdırılıb və ümumən ölkənin gələcək inkişaf strategiyasının elmi əsaslandırılması baxımından bir növ istifadəsiz qalıb. Bu gün elmə gələn bəzi insanların əksər hallarda şəxsi keyfiyyətləri, təhlil qabiliyyətləri müasir standartlardan çox uzaqdır. Beynəlxalq tərkibli elmi şuralar yoxdur. Mövcud elmi şuralar öz iclaslarında elmin müxtəlif sahələrinə həsr olunmuş xüsusi müzakirələr keçirmirlər. Müdafiə şuraları səviyyəsiz araşdırmalara, dissertasiyaların müxtəlif yollarla yazılmasına və müdafiəsinə, elmdən uzaq adamlara elmi adların verilməsinə ciddi və tələbkarlıqla yanaşmır, nöqsanlara göz yumurlar. Müdafiə olunan dissertasiyaların böyük bir qisminin sanballı elmi tutumu və yeni elmi ümumiləşdirmələri yoxdur. Rektor təəssüf hissi ilə bildirib ki, belə faktlar Azərbaycan Texniki Universitetində də var.
Bundan əlavə, məqalədə təhsildə neqativ halların mövcudluğu, belə hallarla mübarizənin kəskinləşdirilməsinin vacibliyi məsələlərinə də geniş yer verilib.
Rektor qeyd edib ki, məqalədə göstərilmiş nöqsanların, mövcud çatışmazlıqların aradan qaldırılması məqsədi ilə xüsusi fəaliyyət proqramı hazırlanıb və tezliklə onun icrasına başlanacaq. Ali təhsil ocağının əsas vəzifəsinin savadlı, Vətənini, torpağını sevən gənclərin yetişdirilməsindən ibarət olduğunu vurğulayan H.Məmmədov, universitet kollektivinin bu vəzifənin öhdəsindən gəlmək üçün səy və bacarığını əsirgəməyəcəyini bildirib.
Elmi Şurada mövzu ilə bağlı keçirilən müzakirələrdə professorlar Həsən Hüseynov, Elşad İsmizadə, Ayaz Abdullayev, Raqib Quliyev, dosent Şikar Qasımov və başqaları çıxış edərək məqalədə qaldırılmış məsələlərlə bağlı fikirlərini bölüşüb, burada göstərilmiş tənqidi fikirlərin obyektivliyini vurğulayıb, mövcud nöqsanların aradan qaldırılması ilə bağlı təkliflərini bildiriblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

